Təbriz

Kazımov

2D Hərəkətli Qrafika

Mən özüm də bu poqram öyrənmə prosesini keçdiyim üçün, tələbələrimə hər zaman özümü misal gətirirəm. Motion Design öyrəndiyim zamanlarda gün ərzində 15-17 saat kompyuter arxasında otururdum. Tədris müddətini nəzərə alaraq deyə bilərəm ki, öyrənməyə sərf edəcəyiniz bu 3 ay bütün diqqətinizi tədrisə ayırın. Sonra illərlə üstünə qoyacağınız təcrübə, zövq və kreativliyiniz sayəsində ömür boyu qazanc əldə edəcəksiniz. Bacarmaq üçün çox çalışmaq lazımdır.

Müəlliminizi siz də tanıyın

Təbriz Kazımov ADNSU-da Kimya mühəndisliyi fakültəsindən məzun olsa da yaradıcılığa olan həvəsi onun peşə seçiminə birbaşa təsir etdi. O, hələ də bir neçə avropa ölkəsindən başqa yerdə təhsili olmayan bu sahəni video dərslərdən və öyrənmə həvəsinə borclu olduğunu vurğulayır. Təbriz müəllim bir yerdə uzunmüddətli işləməyin özünü təkrarlamaqdan ibarət olduğunu deyir. Bu səbəblə işlədiyi yerdən ayrılıb bir müddət freelancer kimi fəaliyyət göstərdi. Hazırda təsisçisi və art direktoru olduğu Weerlig Studio - ölkəmizdə dünya səviyyəsində işlər görən yeganə motion dizayn studiyasıdur. Təbriz Kazımov 2019-cı ildən 2D Hərəkətli Qrafika müəllimi olaraq Code Academy komandasına qoşulub.


 

2D Hərəkətli Qrafika

tədrisi

Code Academy tərəfindən tədris edilən Hərəkətli Qrafika və 2D Animasiya sayəsində bu sahənin incəliklərini öyrənib, xəyal gücünüzün sərhədlərini daha da genişləndirəcəksiniz. Artıq yaradıcılığınız dinamiklik qazanaraq daim hərəkətdə olacaq.

#MotionBurada

sualınız var?

gəlin görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin edin, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış olun.