Lamiyə

Səfərova

Digital Literacy

Öyrənmək üçün xüsusi formula və ya qısa yol yoxdur, dil və ya hansısa bacarıq öyrənmək üçün kimdənsə məsləhət istəmək əvəzinə özünüzün öyrənmə prosesində nələrdən zövq aldığını araşdırıb-tapın. Öyrənməyə başlamadan öncə onu əldə etdikdən sonra dünyanız necə dəyişəcək və həyatınız göründüyü şəkli hər zaman göz önündə olmalıdır. Bunları əldə etmək üçün düzgün təfəkkür müəyyənləşdirmək önəmlidir, talant və ya xüsusi bacarığın sizə uğur gətirəcəyi fikrini yox, zəhmət və prosesdən zövq almağın sizi istədiyiniz yerə gətirəcəyi təfəkkürünü özünüzə aşılamaq lazımdır.

Müəlliminizi siz də tanıyın

Lamiyə Səfərova Azərbaycan Dillər Universitetinin İngilis dili müəllimliyi fakultəsindən bakalavr dərəcəsinə, Pekin Beynəlxalq Biznes və İqtisadiyyat universitetindən İnvestisiya Bankçılığı və Maliyyə fakultəsindən magistr dərəcəsinə sahibdir. Lamiyə 6 illik İngilis dili müəllimliyi təcrübəsinə sahibdir. 3 il Azərbaycanda formal təhsil sahəsində müəllim olaraq fəaliyyət göstərdikdən sonra Almaniyada qeyri formal təhsil sahəsində ixtisaslaşmaq üçün fasilitatorluq təlimi keçib. Həmçinin 2 il Çinin Pekin şəhərində 121 adlı dil məktəbində çalışdıqdan sonra elə həmin şəhərdə Beanstalk Beynəlxalq Məktəbində 1 il baş ingilis dili müəllimi kimi çalışıb və Code Academy komandasına 2019-cu ildə qatılaraq Texniki İngilis dili dərslərini tədris edir.

sualınız var?

gəlin görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin edin, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış olun.