Digital Marketing
5 moduldan ibarət təlimdə iştirakçılara SEO, SEM, SMM, Sosial Mediada Brand Management və Content Marketing mövzuları dərindən tədris edilir. Digital marketinqin dərinliklərinə yiyələnən iştirakçı mütəxəssisə çevrilir.
Tədrislər
1. Təlim mövzuları
1. Search Engine Optimization (SEO) - 5 gün
2. Search Engine Marketing (SEM) - 3 gün
3. Social Media - Brand Management - 2 gün
4. Social Media Marketing - 3 gün
5. Content Marketing - 2 gün
Maraqlıdır?
Müraciət et
Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.
Tərəfdaşlarımızın rəyləri
Hüseyn Hüseynov
HAVAS Azerbaijan
Code Academy bizim ehtiyaclarımızı nəzərə almışdı. Bizim əməkdaşların bilik və bacarıqlarını dəyərləndirib, buna uyğun xüsusi bir Digital Marketinq tədris proqramı təmin etmişdi. İndi müştərilərimiz üçün göstərdiyimiz digital xidmətlərin nəticəsində əldə etdiyimiz gəlir bizim ümumi gəlirin yarısına yaxındır. Bu yaranan digital komandanın əməkdaşları burada sıfırdan başlayıblar və ya davam ediblər, müəyyən müddətdən sonra isə hətta bizdən ayrılan əməkdaşlar belə ölkənin ən qabaqcıl müəssisələrində çalışır. Biz artıq bir məktəb kimi formalaşmışıq. Bu da Code Academy-nin bizə qatdığı dəyərdir. Yüksələn şirkətlərin əsas üstünlüyü onları etdiyi innovasiyalardır. Code Academy-nin təklif etdiyi korporativ həllərdə bu öz əksini tapır. Belə ki, şirkətlər öz kreativ komandasının, IT komandasının əməkdaşlarını və vasitələri tam olaraq yeniləyə, digitallaşdıra bilər. Şəxsi fikrimcə, Code Academy bizim daha öncə rastlaşdığımız çətinliyin həlli kimi ölkədə bunu təqdim edən yeganə və ən əsas təhsil müəssisəsidir.
Vilayət Vəliyev
Azərbaycan Texniki Universiteti
Code Academy ilə əməkdaşlığımızın bəlli səbəbləri var idi. Müasir dövrdə texniki universitetlərin probleminin əsas mənbəyi əmək bazarının tələbinə uyğun olan mütəxəssislərin hazırlığından ibarətdir. #CodeForFuture layihəsi çərçivəsində Code Academy ilə birgə əməkdaşlığımız sayəsində tələbələrimizdə daha çox praktiki vərdişlərin inkişafı və onların əmək bazarının ehtiyaclarına uyğun peşəkar kadr kimi formalaşması imkanı yaradıldı. Bizim tələbələr praktiki vərdişlərin əldə olunmasıyla yanaşı beynəlxalq sertifikatlar da əldə etdi. Tələbələrimizin əmək bazarında işlə təmin olunması və onlara verilən məvacibin də əvvəlkinə nisbətən artıq olmasıyla bağlı nəticələr var.
Elxan İbrahimov
Naxtel
Biz Code Academy ilə bir çox istiqamətdə əməkdaşlıq etmişik. Bunlardan ən əhəmiyyətlisi digital marketinq üzrə komandamıza keçirilən təlimlər və sertifikat proqramları oldu. Bu təlimlər vasitəsilə əməkdaşlarımız müxtəlif bacarıqlarını inkişaf etdirib, marketinq üzrə peşəkarlıqlarını daha da artırmağa nail oldular. Bununla yanaşı Naxçıvan şəhərində Code Academy ilə birgə təşkil etdiyimiz 3 günlük təlimlərdə, Code Academy və şirkətimizdən dəvət olunan peşəkar əməkdaşlar 600-ə yaxın gəncə digital marketinq, qrafik dizayn və proqramlaşdırma sahəsində öz təcrübələrini bölüşdülər. Bu təlimlər tərəfdaşlığımızın bir hissəsi olaraq gənclərin bacarıqlarını daha da inkişaf etdirməyə kömək etdi. Code Academy bizim üçün dəyərli bir təhsil tərəfdaşı olub, xüsusilə digital marketinq sahəsində. Təşkil etdikləri təlimlər nəticəsində bizim işimiz daha maraqlı və effektiv oldu. Code Academy ilə korporativ tərəfdaşlıq mövzusunda çox məmnunuq. Onların tədrisləri və peşəkar instruktorları, bizim kimi şirkətlər üçün təcrübə və bacarıqları artırmağa kömək edəcək güclü bir təhsil resursu təqdim edir. Digər şirkətlərə də müstəqil təhsil və inkişaf proqramları axtaran bir tərəfdaş kimi Code Academy-ni tövsiyə edirəm.