Son illərdə digital dünyada ən çox verilən suallardan biri belədir: “Süni intellekt SEO-nu sıradan çıxara bilərmi?”
SEO uzun müddətdir ki, Digital Marketing-in ayrılmaz hissəsidir. Şirkətlər üçün axtarış motorlarında görünürlük, istifadəçilərin sorğularına düzgün cavab vermək və nəticədə satışları artırmaq SEO-nun əsas məqsədlərindən biridir. Lakin ChatGPT, Gemini, Perplexity kimi süni intellekt əsaslı texnologiyaların sürətlə populyarlaşması SEO-nun gələcəyini müzakirə mövzusuna çevirib.
Süni intellekt SEO-nu tamamilə əvəz edəcək?
Əslində, süni intellekt SEO-nu sıradan çıxarmır. O, sadəcə bu sahəyə yeni qaydalar gətirir və qaydaları bir az dəyişir. Əgər əvvəllər SEO-da daha çox açar sözlərə və linklərə diqqət edilirdisə, indi əsas diqqət istifadəçi üçün faydalı məzmun yaratmaq, etibarlılığı artırmaq və süni intellekt əsaslı axtarış sistemlərində görünmək üzərində cəmlənib. Başqa sözlə, SEO hələ də var, amma süni inteüllekt onu daha çevik və strateji bir sahəyə çevirib. Xarici tədqiqatlar da bunu təsdiqləyir:
- AI Overviews və trafik itkisi
Google-un təqdim etdiyi AI Overviews funksiyası istifadəçilərə linklərə klik etmədən cavab almaq imkanı verir. The Guardian yazır ki, bəzi xəbər saytları bu səbəbdən 80%-ə qədər trafik itkisi ilə üzləşib. Bu, SEO-nun klassik modelinin zəiflədiyini açıq şəkildə göstərir. - Marketinq mütəxəssislərinin müşahidələri
Search Engine Land tərəfindən aparılan sorğuya görə, mütəxəssislərin 82%-i süni intellekt əsaslı axtarışların ənənəvi nəticələrdən daha faydalı olduğunu düşünür. Bununla belə, yalnız 22%-i brendlərinin süni intellekt nəticələrində necə göründüyünü izləyir.

SEO-nu nə gözləyir?
Ənənəvi açar sözlər hələ də önəmlidir, lakin artıq onların təkbaşına kifayət etmədiyi aydındır. E-E-A-T (Experience, Expertise, Authoritativeness, Trustworthiness) prinsipləri daha da önəm qazanır. Süni intellekt dövründə uğur qazanmaq üçün:
- İstifadəçi yönümlü, unikal məzmun yaratmaq,
- Uzun quyruqlu açar sözlərə (long-tail keywords) diqqət yetirmək,
- Səsli axtarış və lokal SEO strategiyalarını gücləndirmək,
- Və ən əsası, süni intellekt əsaslı axtarış sistemlərində görünmək üçün məzmunu həmin platformaların iş prinsipinə uyğun optimizasiya etmək vacibdir.
SEO yox olur?
SEO yox olmur, sadəcə süni intellekt ilə birlikdə yeni inkişaf mərhələsinə daxil olur. Süni intellektin sürətli inkişafı ilə birlikdə SEO, tamamilə yeni bir mərhələyə qədəm qoyur. Əgər əvvəllər o sadəcə axtarış motorlarının alqoritmlərinə uyğunlaşmaqdan ibarət idisə, bu gün istifadəçi mərkəzli məzmun, etibarlılıq və süni intellekt əsaslı cavablarda görünmək əsas prioritetə çevrilib. Yəni SEO yoxa çıxmır, əksinə süni intellektlə birlikdə daha güclü və gələcəyə yönəlik bir sahəyə transformasiya olunur.
Gələcəyin Digital Marketing mütəxəssisi ol
Digital Marketing sahəsində peşəkar olmaq üçün həm nəzəri bilik, həm də praktiki təcrübə lazımdır. Code Academy isə tələbələrinə hər iki istiqaməti balanslı şəkildə öyrədir. Digital Marketing proqramımızda tələbələr SEO və süni intellektin bir-birini necə tamamladığını öyrənir, həm Google nəticələrində, həm də süni intellekt əsaslı cavablarda görünməyin yollarını kəşf edirlər.
Əgər sən də gələcəyin digital marketing mütəxəssisi olmaq istəyirsənsə, indi müraciət et və ödənişsiz konsultasiyaya qoşul!