Fuad Aydınzadə 2003-cü ildən dizayn ilə məşğuldur. Dizayn sahəsində karyerasına mətbəə, qəzet və jurnalların dizayneri olaraq başlayıb. 2006-cı ildən isə McCann Baku reklam agentliyində fəaliyyət göstərir. Hal-hazırda McCann Baku reklam agentliyinin art direktorudur. Bu illər ərzində Coca-Cola, Unilever, MasterCard, Holcim, Bakcell, Nar, Azersun, AzGranata, Samsung, Toyota, Subaru, Jhonson kimi qlobal və yerli şirkətlərlə işləyib. Fuad Aydınzadə 2019-cu ilin mart ayından Code Academy-nin qrafik və veb dizayn müəllimi olaraq fəaliyyət göstərir.