Bugünün digital dünyasında ən çox axtarılan şəxslərdən biri digital marketing mütəxəssisidir. Brendlər, şirkətlər və fərdi sahibkarlar onlayn mühitdə tanınmaq, müştəri cəlb etmək və satışlarını artırmaq üçün digital marketing-dən istifadə edirlər. Lakin bu sahəni idarə edən insan kimdir və hansı bacarıqlara sahib olmalıdır?

Digital Marketing Mütəxəssisinin Rolu
Digital marketing mütəxəssisi bir markanın onlayn mövqeyini qurmaq və gücləndirmək üçün çalışır. Bu mütəxəssis, həm yaradıcılığı, həm də analitik düşüncəni balanslı şəkildə birləşdirir.
Məsələn, SEO bilikləri olmadan veb sayt Google axtarışlarında ön sıralarda görünməz. Eyni zamanda, sosial media trendlərini izləməyən bir digital marketing mütəxəssisi auditoriya ilə əlaqəni itirə bilər. Ona görə də, bu peşə həm çevik, həm də strateji yanaşma tələb edir.
Yeri gəlmişkən SEO Digital Marketing mütəxəssisinin əsas vəzifə öhdəliklərindən biridir. Elə bununla bağlı dünyaca məşhur mütəxəssis Neil Patel ‘ maraqlı bir məqama toxunur. O qeyd edir ki, “SEO uzunmüddətli oyundur. Sən bu gün toxum əkirsən, sabah meyvəsini yeməyəcəksən, amma illər boyu faydasını görəcəksən.”
Yəni digital marketing səbr, davamlılıq və strateji yanaşma tələb edir. Qeyd edək ki, Neil Patel SEO, content marketing və growth hacking sahəsində ən tanınmış şəxslərdən biridir. “Neil Patel Digital” şirkətinin qurucusudur, həmçinin Ubersuggest alətinin sahibidir. Blogu və YouTube kanalı digital marketing öyrənmək üçün ən çox izlənilən mənbələrdəndir. Biliklərinizi genişləndirmək istəyirsinizsə Neil Patelin məqalələrini oxuya və videolarını da izləyə bilərsiniz.
Mütəxəssiz olmaq üçün hansı bacarıqlar lazımdır?
Yalnız reklam yerləşdirmək kifayət deyil. Bu sahə daha geniş bacarıqlar toplusu tələb edir:
- SEO və SEM bilikləri – Google axtarış nəticələrində yüksəlmək üçün əsas şərt.
- Sosial media idarəçiliyi – Facebook, Instagram, LinkedIn, TikTok kimi platformalarda effektiv kommunikasiya qurmaq.
- Kontent istehsalı – maraqlı və dəyərli yazılar, videolar, vizuallar hazırlamaq.
- Analitika – Google Analytics, Meta Business Suite və digər alətlərlə nəticələri ölçmək və təhlil etmək.
- E-mail marketing– müştərilərlə birbaşa əlaqə yaratmaq və loyallığı artırmaq.
Bu bacarıqları inkişaf etdirmək istəyənlər üçün ən doğru addım peşəkar tədris proqramlarında iştirak etməkdir.
Code Academy-də Digital Marketing Tədrisi
Bu sahəni öyrənmək və beynəlxalq standartlara uyğun mütəxəssis olmaq istəyənlər üçün Code Academy doğru seçimdir. Burada tələbələr yalnız nəzəri biliklərlə kifayətlənmir, real layihələr üzərində işləyərək praktiki təcrübə də qazanırlar. Bu yanaşma onlara iş dünyasına daha hazır şəkildə giriş imkanı verir.
Code Academy-dəki digital marketing tədris proqramı SEO-dan tutmuş, sosial media, Google Ads, kontent marketinq və e-mail marketingə qədər bütün istiqamətləri əhatə edir. Ən əsası isə Code Academy-nin DMI (Digital Marketing Institute) ilə partnyorluğu nəticəsində Digital Marketing tədris proqramı beynəlxalq standarta uyğun olaraq hazırlanmışdır və bu proqramdan məzun olan tələbələr ödənişsiz şəkildə beynəlxalq “Certified Digital Marketing Professional” sertifikat imtahanına daxil olaraq bu sertifikatı əldə etmək imkanına sahib olurlar.

Təcrübəli instruktorlar tələbələri addım-addım yönləndirir və onların gələcək karyerasına dəstək olur.
10 il ərzində minlərlə məzun yetişdirən Code Academy-nin artıq yüzlərlə digital marketing mütəxəssisi var. Onların çoxu hazırda yerli və beynəlxalq şirkətlərdə uğurla fəaliyyətlərinə davam edirlər.
Göründüyü kimi, digital marketing mütəxəssisi sadəcə reklam yerləşdirən şəxs deyil. Bu peşə həm kreativliyi, həm analitikanı, həm də texnologiyanı birləşdirən strateji bir ixtisasdır. Əgər sən də gələcəyini bu sahədə görürsənsə, doğru addımı atmağın tam vaxtıdır.