Orxan

Məmmədov

Sistem Administratorluğu

Düşünürəm ki, hər birimizin içində bir IT mütəxəssisi var. Sadəcə olaraq insanların bir hissəsi bu peşənin arxası ilə gedir, digərləri isə yox. İlk günlərdən heç nə anlaya bilmirsən, İnformasiya Texnologiyaları okeanının nə dərəcədə böyük və sonsuz olduğunu görürsən. Amma düzgün tədris və insanın öz üzərində işləməsi nəticəsində kiçik bir qayıqla başlayıb, sonradan böyük bir gəmi ilə bu okenda üzməyə başlayırsan.

Müəlliminizi siz də tanıyın

Orxan Məmmədov Azərbaycan Dövlət Neft Akademiyasının informatika və hesablama texnikası fakultəsini bitirib və magistr dərəcəsi alıb. Bir sıra müəssisələrdə İnformasiya Texnologiyaları sahəsində çalışdıqdan sonra o, 2012-ci ildə ADA Universitetində işə başlayıb və hazırda Universitetin İnformasiya Texnologiyaları şöbəsinin baş Sistem Administratoru olaraq fəaliyyətini davam etdirir. Bir sıra Microsoft sertifikatlarına da sahibi olan Orxan Məmmədov 2017-ci ildən Code Academy komandasına qoşulub. O, Sistem Administratorluğu tədris proqramı üzrə dərslər keçir.

Digər müəllimlər

Sistem Administratorluğu

tədrisi

Code Academy-də verilən təhsilin 85%-i praktika üzərində qurulub. Burada məqsəd sektorda hər gün artmaqda olan peşəkar qıtlığının qarşısını almaqdır. Tələbələr proqramın sonunda əldə etdikləri biliklə MCSA, MCSE, LFCS sertifikatlarına sahib ola bilərlər. Bunun sayəsində onlar Azərbaycan və dünyada ehtiyac duyulan sistem və şəbəkə administratoru olaraq ixtisaslaşa bilərlər.

#SistemBurada

sualınız var?

gəlin görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin edin, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış olun.