Naxtel

Naxtel telekommunikasiya şirkətinin marketinq komandasının digital marketinq biliklərinə yiyələnməsinə dəstək olduq.

Problem

Digital dünya bütün sahələrin mobillik, yenilik və innovasiyalarla ayaqlaşmasını tələb edir. Bəzən korporativlər bu ehtiyacı hiss edir, lakin digital komandanı qurmaq üçün şərait olmur. Biz tərəfdaşlarımıza bu sahədə tam dəstək göstəririk. Naxtel ilə əməkdaşlığımızın təməlini də bu tələblə atmışdıq. Naxçıvanda peşəkar kadr çatışmazlığı olduğu üçün Naxtel əməkdaşlarının digital marketinq sahəsində təlimə ehtiyacı var idi.

Həllər

Şirkətin əməkdaşlarına DMI Pro proqramını onlayn tədris etdik, təlim iştirakçıları olduqları yeri tərk etmədən digital marketinq biliklərinə yiyələndilər və fəaliyyətlərində tətbiq edə bildilər.

Nəticələrimiz

Nəticədə 2 nəfər Naxtel əməkdaşı beynəlxalq “Cerfitied Digital Marketing Professional” sertfiikatını əldə etdi. Naxçıvanın aparıcı telekommunikasiya şirkətinin peşəkar digital marketinq komandası formalaşdı, şirkət ənənəvi marketinq ilə yanaşı, digital marketinqin üstünlüklərindən də istifadə edə bildi.