
Hikmət
Abdulov
3D Modelləşdirmə və Vizualizasiya

Bu ixtisasa yiyələnmək asan deyil amma bütün məsələləri kiçik hissələrə bölərək həll etdiyiniz zaman öhdəsindən gəlməyəcəyiniz heç bir iş qalmaz. Uğur qazanmaq üçün sizə 3 əsas amil lazımdır. Diqqət, intizam və çalışmaq.
Müəlliminizi siz də tanıyın

Hikmət Abdulov 15 illik memarlıq təcrübəsinə sahibdir. Hazırda "BakıTelefon Rabitə" - "Azərrabitəlayihə" MMC-də baş memar, mülkü obyektlərin təmir-tikinti işlərinin layihələndirilməsi şöbəsinin müdir müavini olaraq işləyir. Bununla yanaşı Azərbaycan Memarlıq va İnşaat Universitetində Sabah qruplarında dərs deyir. Bakı şəhərində va digər regionlarda 100-dan artıq İaşə obyektlərinin, yaşayış və inzibati binaların layihələndirilməsinin, fasad rekonstruksiya və landşaft dizayn həllərinin müəllifidir. Gəncə "Park-kompleksi layihəsinin həyata keçirilməsində fəal iştirakına görə memarlıq-dizayn şöbəsinin rəisi və eyni zamanda layihənin baş memarı olaraq "Xatirə döş nişanı" ilə təltif olunmuşdur. Hikmət Abdulov, 2019-cu ilin aprel ayından 3D modelləşdirmə və vizualizasiya tədris proqramının müəllimi olaraq Code Academy komandasına qatılmışdır.
Digər müəllimlər





3D Modelləşdirmə və Vizualizasiya
tədrisi
Code Academy-nin 3D Modelləşdirmə və Vizualizasiya təhsil proqramı sektorun ehtiyacları nəzərə alınaraq hazırlanıb. Təhsilin 90%-i praktiki iş üzərində qurulmuşdur. Məqsəd sadəcə 3D Modelləşdirmə və Vizualizasiyanın incəliklərini öyrətmək deyil, eyni zamanda sektorun ehtiyaclarını professional şəkildə qarşılayacaq mütəxəssislər yetişdirməkdir.
#3DBuradasualınız var?
gəlin görüşək!
Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin edin, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış olun.