PAŞA Bank

Bankın axtardığı peşəkar proqramçıların yetişdirilməsi üçün Peşəkar Yetişdirmə Proqramı (PYP) layihəsini həyata keçirdik.

Problem

Müasir iş dünyasında axtarılan kadrı tapmaq getdikcə çətin məsələyə çevrilir. Şirkətlər lazımi mütəxəssisi cəlb edənədək həm resurs, həm də vaxt itkisi ilə üzləşirlər. Biz bu axtarışda tərəfdaşlarımıza dəstək olur, onların ehtiyac və tələblərinə uyğun mütəxəssislər yetişdiririk.

PAŞA Bank uzun müddət idi ki, ehtiyacına uyğun peşəkar front-end və back-end mütəxəssisləri tapmaqda, onların adaptasiya prosesində çətinlik çəkirdi.

Həllər

Tərəfdaşımızın tələbləri əsasında 12 həftəlik Peşəkar Yetişdirmə Proqramı tərtib etdik. PAŞA Bank-ın İnsan resursları şöbəsinin əməkdaşı ilə birlikdə 1000 nəfərdən çox namizəd arasından 30 namizəd seçdik və təlimə başladıq.

Nəticələrimiz

Təlimin nəticəsində proqram iştirakçıları PAŞA Bank-ın axtardığı mütəxəssisə çevrildilər və bank tərəfindən işlə təmin olundular. Bununla da əməkdaşlıq nəticəsində PAŞA Bank üçün həm yeni digital lab yaradılmasında, həm də şirkətin zamanını və resursunu effektiv istifadə etməsinə dəstək olduq.