Meta creator marketing və ödənişli reklam arasındakı sərhədi daha da aradan qaldırır.
15 sentyabr 2026-cı ildə şirkət Creator Marketplace və Partnership Ads Hub funksiyalarını vahid
Creator Marketing Hub daxilində birləşdirdiyini açıqladı. Yeni platforma brendlərə kontent
yaradıcılarını tapmaqdan başlayaraq onlarla əlaqə qurmağa, kontenti reklam üçün hazırlamağa
və Partnership Ad yaratmağa qədər bütün prosesi eyni iş axını daxilində idarə etmək imkanı
verir.
Yenilənmələrin 2026-cı ilin qalan hissəsi ərzində mərhələli şəkildə bütün bazarlara təqdim
ediləcəyi bildirilir. Buna görə funksiya hər reklam hesabında eyni anda görünməyə bilər.
Əvvəllər creator seçimi, yazışmalar, kontent icazələri və həmin kontentin reklama çevrilməsi bir
neçə fərqli mərhələdə idarə olunurdu. Yeni Hub bu prosesi vahid sistemə gətirir.
Platformadakı əsas yeniliklər bunlardır:
- Brendə və məhsula uyğun creator-ları tapmaq üçün yeni discovery filter-ləri;
- Kampaniyanın məqsədinə əsaslanan kontent tövsiyələri;
- Creator kontentindən bir kliklə Partnership Ad layihəsi yaratmaq;
- Kontent üzrə istifadə icazələrini və icazənin bitmə tarixini idarə etmək;
- Creator-la birbaşa platforma daxilində yazışmaq;
- Kontentin reklama uyğunluğunu yoxlamaq və bəzi maneələri aradan qaldırmaq;
- Creator Marketplace, Messaging və Content Discovery API-lərinin genişləndirilməsi.
Burada ən praktik yeniliklərdən biri ad-readiness editing funksiyasıdır. Məsələn, creator
videosunda müəllif hüquqları ilə qorunan musiqi və ya reklamda istifadəyə mane olan stiker
varsa, sistem həmin elementlərin çıxarılmasına kömək edə bilər. Bu isə uğurlu orqanik kontentin
ayrıca yenidən hazırlanmasına ehtiyacı azaldır.
Facebook creator-larının da Instagram creator-ları ilə birlikdə Creator Marketplace API-yə əlavə
edilməsi agentliklər və üçüncü tərəf platformaları üçün daha geniş creator bazası yaradır.
Content Discovery API isə yüksək nəticə göstərən orqanik creator kontentini
müəyyənləşdirməyə kömək edəcək.
Əsas dəyişiklik texniki deyil, stratejidir
Məncə, bu yeniliyin ən vacib tərəfi yeni filter və ya bir kliklə reklam yaratmaq deyil.
Əsas dəyişiklik creator marketing, kontent və paid social komandalarının artıq bir-birindən ayrı
işləyə bilməyəcəyidir.
Creator tərəfindən hazırlanan kontent yalnız paylaşılaraq nəticəsi bəyənmə və baxış sayı ilə
ölçülən material deyil. Həmin kontent əvvəlcə orqanik mühitdə test edilə, daha sonra
nəticələrinə əsasən Partnership Ad kimi daha böyük auditoriyaya göstərilə bilər.
Beləliklə yeni iş axını belə formalaşır:
Creator seçimi → kontentin hazırlanması → orqanik nəticələrin ölçülməsi → qalib kontentin
seçilməsi → Partnership Ad ilə miqyaslandırma → satış və lead nəticələrinin təhlili
Beləliklə, creator marketing tədricən yalnız awareness yaradan fəaliyyətdən ölçülə və
optimizasiya edilə bilən performance kanalına çevrilir.
Instagram Live Partnership Ads nə verir?
Meta-nın açıqladığı digər vacib yenilik Instagram Live video Partnership Ads formatıdır.
Facebook-da mövcud olan bu imkan 29 sentyabrdan etibarən Instagram üçün də ümumi
istifadəyə açılacaq.
Yeni format brendə creator-un canlı yayımını Partnership Ad kimi daha geniş auditoriyaya
göstərmək imkanı verəcək. Yəni canlı yayım artıq yalnız creator-un mövcud izləyiciləri ilə
məhdudlaşmayacaq. Brend media büdcəsi hesabına həmin yayımın əhatəsini böyüdə biləcək.
Bu imkan xüsusilə aşağıdakı kampaniyalarda effektiv ola bilər:
- Yeni məhsulun təqdimatı;
- Məhdud zamanlı endirim;
- Məhsulun canlı nümayişi;
- Sual-cavab formatı;
- İstifadə təcrübəsinin paylaşılması;
- Live shopping və satış kampaniyaları.
Canlı yayımın gücü onun əvvəlcədən hazırlanmış reklamdan daha təbii görünməsidir. İzləyici
məhsulu real vaxtda görür, sual verir və creator-un reaksiyasını izləyir. Paid amplification isə bu
etibarı daha geniş auditoriyaya daşıyır.
Azərbaycan brendləri bunu necə tətbiq edə bilər?
Azərbaycan e-ticarət brendi üçün ilkin test modeli kifayət qədər sadə qurula bilər.
Brend əvvəlcə auditoriyası və məhsul kateqoriyası ilə uyğunlaşan beş creator müəyyən edir.
Seçim yalnız izləyici sayına görə deyil, auditoriya uyğunluğu, əvvəlki kontentlərin keyfiyyəti,
izləyici reaksiyası və satış yaratmaq potensialına əsaslanmalıdır.
Daha sonra hər creator-la fərqli məhsul və ya kommunikasiya bucağı test edilə bilər. Məsələn:
- Məhsulun canlı istifadəsi;
- “Əvvəl və sonra” nümayişi;
- Creator-un şəxsi təcrübəsi;
- İzləyicilərdən gələn sualların cavablandırılması;
- Yalnız canlı yayım zamanı keçərli promokod.
Yayımdan sonra ən yaxşı nəticə göstərən creator və kontent Partnership Ad kimi əlavə büdcə ilə
gücləndirilə bilər.
Burada yalnız baxış sayına baxmaq kifayət deyil. Test zamanı aşağıdakı göstəricilər izlənməlidir:
- Canlı yayımda orta izlənmə müddəti;
- Kliklənmə göstəricisi;
- Məhsul səhifəsinə keçidlər;
- Promokod istifadəsi;
- Səbətə əlavə etmə və satış;
- Partnership Ad üzrə CPA və ROAS;
- Orqanik və ödənişli nəticələr arasındakı fərq.
Qarşıdakı dövrdə fərqi creator-la əməkdaşlıq edən brendlər deyil, doğru creator-u tapıb, onun
ən yaxşı kontentini ölçərək reklam büdcəsi ilə miqyaslandıra bilən brendlər yaradacaq.