Əflatun

Hüseynov

Digital Marketinq

Digital texnologiyalar həyatımıza hər gün bir az daha çox daxil olur. Bu faktoru nəzərə almadan insanların "həyatına toxunmaq" artıq mümkün deyil. Dövrlə ayaqlaşmaq üçün yeni biliklər və yeni bacarıqlar qazanmalıyıq.

Müəlliminizi siz də tanıyın

Əflatun Hüseynov Türkiyədə kommunikasiya üzrə bakalavr və magistr təhsili alıb. Bir neçə il, ictimaiyyətlə əlaqələr və marketinq sahəsində işlədikdən sonra 2006-cı ildən digital marketinq sahəsində fəaliyyət göstərməyə başlayıb. Azərbaycanda ilk adserver texnologiyası olan AdSahil layihəsini həyata keçirən Əflatun Hüseynov, daha sonra [email protected] interaktiv reklam agentliyinə rəhbərlik edib. O, 2014-ci ildə [email protected]ən ayrılaraq ikinöqtəsıfır interaktiv agentliyini qurub. Digital Marketing Institute (DMI) sertifikatlı treneri olan Əflatun Hüseynov, 2017-ci ildən Code Academy komandasına qoşulub və burada digital marketinq tədrisi ilə məşğuldur.

Digər müəllimlər

Digital Marketinq

tədrisi

Digital Marketinq tədris proqramının məqsədi marketinq strategiyalarını Digital Marketinq strategiyaları ilə bütövləşdirən; beləliklə ünsiyyət vasitələrinin imkanlarını gücləndirən, müştəri məmnuniyyətini, etibarını və satışları artıra bilən mütəxəssislər hazırlamaqdır. Digital Marketinq proqramı digital platformalarda brendləri tanıtmaq, sosial medianın imkanlarına yiyələnmək, SEO, PPC, Display və email marketinq biliklərinə yiyələnmək və bu kanalların effektivliyini ölçmək üçün lazım olan məlumatları tədris edir.

#DigitalBurada

sualınız var?

gəlin görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin edin, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış olun.