İsmayıl

İsmayılov

Proqramlaşdırma

Proqramlaşdırma anadangəlmə deyil, sonradan qazanılan peşədir. Onu hər kəs öyrənə bilər. Proqramçı olmaq üçün cəhd edən gec və ya tez, zəif və ya güclü bir gün proqramçı olacaq.

Müəlliminizi siz də tanıyın

İsmayıl İsmayılov 2005-ci ildən proqramlaşdırma ilə məşğuldur. Ali təhsillidir. Bir sıra konfrans və seminarlarda iştirak edib. Hazırda “Kompüter mühəndisliyi” ixtisası üzrə təhsilini davam etdirir. 2008-ci ildən müxtəlif özəl şirkətlərdə proqramçı, layihə meneceri və qrup rəhbəri kimi fəaliyyət göstərib. Bir müddət Aztelekom MMC-də İKT şöbəsinin rəis müavini – baş proqramçı kimi çalışdıqdan sonra hazırda Simbrellada Senior Developer olaraq işləyir. İsmayıl İsmayılov “Aztelphone” – şəhər telefon nömrələrinin beynəlxalq daşınması, “171” – operatorlar arası səsli mesaj xidməti kimi bir neçə ölkə əhəmiyyətli layihələrin müəllifidir. 2017-ci ildən Code Academy komandasına qoşulub və Proqramlaşdırma tədris proqramını tədris edir.

Digər müəllimlər

Proqramlaşdırma

tədrisi

Təhsil proqramının məqsədi informasiya sektorunda ehtiyac duyulan peşəkar yetişdirməkdir. Code Academy praktika üzərində qurulan təhsil modeli ilə həm ən yeni texnologiyaları öyrədir, həm də tələbələri Veb Proqramlaşdırma üzrə beynəlxalq “MCSA: Web Applications” və “MCSD: Web Applications” sertifikatlaşdırma imtahanlarına hazırlaşdırır. Bu da öz növbəsində tələbələrə beynəlxalq səviyyəli peşəkar mütəxəssis adı qazandırır.

#KodBurada

sualınız var?

gəlin görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin edin, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış olun.