Code Academy’nin üstünlükləri
Praktiki tədris
Dərs saatlarından əlavə təşkil edilən Lab günlərində instruktor və mentorla birlikdə keçirilən mövzuları praktika edəcəksən.
Buraxılış layihəsi
Buraxılış işi Code Academy-dəki təhsilin yekun layihəsidir və gələcək həyatında çox önəmli rol oynayacaq.

Akademik transkript
Tapşırıq və layihələr instruktor tərəfindən yoxlanılır, qiymətləndirmə əsasında sənin bilik və bacarıqların müəyyənləşir.
Mentor sistemi
Akademiyada öyrəndiyin bilik və bacarıqları mentor sistemi ilə daha da möhkəmlənəcək.

Təhsil lisenziyası
Elm və Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş ilk əlavə təhsil müəssisəsiyik.
Tədris proqramı
12 həftə/72 saatBu proqramı 12-16 yaş arası yeniyetmələr üçün nəzərdə tutulmuşdur. Tədris zamanı övladınız həm süni intellekt alətlərinin dəstəyilə sıfırdan öz oyunlarını hazırlayaraq yaradıcılıq və xəyal gücünü inkişaf etdirəcək, həm də porfoliosunu formalaşdıraraq oyun yaratmaq bacarıqlarına yiyələnəcək.
Bu süni intellekt alətlərilə oyunlar yaradacaqsan!
1. Həftə: Oyun Dizaynına Giriş
1-ci həftənin sonunda tələbələr oyun dizaynının əsas anlayışlarını və oyun növlərinin xüsusiyyətlərini öyrənərək, oyun mexanikası və dizayn prinsipləri haqqında ümumi bir anlayış əldə edəcəklər. Platforma oyunu üçün bir səviyyə dizayn edərək oyun dizaynı prinsiplərini möhkəmləndirəcək və oyun yaradıcılığına giriş edəcəklər. Bundan əlavə, alqoritm məntiqini möhkəmləndirərək proqramlaşdırma düşüncəsinin əsaslarını öyrənmiş olacaqlar.
2. Həftə: Oyun Anlayışları, Oyunlarda Mətn Əsaslı Süni İntellekt Alətlərinin İstifadəsi və Sənədləşdirmə
2-ci həftə etibarilə, tələbələr oyun konsepti yaradılması prosesini öyrənərək hekayə, mövzu, personaj və səviyyə dizaynı kimi əsas komponentləri qurmaq təcrübəsi qazanacaqlar. Mətn əsaslı süni intellekt alətlərindən oyun yaradılmasında səmərəli istifadə üsullarını öyrənəcəklər. "Hesablamağı Öyrənirəm" oyununda bir labirint səviyyəsi dizayn edərək, toplama və maneələrdən yayınma kimi əsas oyun mexanikalarını sadə şəkildə təsvir edərək tətbiq edəcəklər. Xüsusiyyətlər (Attributes) və hesab sistemləri (score systems) ilə tanış olaraq, oyunda irəliləyiş və geri bildiriş mexanizmlərini inteqrasiya etməyi öyrənəcəklər. Bundan əlavə, fizika qaydalarından istifadə edərək oyun təcrübəsini daha realistik hala gətirmə bacarığını inkişaf etdirəcək və Game Design Document (oyun dizaynı sənədi) hazırlayaraq dizayn proseslərini sənədləşdirməyi öyrənəcəklər.
3. Həftə: Oyun İncəsənəti, Game Assets, Oyunlarda Vizual Süni İntellekt Alətlətlərinin İstifadəsi
3-cü həftənin sonunda tələbələr oyun incəsənətinin əsas anlayışlarını öyrənərək layihələrinə estetik dərinlik qazandırmağı təcrübə edəcəklər. Onlar süni intellekt alətlərindən istifadə edərək oyunlar üçün 2D qrafikalar yaratmağı öyrənəcəklər. Süni intellekt ilə yaradılan qrafikalar üzərində düzəlişlər edərək onları layihədə istifadəyə hazır hala gətirəcəklər. Bu həftə tələbələrin yaradıcı düşüncə və vizual dizayn bacarıqlarını inkişaf etdirməyinə yönəlmiş olacaq.
