Müasir veb və mobil tətbiqlərin arxasında dayanan güclü və effektiv sistemlər back-end sahəsində istifadə olunan framework-lər vasitəsilə qurulur. Bu framework-lər developer-lərə funksional və təhlükəsiz tətbiqlər yaratmaqda, kod yazmağı sadələşdirməkdə və layihələri daha sürətli tamamlayaraq istifadəçi təcrübəsini artırmaqda kömək edir. ASP.NET Core (.NET 6) və Entity Framework (EF) istifadə edilən müasir texnologiyalardandır və hər biri öz sahəsində çox mühüm rola malikdir.
ASP.NET Core
ASP.NET Core Microsoft tərəfindən hazırlanmış açıq mənbə, çarpaz platforma (cross-platform) dəstəyi olan və yüksək performansa sahib bir web tətbiq back-end-də istifadə olunanframework-üdür. .NET 6 isə ASP.NET Core-un son versiyalarından biridir. ASP.NET Core veb tətbiqləri yaratmaq üçün istifadə olunur. Bu çərçivə həm veb saytları, həm də API-lər (Application Programming Interface) yaratmağa imkan verir. Bu back-end-də istifadə olunanframework Windows, Linux və macOS kimi fərqli əməliyyat sistemlərində işləyə bilir.
ASP.NET ilə inkişafın əsas üstünlükləri:
- Az kod yazmaq tələb olunur. Back-end developer-lər az ifadə yazır və ASP.NET Core-un əvvəlcədən konfiqurasiya olunmuş funksiyalarına güvənə bilirlər ki, bu da tətbiq inkişafını sürətləndirir.
- Çarpaz platforma. Eyni C# kod bazası bir neçə əsas platformada axıcı və proqnozlaşdırıla bilən istifadəçi təcrübəsi təqdim edir.
- Tətbiqlərin optimallaşdırılması asandır. Təcrübəli .NET developer-ləri, tətbiq performansını və baxımını təmin etmək üçün yalnız bir neçə ifadə ilə Core back-end framework-ü optimallaşdıra bilərlər.
ASP.NET-in yarana biləcək çətinlikləri:
- Vendor lock-in (istehsalçı məhdudiyyəti). Microsoft .NET çərçivəsinə nəzarət etdiyi üçün developer-lər daha az hərəkət sərbəstliyinə malikdirlər və Core developer-ləri tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl etməlidirlər.
- Lisenziyalaşdırma. Tamamilə açıq mənbə back-end sahəsinə aid framework-dən fərqli olaraq, Visual Basic kimi bəzi əsas Core modulları lisenziya ödənişi tələb edir. Daha inkişaf etmiş funksionallıq tələb olunduqda, bu xərclər sürətlə arta bilər.
İstifadə sahələri:
- Veb saytları yaratmaq.
- RESTful API-lər və Web API-lər qurmaq.
- Microservices arxitekturası ilə işləmək.
- Blazor ilə interaktiv veb tətbiqləri yaratmaq.
.NET 6
.NET 6 unified platform adlanır. Yəni, .NET 6 həm veb tətbiqləri, həm masaüstü tətbiqləri, həm mobil tətbiqləri, həm də digər növ tətbiqləri yaratmaq üçün istifadə edilə bilən ümumi bir platformadır. ASP.NET Core, .NET 6-nın bir hissəsidir. .NET 6 həmçinin C#, F#, VB.NET kimi proqramlaşdırma dilləri ilə işləyir və cross-platform dəstəyinə malikdir. .NET 6 əvvəlki .NET Core versiyalarından sonra gələn long-term support (LTS) versiyasıdır və bu versiya yeni tətbiqlər üçün tövsiyə olunur.
Entity Framework (EF)
Entity Framework (EF) Microsoft tərəfindən hazırlanmış bir Object-Relational Mapping (ORM) back-end sahəsinə aid framework-dür. ORM, verilənlər bazası ilə işləmək üçün obyekt yönümlü proqramlaşdırma (OOP) prinsiplərini istifadə etməyə imkan verir. Yəni, Entity Framework verilənlər bazasında saxlanılan məlumatları obyektlərə çevirərək proqramın daha asan işləməsini təmin edir.
Entity Framework Core (EF Core), ASP.NET Core ilə birlikdə işləyən bir ORM vasitəsidir. EF Core ilə verilənlər bazasına sorğular göndərmək, məlumatları oxumaq, yazmaq, silmək və yeniləmək mümkündür. EF Core bunu avtomatik olaraq LINQ (Language Integrated Query) vasitəsilə işləyir, bu da SQL yazma ehtiyacını azaldır. Bununla belə, bəzi mürəkkəb sorğular və ya xüsusi optimizasiya tələb edən vəziyyətlərdə SQL ifadələrinə ehtiyac yarana bilər. Verilənlər bazası ilə əlaqə qurma prosesini sadələşdirir və daha sürətli edir.
İstifadə sahələri:
- Verilənlər bazası ilə işləmək (SQL Server, PostgreSQL, MySQL və s.)
- Verilənlər bazası əməliyyatlarını (CRUD – Create, Read, Update, Delete) obyekt yönümlü şəkildə idarə etmək.
- Verilənlər bazası strukturlarını migrasiya etmək (verilənlər bazası modelini koddan avtomatik yaratmaq və yeniləmək).
Back-end sahəsinə aid framework-ün üstünlükləri
Vaxta qənaət.
Developer-lər əvvəlcədən yazılmış kiçik funksiyalardan istifadə edərək tətbiq funksionallığını yarada bildikdə, inkişaf prosesi daha az vaxt aparır. Bu, həm də daha az səhvin yaranmasına gətirib çıxarır və nəticədə məhsulun keyfiyyətini artırır.
Miqyaslana bilinməsi.
Back-end sahəsinin framework-nin funksiyaları əvvəlcədən sınaqdan keçirilir və tez və asanlıqla miqyaslana bilər. Bu, tələb artımları ilə uyğunlaşa bilən və komponentləri ehtiyacdan asılı olaraq genişləndirən və ya azaldan bir tətbiq yaratmağı asanlaşdırır.
Möhkəmlik.
Framework ilə siz hazır koddan istifadə edə və onu inkişaf etdirə bilərsiniz. Bu, developer-lərə möhkəm funksiyalar yaratmağa, aydın və sadələşdirilmiş strukturlar təqdim etməyə imkan verir, yeni bir şey yaratmağa ehtiyac qalmır.
Təhlükəsizlik.
Back-end sahəsində istifadə olunan framework-lərin əksəriyyəti açıq mənbəlidir və hər birinin arxasında böyük bir icma dayanır, buna görə təhlükəsizlik məsələləri adekvat şəkildə həll edilir. Instagram, Pinterest, Shopify, Coursera və Reddit kimi dünyaca məşhur saytlar və tətbiqlər Django, Ruby on Rails, Laravel, Node.js və ASP.NET istifadə edilərək qurulmuşdur. Bu şirkətlər yüksək təhlükəsizlik standartlarına riayət edir.
İntegrasiyalar.
Müstəqil bir tətbiq yaratmaq əvəzinə, mövcud bir tətbiqi yeni funksiyalarla zənginləşdirmək daha məqsədəuyğundur. Back-end inkişaf framework-ləri RESTful API və ya GraphQL inteqrasiyalarını daha sadə edir. Beləliklə, yeni tətbiqinizi inkişaf edən bir proqram ekosisteminin ayrılmaz bir hissəsinə çevirə və istifadəçi təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərsiniz.