Şöhrət

Məhərrəmov

Proqramlaşdırma

Effektiv və dəqiq kod yazmaq üçün yaxşı təcrübə lazımdır. Təcrübə isə yanlışlar etməklə qazanılır. Önəmli olan yanlışlardan qorxmadan proqramçı olana qədər təslim olmamaqdır!

Müəlliminizi siz də tanıyın

Şöhrət Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kompüter Mühəndisliyi ixtisasında təhsil alıb. 2015-ci ildən müqavilə ilə BakuBus MMC-də Qrafiklər üzrə mütəxəssis, 2017-ci ildən Qrafiklər üzrə baş mütəxəssis vəzifəsində işləməyə başlayıb. Parelel şəkildə Code Academy-də proqramlaşdırma tədrisinə başlayıb və uğurla bitirib. Dekabr ayından Code Academy-də mentor kimi işləməyə başlayıb.

2019-cu ildən Proqnozlaşdırma və daxilolmalara nəzarət sektor müdiri vəzifəsində işləyir. 2018-ci ildən paralel olaraq BakuBus-da ERP application yazmağa başlayıb və həmin il ilk proqramın tətbiqinə başlanılıb, hal-hazırda ikinci və daha böyük erp application test müddətindədir. 2019-cu ildə Code Academy-də Proqramlaşdırma müəllimi kimi fəaliyyətə başlayıb. Çox çətin yol keçsədə nəhayət ki, sevdiyi işi görür və məqsədi hər gün daha da inkişaf etməkdir.

Digər müəllimlər

Proqramlaşdırma

tədrisi

Təhsil proqramının məqsədi informasiya sektorunda ehtiyac duyulan peşəkar yetişdirməkdir. Code Academy praktika üzərində qurulan təhsil modeli ilə həm ən yeni texnologiyaları öyrədir, həm də tələbələri Veb Proqramlaşdırma üzrə beynəlxalq “MCSA: Web Applications” və “MCSD: Web Applications” sertifikatlaşdırma imtahanlarına hazırlaşdırır. Bu da öz növbəsində tələbələrə beynəlxalq səviyyəli peşəkar mütəxəssis adı qazandırır.

#KodBurada

sualınız var?

gəlin görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin edin, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış olun.