4. Həftə: Süni intellek ilə Arcade tipli puzzle oyunu yaradılışı, oyunun fizikası,
4-cü həftənin sonunda tələbələr, süni intellekt ilə yaratdıqları qrafikaları istifadə edərək Arcade tipli puzzle oyununu yaratma prosesini tamamlayacaq və vizualları oyun layihələrinə inteqrasiya etməyi öyrənəcəklər. Fizikadan istifadə edərək cazibə qüvvəsi, toqquşma və hərəkət kimi dinamikaları tətbiq etmə bacarığı qazanacaqlar. Həftə sonunda, bir oyunun həm manual, həm də süni intellekt dəstəkli üsullarla necə dizayn edilə biləcəyini və tamamlana biləcəyini anlayacaq və bu bacarığı layihələrində tətbiq edə biləcəklər.
5. Həftə: 2D Platforma oyunlarının yaradılması, Animasiya sistemləri
5-ci həftənin sonunda tələbələr, süni intellekt ilə yaratdıqları qrafikaları istifadə edərək 2D platforma tipli oyununu yaratma prosesini tamamlayacaq və vizualları oyun layihələrinə inteqrasiya etməyi öyrənəcəklər. Fizikadan istifadə edərək cazibə qüvvəsi, toqquşma və hərəkət kimi dinamikaları tətbiq etmə bacarığı qazanacaqlar. Həftə sonunda, bir oyunun həm manual, həm də süni intellekt dəstəkli üsullarla necə dizayn edilə biləcəyini və tamamlana biləcəyini anlayacaq və bu bacarığı layihələrində tətbiq edə biləcəklər.
6. Həftə: Arena Survival və Forest Survivor tipli oyunların yaradılması
6-cı həftənin sonunda tələbələr, Forest Survivor oyununu inkişaf etdirərək bir oyun layihəsini başdan sona planlama və tətbiq etmə təcrübəsi qazanacaqlar. Oyun dizaynı sənədi (GDD) hazırlama prosesi ilə oyun dizaynına strukturlaşdırılmış bir yanaşma gətirəcək və dizayn proseslərini sənədləşdirməyi öyrənəcəklər. Texniki işlər çərçivəsində, random spawner mexanikasını yaradaraq təsadüfi obyekt və düşmən yaratmaq, taglər ilə oyun elementlərini təsnif etmək və Game AI (oyun süni intellekti) istifadəsi ilə düşmən davranışlarını formalaşdırmaq təcrübəsini qazanacaqlar. Bundan əlavə, health bar simulyasiyası vasitəsilə oyunçu vəziyyətlərini oyun dinamikasına inteqrasiya etməyi öyrənəcəklər. Bu nailiyyətlər tələbələrin texniki bacarıqlarını gücləndirərkən, eyni zamanda komanda işi və layihə idarəetmə təcrübəsi qazanmalarını təmin edəcəkdir.
7. Həftə: Oyunlarda İstifadəçi Təcrübəsi (UX/UI)
7-ci həftə sonunda tələbələr, oyunlarda istifadəçi təcrübəsinin (UI/UX) əsas prinsiplərini öyrənərək oyun layihələrinə effektiv interfeys elementlərini inteqrasiya edə bilmə bacarığı qazanacaqlar. Menyu, düymələr, xal ekranı, yenidən başlama, qazanma və məğlubiyyət ekranları kimi UI komponentlərini dizayn edib layihələrinə tətbiq edərək, istifadəçi dostu bir oyun təcrübəsi yaratmağı öyrənəcəklər. Bu prosesdə, vizual estetika ilə funksionallığı birləşdirmə qabiliyyəti qazanacaqlar.
8. Həftə: Oyunlarda Səs Dizaynı və Süni İntellekt ilə Səs Effekti Yaradılması
8-ci həftənin sonunda tələbələr, səslərin oyun atmosferinə təsirini anlayaraq, oyunçu geri bildirişlərini yaxşılaşdırma və səs inteqrasiyası etmə bacarığı qazanacaqlar. Süni intellekt alətlərindən istifadə edərək özünəməxsus səs faylları yaratmağı öyrənib, bu faylları layihələrinə inteqrasiya edərək oyun təcrübəsini zənginləşdirəcəklər.
