Vüsal

Əzizov

Qrafik və Veb Dizayn

Code Academy-də işə başlamazdan bir müddət öncə məzunları ilə digər iş yerim olan PASHA Bank-da müsahibələrdə tez-tez rast gəlirdim. Sevindirici hal ondan ibarət idi ki, məzunlar rahat şəkildə dizayner kimi müsahibəyə gəlib, gördükləri işlər barədə maraq ilə danışıb, akademiyanın onların həyatında büyük rol oynadığını qürurla vurğulayırdılar. Sonra həyat elə gətirdi ki, akademiya ilə müqavilə bağlayıb tələbələri UX/UI mövzusunda tədris etməyə başladım. Düzgün qərar verdiyimdən xoşbəxtəm, işimi sevirəm və tələbələrlə birgə işləməkdən zövq alıram.

Müəlliminizi siz də tanıyın

Vüsal 7 ildir ki, veb dizayn üzrə peşəkar iş təcrübəsinə malikdir. Müxtəlif illərdə Dream Art Creative Agency, Jeyhun Imanov Studioda Veb Dizayner olaraq işləyib daha sonra isə DGTL-də 2 il ərzində Art Direktor və RISK şirkətində Ul dizayner kimi fəaliyyət göstərmişdir. 2018-ci ildən etibarən Paşa Bankda UI/UX Dizayner kimi işləyir. Vüsal iş təcrübəsi ərzində Ulduzum, Lays, Fabrika, Paşa Private Enquity, Sumqayıt Texnologiyalar Parkı, Qərb Universiteti kimi bir neçə saytların və promoların hazırlanmasında iştirak etmişdir. 2019-cu ilin may ayından etibarən Veb dizayn müəllimi olaraq Code Academy komandasına qoşulmuşdur.

Digər müəllimlər

Qrafik və Veb Dizayn

tədrisi

Təhsilin 85%-i praktiki iş üzərində qurulmuşdur. Məqsəd təkcə Veb Dizayn və Qrafikanın incəliklərini öyrətmək deyil, eyni zamanda sektorun ehtiyaclarını professional şəkildə qarşılayacaq mütəxəssislər yetişdirməkdir. Code Academy-nin Zəmanətli Təhsil Modeli ilə hər bir tələbəyə təhsilini təkrarlama imkanı verilir. Mövzuların praktiki tətbiqinin dərhal həyata keçirilməsi üçün dizayn sinfi hər bir dizaynerin ehtiyac duyduğu tam təchizatlı Apple (iMac) kompüterlərlə təmin olunur. Proqramın sonunda buraxılış layihələrini başa vuran tələbələr karyeraya hazırlıq prosesini bitirməklə yanaşı, fərdi portfolio meydana gətirərək məzun olurlar.

#DizaynBurada

sualınız var?

gəlin görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin edin, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış olun.