Elm və Təhsil Nazirliyi

Elm və Təhsil Nazirliyi üçün zamanın tələbinə uyğun bootcamp tədris modeli yaratdıq.

Problem

Texnologiyanın inkişafı, qısa zaman periodunda trendlərin bir-birini əvəz etməsi ilə birlikdə əmək bazarının tələbləri sürətlə dəyişir. Bazarın gedişatını düzgün proqnozlaşdırmaq, dəyişikliklərə operativ cavab vermək getdikcə çətinləşir. Bununla yanaşı, sahələr üzrə təhsil alan tələbələrin əmək bazarına uyğun kadr kimi yetişmələrində çətinlik yaranırdı. Belə ki, tələbələr aldıqları ixtisasın nəzəriyyəsini öyrənir, praktikada tətbiqində təcrübə əldə edə bilmirdilər. Nəticə etibarilə, tədris sonrası əmək bazarının sürətlə dəyişən tələblərinə cavab verə bilmədikləri üçün iş tapmaqda çətinlik çəkirdilər.

Həllər

Əməkdaşlıq çərçivəsində III və IV kurs tələbəri üçün yeni texnologiyaların tətbiq edildiyi qısamüddətli tədris proqramları hazırladıq. Müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrə proqramlaşdırma, sistem administratorluğu, şəbəkə administratorluğu, IT helpdesk, AutoCAD və Solidworks proqramları üzrə əmək bazarının tələblərinə uyğun tədrisin verilməsini təklif etdik.

Nəticələrimiz

Nəticədə tələbələr qısa müddətdə modern dünyanın tələb etdiyi aktual bilik və bacarıqlara yiyələndilər, kadr bazarının axtardığı namizədə çevrildilər. Universitetlər isə son dövrün və əmək bazarının tələblərinə tam uyğun tələbələr məzun etməyə başladılar.