9. Həftə: Oyun Mexanikalarının Birləşdirilməsi və Təkmilləşdirilməsi
9-cu həftənin sonunda tələbələr, müxtəlif oyun mexanikalarını birləşdirərək daha mürəkkəb və qarşılıqlı əlaqəli oyunlar inkişaf etdirmə bacarığı qazanacaqlar. "Hesablamağı Öyrənirəm" oyununun toplama/çıxma əməliyyatı bölməsini təkmilləşdirərək, riyazi əməliyyatları oyunlaşdırmağı və daha dinamik bir oyun təcrübəsi yaratmağı öyrənəcəklər. Table istifadə edərək məlumat çəkmə və tənzimləmə proseslərini tətbiq edəcək və bu məlumatların oyun daxili mexanikalarla necə əlaqələndiriləcəyini təcrübə edəcəklər. Labirint və toplama/çıxma mexanikalarını tək bir tətbiqdə birləşdirərək oyun daxili axını dizayn etmə və istifadəçi təcrübəsini optimallaşdırma bacarığı inkişaf etdirəcəklər. Bundan əlavə, UI elementləri əlavə edərək oyunçu geri bildiriş mexanizmlərini yaxşılaşdıracaq, səs effektləri və musiqi ilə oyunun atmosferini gücləndirəcəklər. Bu prosesdə, süni intellekt alətlərindən istifadə edərək daha özünəməxsus və effektiv məzmunlar yaratma bacarığını da qazanacaqlar.
10. Həftə: Oyunların Test Edilməsi və Yayınlanma Prosesi
10-cu həftənin sonunda tələbələr, bir layihəni tamamlamağın bütün mərhələlərini öyrənmiş olacaqlar. Layihələrini planlaşdırma prosesinə başlayacaqlar. Bundan əlavə, layihə təqdimat texnikalarını öyrənərək, oyunlarını effektiv şəkildə təqdim etmə və tanıtma bacarığı inkişaf etdirəcəklər. Bu proses, həm texniki, həm də kommunikasiya bacarıqlarını möhkəmləndirəcək.
11-12 Həftə: Oyunların test edilməsi, Final Layihə təqdimatı
11 və 12-ci həftənin sonunda tələbələr öz oyun ideyalarını reallaşdıraraq öyrəndikləri bütün nəzəri və praktiki bilikləri bir layihədə tətbiq etmək imkanı əldə edəcəklər. Final layihəsi zamanı onlar oyun dizaynı, istifadəçi interfeysi, süni intellekt, səs inteqrasiyası və oyun mexanikaları kimi mövzuları bir araya gətirərək bütövlükdə bir oyun inkişaf etdirmə prosesini təcrübədən keçirəcəklər.
Game dünyasının 3 əsas istiqamətini kəşf et!
Game Design (Oyun Dizaynı)
1
Game Art (Oyun İncəsənəti)
2
Game Development (Oyun Proqramramlaşdırılması)
3
Sualın var?..
Gəl görüşək!
Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.
Özündən Oyun Çıxaranlar #MeetCodeEducator
#sertifikatburada (Code Academy)
AI Powered Game Design tədris proqramını bitirdiyini təsdiq edəcək diplom və gələcək karyeranı qurmaqda sənə dəstək olacaq beynəlxalq sertifikat imtahanlarına giriş imkanı yaradırıq.

Bizdən tez-tez soruşurlar
- Ümumi
- Akademiya
- Qəbul
- Qiymət və ödəniş
Code Academy nə ilə məşğuldur?
2015-ci ildə fəaliyyətə başlayan Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.
Harada yerləşir?
Code Academy şəhərin mərkəzində, gediş-gəliş üçün ictimai nəqliyyat imkanlarının əlverişli olduğu bir məkanda, Nizami küçəsi 203B, AF Business House-un 2-ci mərtəbəsində yerləşir.
Hansı tədris proqramları mövcuddur?
