Həsən

Ələkbər

3D Modelləşdirmə və Vizualizasiya

Öz təcrübəm əsasında bildiyim odur ki, insanın bacarmadığı bir şey yoxdur. Bacarmıram və ya alınmır sözlərinin əvəzinə istəmirəm və ya tənbəllik edirəm sözləri var.

Müəlliminizi siz də tanıyın

Həsən Ələkbər Bakı Dövlət universitetinin Tətbiqi Riyaziyyat və İqtisadi Kibernetika ixtisasını bitirib. O, 20 ildir ki, 3D dizayn sahəsində işləyir. Bir çox şirkətlərdə dizayner və baş dizayner olaraq işləyən Həsən Ələkbər bir sıra iri layihələrə də rəhbərlik edib. O, Park Bulvar, Altes Plaza və Altes Park layihələrinin təqdimat müəllifi, Bayraq Meydanı eskiz layihəsinin, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin dizayn tərtibatçısı olub.

Bundan başqa Port-Ələt köçürmə layihəsi, Qobustan, Xalça və Tarix muzeylərində virtual tur layihələrində aparıcı mütəxəssis olaraq iştirak edib. Həsən Ələkbər hazırda öz şəxsi dizayn studiyasında fəaliyyətini davam etdirir. Autodesk 3ds Max Design Certified Professional və V-Ray Certified Professional sertifikatlarına sahib olan Həsən Ələkbər 2017-ci ildən Code Academy-də müəllim olaraq işləyir və 3D Modelləşdirmə və Vizuallaşdırma dərslərini tədris edir.

Digər müəllimlər

3D Modelləşdirmə və Vizualizasiya

tədrisi

Code Academy-nin 3D Modelləşdirmə və Vizualizasiya təhsil proqramı sektorun ehtiyacları nəzərə alınaraq hazırlanıb. Təhsilin 90%-i praktiki iş üzərində qurulmuşdur. Məqsəd sadəcə 3D Modelləşdirmə və Vizualizasiyanın incəliklərini öyrətmək deyil, eyni zamanda sektorun ehtiyaclarını professional şəkildə qarşılayacaq mütəxəssislər yetişdirməkdir.

#3DBurada

sualınız var?

gəlin görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin edin, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış olun.