Technest "Karyeranı Yüksəlt" təqaüd proqramı

Karyeranı daha da inkişaf etdirərək, iş həyatında yüksəlmək istəyirsən? Elə isə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Technest təqaüd proqramı çərçivəsində birlikdə icra etdiyimiz Karyeranı Yüksəlt təqaüd proqramına qoşul, karyeranda yüksəliş əldə et.

Burada rəqəmlər danışır!

3000

Təqaüd proqramına müraciət edənlərin sayı

200+

İştirak haqqı qazanan tələbələrimizin sayı

150+

Təqaüd proqramını uğurla bitirən məzunlarımızın sayı

85%

Hal-hazırda işləyən tələbələrimizin faizi

Tədris müddəti

about-img

İştirak şərtləri

İştirakçılar üçün həftəiçi hər gün olmaqla, 240 saat tədris + 60 saat praktiki dərsdən ibarət tədris proqramları hazırlanıb. İstisna olaraq IIBA – Business Analysis proqramı üzrə tədris müddəti 140 saatdır. Bu tədris proqramları 3 ay ərzində keçirilir. Tədris günün birinci və ya ikinci hissəsində keçiriləcək.

about-img

Dərs saatları

Dərs saatları 09:00-14:00 və ya 14:00-19:00 aralığında olacaq. Bu səbəblə “Qəbul prosesi”ni uğurlu keçən, lakin qrafiki dərs saatlarına uyğun olmayan iştirakçıların təqaüd proqramından faydalanması təəssüf ki, mümkün olmayacaq. 3 ay davam edəcək tədrisə iştirakçıların davamlı olaraq gəlməsi tələb olunur.

about-img

İşləyən namizədlər

Dərs saatlarından əlavə karyeranın inkişafı üçün “soft skills”, sosial tədbirlər, seminarlar təşkil olunacaq. Eyni zamanda, proqrama qoşulacaq şəxslərin İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən keçiriləcək tədbirlərdə iştirakları təmin olunacaq.

about-img

Karyera inkişafı

Dərs saatlarından əlavə karyeranın inkişafı üçün “soft skills”, sosial tədbirlər, seminarlar təşkil olunacaq. Eyni zamanda, proqrama qoşulacaq şəxslərin İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən keçiriləcək tədbirlərdə iştirakları təmin olunacaq

image
image
image
image

Üstünlüklərimiz

85% təqaüd

Təqaüd proqramında iştirak edəcək 120 nəfər 85%-ə qədər təqaüd qazanma şansını əldə edir.

İş zəmanəti

Tədrisi bitirən iştirakçıların minimum 70%-i həm tədris zamanı, həm də tədris sonrasında təşkil olunacaq karyeraya dəstək fəaliyyətləri və Code Academy-nin Talant Mərkəzinin işə istiqamətləndirmə xidmətləri ilə işlə təmin olunacaqlar.

Peşəkar instruktorlar

Dərslər hər bir sahə üzrə geniş təcrübəyə sahib yerli türk mütəxəssislər tərəfindən tədris olunacaq. Ekspertlərimiz uzun illər ərzində topladıqları bilik və bacarıqları tədris müddətində praktiki dərs tətbiqləri ilə daha da yadda qalan edəcəklər.