Növbəti qrup başlayır
Yerini ayır
Aydan Salayeva
Yolçu Nəsib
Fidan Cəfərzadə
Bu alətlərlə yaradacaqsan!
Chatgpt
Google Gemini
Claude
Manus
Kimi
Grok
Nano Banana
Midjourney
VEO
Kling
Seedance
n8n
ElevenLabs
Suno
Notebook LM
1. Platformalar, araşdırma və AI düşüncə sistemi
Bu modul sənin üçün AI dünyasına düzgün giriş nöqtəsidir. Məqsəd yalnız alətləri tanımaq deyil, onların iş məntiqini anlamaq, hansı işi hansı platforma ilə daha yaxşı həll etməyi öyrənməkdir. ChatGPT, Gemini, Deep Research, NotebookLM və agent yanaşmaları ilə işləyərək məlumat toplama, fact-checking, sənədlərlə işləmə və bilik bazası qurma refleksi formalaşdıracaqsan. Eyni zamanda, AI-ı gündəlik iş, öyrənmə və qərarvermə prosesində daha sistemli istifadə etməyi öyrənəcəksən.
2. Prompt writing və nəticə idarəetməsi
Artıq məqsəd promptu sadəcə sorğu kimi yox, nəticə idarəetmə aləti kimi mənimsəməkdir. Burada struktur, kontekst, çıxış formatı, iterasiya və debug məntiqi ilə işləyərək AI-dan daha dəqiq və daha güclü nəticə almağı öyrənəcəksən. Real iş ssenariləri üzərində prompt paketləri quracaq, zəif cavabları necə gücləndirməyi və təkrar istifadə edilə bilən prompt sistemi yaratmağı mənimsəyəcəksən. Nəticədə, AI ilə işləyərkən təsadüfi yox, idarə olunan nəticələr çıxarma bacarığı qazanacaqsan
3. No-code botlar, Mini tətbiqlər və Avtomatlaşdırma
Süni intellektdən sadəcə istifadə etməyəcək, onu işləyən sistemlərə çevirməyi öyrənəcəksən. Məqsəd bot quruculuğu, mini tətbiq prototipləri və avtomatlaşdırma məntiqi vasitəsilə ideyanı sürətlə işlək həllə çevirməkdir. Modul ərzində məqsədli botların planlanması, no-code tətbiqlərin qurulması, AI ilə landing page hazırlanması və n8n üzərindən real workflow-ların yaradılması üzərində işləyəcəksən. Sonda isə təkrarlanan işləri sistemləşdirmək və AI ilə işləyən gündəlik axınlar qurmaq bacarığı qazanacaqsan.
4. Vizual istehsal və Image workflow
Text-to-image istehsalını sadəcə şəkil çıxarma səviyyəsində saxlama, onu peşəkar vizual sistemə çevir. Bu modulda kompozisiya, işıq, kinematoqrafik dil, consistency, image editing, polish və node əsaslı image workflow məntiqi ilə işləyəcəksən. Məqsəd diqqət çəkən, sabit və brendə uyğun vizual dünya qurmaqdır. Sən həm fotoreal, həm stilizə edilmiş nəticələr, həm də final keyfiyyətə yaxın polished vizuallar üzərində işləyərək təqdimata hazır output istehsal etməyi öyrənəcəksən.
5. Video istehsalı, Motion və Post-production
Vizualdan və mətndən videoya keçidi daha peşəkar və sistemli şəkildə qurmağı öyrənməyə hazır ol. Burada image-to-video, text-to-video, hərəkət nəzarəti, kamera dili, continuity, shot design, video workflow nodes və montaj məntiqi ilə işləyəcəksən. Məqsəd sadəcə hərəkətli görüntü almaq deyil, ritmi, kadr hissini və platformaya uyğun final videonu qurmağı öyrənməkdir. Modulun sonunda həm yaradıcı, həm də texniki baxımdan daha baxımlı və daha güclü video nəticələr çıxarma bacarığı əldə edəcəksən.
