Hüseyn

Hüseynov

Digital Marketinq

Rəqəmsal erada hər bir insan ehtiyacına uyğun Google ilə axtarış edərək həll yolunu tapma bacarığını inkişaf etdirsə və bunu bir vərdiş halına gətirsə, fikrimcə öyrənə bilməyəcəyi bir şey yoxdur. Bunun üçün sadəcə vaxt ayırmaq və həvəsli olmaq lazımdır.

Müəlliminizi siz də tanıyın

Hüseyn Hüseynov İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunda aldığı bakalavr təhsili ilə yanaşı, əlavə olaraq mübadilə proqramı ilə Praqadakı Karlov Universitetində təhsil alıb. Ali təhsilinin artıq 3-cü ilindən etibarən Nar telekommunikasiya operatorunda karyerasına başlayıb və işlədiyi marketinq sahəsi üzrə Econsultancy (London) kimi çoxsaylı əhəmiyyətli təlimlər alıb. Şirkətdə olan 6 illik təcrübəsinin 5 ilini Digital Marketinq komandasında işləyib. Digital marketinq menecer vəzifəsində olduğu müddətdə qlobal reklam agentliyi Havas Media Azerbaijan–dan gələn iş təklifini dəyərləndirib və hazırda da karyerasını orada Digital Direktor olaraq davam etdirir.

Peşəkar karyerası müddətində Nar-ın “Bakı 2015” Avropa Olimpiya Oyunları, rebrendinq, korporativ veb-saytın yaradılması və Cannes Lions mükafatına layiq görülən Nar Donor kimi layihələrində, Havas Media Azerbaijan-da isə Kapital Bank (#gozleme), Azərbaycan Beynəlxalq Bankı (Tamkart), Nar, Hyundai, Danone kimi müxtəlif yerli və qlobal şirkətlərin iri layihələrində iştirak edib. Digital Marketinq İnstitutunun (DMI) təlimçi sertifikatına yiyələnən Hüseyn müəllim 2018-ci ildən etibarən Code Academy komandasında digital marketinq tədrisi ilə məşğuldur.

Digər müəllimlər

Digital Marketinq

tədrisi

Digital Marketinq tədris proqramının məqsədi marketinq strategiyalarını Digital Marketinq strategiyaları ilə bütövləşdirən; beləliklə ünsiyyət vasitələrinin imkanlarını gücləndirən, müştəri məmnuniyyətini, etibarını və satışları artıra bilən mütəxəssislər hazırlamaqdır. Digital Marketinq proqramı digital platformalarda brendləri tanıtmaq, sosial medianın imkanlarına yiyələnmək, SEO, PPC, Display və email marketinq biliklərinə yiyələnmək və bu kanalların effektivliyini ölçmək üçün lazım olan məlumatları tədris edir.

#DigitalBurada

sualınız var?

gəlin görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin edin, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış olun.