Code Academy 10 tədris proqramı mövcuddur. Full stack back-end, Full stack front-end, Qrafik Dizayn və Vizual Kommunikasiyalar, UX/UI Dizayn, Digital Memarlıq və 3D, 2D Motion Dizayn, Digital Marketing, Kiber Təhlükəsizlik, Data Analitika və AI Powered Game Design.
Online tədrislər olur?
Bəli, Code Academy daxilində Digital Marketing, Full stack back-end, Full stack front-end və Digital Memarlıq və 3D tədris proqramları üzrə online tədris keçirilir. Tələbələr başlayacaq qruplara online formada sinifdaxili tələbələr ilə birlikdə dərsdə canlı şəkildə iştirak edirlər. Online qoşulan tələbələr tədris proqramının tərkib hissəsi olan ev tapşırıqları, quiz və test, kiçik və buraxılış layihələrini təhvil verib Code Academy-dən məzun ola bilərlər.
Dərs zamanı öz kompüterim olmalıdır?
Tədris zamanı mövzuların praktiki tətbiqinin dərhal həyata keçirilməsi üçün hər bir tələbə sinifdaxili kompüterlərlə təmin olunur.
Rus dilində dərslər var?
Akademiyada dərslər Azərbaycan dilində keçirilir.
Qeydiyyat neçə yaşdan aparılır?
Akademiyamızda qeydiyyat 15 yaşdan etibarən aparılır. Qeyd edək ki, yaş ortalaması tədris proqramlarından asılı olaraq dəyişir.
Qeydiyyat üçün nə zaman yaxınlaşa bilərəm?
Dərslərin başlama tarixi isə akademiya tərəfindən müəyyən edilir. Proqram məsləhətçiləri ilə danışdıqdan sonra, sizin üçün uyğun olan qrupa qeydiyyat aparılır.
Ali təhsilə ehtiyac var?
Code Academy-də təhsil almaq üçün ali təhsil vacib deyil. Tədris proqramına qatılan tələbələrin gələcəkdə mütəxəssis olmaq üçün istəkli olmaları kifayətdir.
İngilis dili vacibdir?
Full stack back-end, Full stack front-end, Digital Marketinq və Kiber Təhlükəsizlik tədris proqramları üçün ingilis dili biliyi vacibdir. Akademiya daxilində yalnız qeydiyyatdan keçən tələbələrimiz üçün yaradılan ingilis dili tədrisi ilə baza bilik çatışmazlığı təhsilin ilk aylarında aradan qaldırılır.
Tədris ödənişlidir?
Code Academy ödənişli xidmət göstərən bir tədris mərkəzidir. Tədris proqramının qiyməti tələbənin seçəcəyi ödəmə üsuluna, ödəmə şəklinə, seans seçiminə əsasən müəyyənləşdiyi üçün bu məlumatı proqram məsləhətçilərimiz görüş zamanı təqdim edir.
Niyə qiymət görüş zamanı deyilir?
Qiymət cədvəli ilə tanış olmaq üçün akademiyaya yaxınlaşaraq proqram məsləhətçiləri ilə görüşmək mümkündür. Görüş zamanı akademiyada dərslərin keçirilmə şəraiti, instruktorlar, təhsil modeli, kurrikulum, akademiyanın maddi texniki bazası və ümumi atmosferi ilə tanış ola biləcəksən. Yalnız bundan sonra namizəd bizimlə davam etmək istəyərsə qiyməti elan edirik və ona uyğun müvafiq ödəniş planını seçərək qeydiyyatdan keçir.
Zəmanət verilir?
Code Academy-nin Zəmanətli Təhsil Modeli ilə hər bir tələbəyə təhsilini təkrarlama imkanı verilir. 90% dərslərdə iştirak etməsinə baxmayaraq, tədrisi yetərincə mənimsəmədiyini düşünən məzunların təkrar təhsil alma hüququ var. İlk dəfə Code Academy-də tətbiq olunan bu sistem özünə tam inanan və sektorun tələblərinə hazır peşəkarlar yetişdirir.
Hansı ödəniş formaları mövcuddur?
Ödənişi hissəli və ya birbaşa şəkildə etmək mümkündür. Hissəli ödəniş 6-18 aylıq ödəmə şəklindədir. Qiymət seçdiyiniz ödəniş formasına görə müəyyənləşir.