Rəşad

Nəzərov

Digital Marketinq

Niyə. Özünə mütəxəssis deyən şəxsin cavabını bilməli olduğu sual. DMİ-in Digital Marketinq təlimini bitirən tələbəmiz digital marketinqin hər bir sahəsində bu suala cavab verməyi bacaracaqdır.

Müəlliminizi siz də tanıyın

Rəşad Nəzərov 20 ilə yaxın müddətdə Azərbaycanın aparıcı şirkətlərində marketinq sahəsində çalışıb. Son 10 ildə digital-a olan marağı onu bu sahəni daha dərindən öyrənməyə və bilik-bacarıqlarını paylaşmağa sövq edib. Rəşad Nəzərov PeopleBrand agentliyində Müştəri Xidmətləri Direktoru olaraq işlədiyi illərdə Procter&Gamble, Samsung, Huawei, Hyundai, Westgold kimi şirkətlərin iri miqyaslı digital marketinq kampaniyalarını icra etmişdir. Hazırda biznes və marketinq üzrə konsultant olaraq özəl və dövlət şirktətlərinə marketinq, o cümlədən digital, sosial media və PR strategiyalarının hazırlanması, icrası xidmətlərini göstərir. Digital Marketing Institute (DMI) sertifikatına yiyələnən Rəşad müəllim 2019-cu ildən etibarən Code Academy komandasında digital marketinq tədrisi ilə məşğuldur.

Digər müəllimlər

Digital Marketinq

tədrisi

Digital Marketinq tədris proqramının məqsədi marketinq strategiyalarını Digital Marketinq strategiyaları ilə bütövləşdirən; beləliklə ünsiyyət vasitələrinin imkanlarını gücləndirən, müştəri məmnuniyyətini, etibarını və satışları artıra bilən mütəxəssislər hazırlamaqdır. Digital Marketinq proqramı digital platformalarda brendləri tanıtmaq, sosial medianın imkanlarına yiyələnmək, SEO, PPC, Display və email marketinq biliklərinə yiyələnmək və bu kanalların effektivliyini ölçmək üçün lazım olan məlumatları tədris edir.

#DigitalBurada

sualınız var?

gəlin görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin edin, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış olun.