Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Gülsüm

Məmmədova

PAŞA Bank

,

Junior UX/UI dizayner

İlk dəfə Code Academy-ə gəldiyimdə, mühiti, əməkdaşları, müəllimlərini gördüm və qərara gəldim ki, burda oxumaq istəyirəm.

Kiçik müsahibə və ya həyat hekayəsi

Tədrisə qədər peşəniz

sep-line

ADPU-nun filologiya fakültəsini bitirmişəm. İxtisasım üzrə işləmək istəmədim və xidmət sektorlarından birində işə başladım.

Oxuduğun ixtisası seçmək səbəbin?

sep-line

Dizayna marağım əvvəldən var idi. Sadəcə vaxtım olmurdu ki, özüm məşğul olum. Elə bir yer axtarırdım ki, gündəlik bu sahə ilə məşğul olub, dərindən mənimsəyim tədrisi. Code Academy-ə gəlməmişdən 1 il öncə Baku Design School-un 1 aylıq dərslərinə getdim, keyfiyyətindən və metodikalarından razı qalmadım. Təsadüfən 1 il sonra başqa biri üçün Sistem Administratorluğu dərsləri ilə maraqlanmağa gəldiyimdə Dizayn tədrisini görüb yazılmaq qərarına gəldim.

Məzun olduqdan sonra yeni iş imkanları və karyera fürsətləri haqqında nə deyə bilərsiniz?

sep-line

Akademiya haqqında çox şey danışa bilərəm. Ora mənim üçün ailə, yol göstərən yer oldu. Hər gün həvəslə dərslərə gedirdim və bilirdim ki, tədrisim bitsə də Code-dan ayrıla bilməyəcəm. Elə də oldu, dərsləri bitirdim, INNOLAND Inkubasiya və Akselerasiya Mərkəzində startuplardan birində könüllü olaraq işləməyə başladım və ordan iş təklifimi aldım. 6 ay çalışdıqdn sonra, Code Academy-də UX/UI üzrə master class keçirildiyindən xəbərim oldu, həmin master class-a yazıldım 1 ay təcrübə topladıqdan sonra akademiyadan iş təklifi aldım. Burda da 1 il çalşdıqdan təcrübə topladıqdan sonra, PASHA Bankda UX/UI dizayner vakansiyası üzrə müraciət edib, işə başladım.

Code Academy-də yeni tələbə olanlara və ya gələcəkdə tələbə olmaq istəyənlərə hansı tövsiyələri edərdin?

sep-line

Hər zaman məqsədləri olmasını, çox çalışıb özlərini inkişaf etdirmələrini tövsiyə edərdim.

qrafik-ve-veb-dizayn-dersleri
qrafik-veb-dizayn-dersleri
veb-dizayn-dersleri

Dizayn

tədrisi

Dizayn brend və hədəf auditoriyası arasındakı vizual ünsiyyət əhatə edən bir sahədir. İndividuallığa ehtiyacın bu qədər artdığı bir dövrdə qrafik, interior, exterior dizayn və hərəkətli qrafika kimi sahələr olduqca tələbat görür. Siz də Code Academy-yə müraciət edərək dizayn sahəsinin arzuladığınız istiqamətində özünüzü inkişaf etdirə və gələcəyin sahələrindən birinə yiyələnə bilərsiniz.

Digər hekayələr

Könül

Həsənova

Digital Marketing Professional - DMI Pro​

Aynurə

Mahmudova

Qrafik Dizayn və Vizual Kommunikasiyalar​

Gülsüm

Məmmədova

Qrafik Dizayn və Vizual Kommunikasiyalar​

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.