6. Səs, avatar və final output
Bu modul vizual və video nəticələri daha təsirli və daha tamamlanmış hala gətirmək üçün qurulub. AI voiceover, danışan avatarlar, musiqidə mood və struktur qurmaq, audio elementləri vizual kontentə uyğunlaşdırmaq kimi mövzular işlənir. Məqsəd kontenti yalnız görünən yox, həm də eşidilən səviyyədə gücləndirməkdir.
1. Strateji Düşünmə və AI ilə Qərarvermə
Məlumatı daha sürətli analiz etməyi, vacib olanı seçməyi və nəticəyə çevirməyi gücləndirir. Araşdırma, planlama və qərarvermə proseslərində daha sistemli düşünmə bacarığı formalaşdırır.
2. Prompt Düşüncəsi
AI ilə təsadüfi cavab almaq yox, nəticəni yönləndirmək bacarığı yaradır. Məqsədi, konteksti və çıxış formatını düzgün quraraq daha dəqiq, daha güclü və daha istifadə oluna bilən nəticələr çıxarmağı öyrədir.
3. Analitik Düşüncə və Nəticə Yaratma
Sürətli araşdırma aparmaq, məlumatı süzgəcdən keçirmək və onu praktik istifadəyə çevirmək refleksi yaradır. Xam informasiyanı strukturlaşdırılmış düşüncəyə və real outputa çevirməyə kömək edir.
4. Sistemli İş Qurmaq
Gündəlik işləri daha ağıllı, daha yığcam və daha təkrarlana bilən formaya salmaq bacarığı qazandırır. Dağınıq formadan daha sistemli işləməyə keçidi gücləndirir.
5. Problem Həll Etmə
Sadəcə alətlərdən istifadə etməyi yox, ehtiyaca uyğun həll düşünməyi inkişaf etdirir. İdeyanı işlək struktura və istifadə oluna bilən formaya çevirmə bacarığı yaradır.
6. Vizual Sistem və Estetik Nəzarət
Vizual keyfiyyəti təsadüfə buraxmadan idarə etməyi öyrədir. Kompozisiya, işıq, ritm və ümumi estetik qərarlarla daha peşəkar vizual nəticələr yaratma bacarığını formalaşdırır.
7. Kontent İstehsalı və Media Sistemi
Mətn, vizual, video və səsi bir-birindən ayrı yox, vahid kontent sistemi kimi düşünməyi gücləndirir. Daha diqqət çəkən, daha məqsədli və daha istifadə edilə bilən kontent hazırlamağa kömək edir.
8. Video Redaktə və Hərəkət Hissi
Kadr, hərəkət, ritm və keçidlər vasitəsilə daha baxımlı və daha axıcı nəticə qurma bacarığı yaradır. Vizualı hərəkətli hekayəyə çevirmək üçün daha güclü hiss formalaşdırır.
9. Brend Düşüncəsi və Vizual Sabitlik
Fərqli işlər arasında ardıcıllıq yaratmaq və vahid vizual dil qurmaq bacarığını inkişaf etdirir. Brend hissini qoruyan, sabit və tanınan vizual sistemlə işləmə refleksi yaradır.
10. Final Keyfiyyət və Polish Bacarığı
İşi ilkin nəticədə saxlamaq yox, daha cilalanmış və təqdimata hazır səviyyəyə qaldırmaq vərdişi yaradır. Nəticənin peşəkar görünməsi üçün vacib olan son toxunuş düşüncəsini inkişaf etdirir.
11. Təqdimat Bacarığı
Hazırlanan layihəni dəyərini göstərmək və onu daha güclü və düzgün təqdim etmək bacarığını formalaşdırır. Bu, həm iş bazarında, həm portfolio təqdimatında, həm də freelance ünsiyyətdə üstünlük yaradır.
İşindən geri qalmamaq
Öz biznesini qurmaq
Daha çox qazanmaq
DAİM İNKİŞAFDA
OLMAQ İSTƏYƏNLƏR
Aşağıdakı bölmədən tezliklə başlayacaq qruplarımızla tanış ol və tədris başlamadan yerini tut.