Knyaz

Yaqubov

Qrafik və Veb Dizayn

Mən düşünürəm ki, dizaynın nəzəriyyəyə ehtiyacı yoxdur. Amma dizaynerlərin nəzəriyyəyə ehiyacı mütləq var.

Müəlliminizi siz də tanıyın

Knyaz Yaqubov 10 ildir ki dizayn ilə məşğuldur. Müxtəlif mətbəələrdə, reklam şirkətlərində, Safaroff Creative Agentliyində qrafik və veb dizayner olaraq fəaliyyət göstərmiş, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzində dizayn rəhbəri vəzifəsində çalışmışdır. Bu günə qədər bir çox bootcamp-larda iştirak etmiş və bir çox dizayn müsabiqələrinin qalibi olmuşdur. Adobe Certified Expert (ACE) ünvanına sahib olan Knyaz Yaqubov 2017-ci ildən Code Academy komandasına qoşulub. Knyaz müəllim akademiyada Qrafik və Veb Dizayn tədris proqramının rəhbəri olaraq fəaliyyət göstərir.


 

Digər müəllimlər

Qrafik və Veb Dizayn

tədrisi

Təhsilin 85%-i praktiki iş üzərində qurulmuşdur. Məqsəd təkcə veb dizayn və qrafikanın incəliklərini öyrətmək deyil, eyni zamanda sektorun ehtiyaclarını professional şəkildə qarşılayacaq mütəxəssislər yetişdirməkdir. Code Academy-nin Zəmanətli Təhsil Modeli ilə hər bir tələbəyə təhsilini təkrarlama imkanı verilir. Mövzuların praktiki tətbiqinin dərhal həyata keçirilməsi üçün dizayn sinfi hər bir dizaynerin ehtiyac duyduğu tam təchizatlı Apple (iMac) kompüterlərlə təmin olunur. Proqramın sonunda buraxılış layihələrini başa vuran tələbələr karyeraya hazırlıq prosesini bitirməklə yanaşı, fərdi portfolio meydana gətirərək məzun olurlar.

#DizaynBurada

sualınız var?

gəlin görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin edin, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış olun.