Digital marketinq onlayn həyata keçirilən bütün marketinq fəaliyyətlərini əhatə edir. Digital marketinq, hədəf auditoriyanı müxtəlif kanallar vasitəsilə cəlb etmək və onlarla əlaqə yaratmaq üçün axtarış sistemlərinin optimizasiyası (SEO), ödənişli reklamlar, sosial media marketinqi, kontent marketinqi və e-poçt marketinqi kimi müxtəlif kanallardan istifadə edir. Ənənəvi marketinqdən fərqli olaraq, digital marketinq ölçülə bilən nəticələr, fərdiləşdirilmiş mesajlar və geniş əhatə dairəsi təklif edərək müştəriləri cəlb edir, onlarla ünsiyyət qurur və onlara təsir göstərir.
Digital marketinq kanalları hansılardır?
Potensial müştərilərlə əlaqə yaratmaq və onları müştəriyə çevirmək üçün istifadə edə biləcəyiniz əsas digital marketinq kanalları aşağıdakılardır:
- Axtarış Motorlarının Optimizasiyası (SEO)
- Klik Başına Ödənişli Reklam (PPC)
- Sosial Media Marketinqi
- Kontent Marketinqi
- E-poçt Marketinqi
- Affiliate (Tərəfdaş) Marketinqi
Bunlar ən çox istifadə edilən digital marketinq kanalları olsa da, digital mühitin daim inkişaf etməsindən və biznesdən asılı olaraq digər kanallardan istifadə etmək mümkündür.
SEO Marketinqi
SEO, digital marketing strategiyalarının bir hissəsi olaraq, vebsaytın axtarış sistemlərində daha yaxşı sıralanması üçün optimallaşdırma üsullarıdır. Bu proses sayta daha çox ödənişsiz trafik cəlb etməyə kömək edir və açar sözlər, texniki təkmilləşdirmələr, kontent keyfiyyəti kimi faktorları əhatə edir.
Əsas SEO elementləri aşağıdakılardır:
- Açar sözlər – Brendə aid olan, yüksək axtarış dərəcəsinə və aşağı rəqabətə malik açar sözlər.
- Yerli SEO – Yerli auditoriyaya yönəlmiş məzmun və açar sözlər.
- Off-page SEO – Xarici və üçüncü tərəf bağlantıları (backlinks).
- Məzmun – Məzmun daxilində açar sözlərin və daxili linklərin strateji yerləşdirilməsi.
PPC Reklamları
PPC (Pay-Per-Click, Klik Başına Ödəniş) reklamları – hər dəfə reklamınıza klik edildikdə ödəniş etdiyiniz reklam formasıdır. Digital marketing strategiyalarının əsas hissələrindən biri olan PPC kampaniyanız potensial müştəriləri veb saytınıza, online platformanıza və ya açılış səhifənizə (landing page) yönəltdiyi üçün, bu səhifələrin əvvəlcədən optimizasiya olunduğuna əmin olun. Digital marketinqdə uğurlu PPC kampaniyası üçün aşağıdakı addımları atmalısınız:
- Təklif strategiyasını müəyyənləşdirmək (bidding strategy)
- Açar sözlər üzrə araşdırma aparmaq
- Büdcə təyin etmək
Kontent MarketinqiKontent marketing, hədəf auditoriyaya dəyərli, maraqlı və faydalı məzmun təqdim edərək markanın tanıtımını artırmağı və müştəri əlaqələri qurmağı hədəfləyən bir digital marketinq strategiyasıdır. Bu yanaşma, digital marketinqdə reklamdan daha çox, informasiya və əyləncə vasitəsilə istehlakçıları cəlb etməyi məqsəd qoyur.
Kontent marketinqin növləri:
- Video
- Bloqlar
- E-poçtlar
- Vebinarlar
- Sosial media paylaşımları
- Elektron kitablar (e-books)
Düzgün icra edilən kontent marketinqinin əsas üstünlükləri bunlardır:
– Artan veb trafik
– Abunəçilərin sayında artım
– Satışların yüksəlməsi
– Sadiq müştərilər
İnfluencer Marketinqi və ya Sponsorlu Məzmun
Digital marketinq sahəsində mühüm yer tutan influencer marketinqi, bir brendin sosial mediada bir influencer, məşhur, sahə üzrə ekspertlə əməkdaşlıq edərək məhsul və ya xidməti tanıtmasıdır. İnfluencer ilə əməkdaşlıq, istehlakçıların yarısının qərar qəbul edərkən onların tövsiyələrinə güvənməsi səbəbi ilə daha çox maraq doğurur.
E-poçt Marketinqi
E-poçt marketinqi digital marketing strategiyalarının mühüm bir hissəsi olaraq, məqsədli abunəçilərə mesajların sistemli və ardıcıl şəkildə çatdırılması prosesidir. Elektron poşt conversion-u artırmaq üçün çox təsirlidir. Google-un üçüncü tərəf kukilərdən (third-party cookies) istifadəsini azaltması ilə, e-poçt marketinqi daha da önəmli rol oynamağa başlayır. E-poçt birbaşa müştərilərdən toplanan məlumat (first-party data) əsasında işləyən bir kanaldır, bu da brendlərin e-poçt vasitəsilə müştərilərlə əlaqə qurmasını daha vacib edir.
Sosial Media Marketinqi
Sosial media marketinqi digital marketinq üçün əsas alətlərdən biridir. Müxtəlif məzmun formatları ilə müştərilərlə əlaqə yaratmaq üçün maraqlı və effektiv yollar təqdim edir. Sosial mediada araşdırma aparmaq, düzgün platformalar seçmək və trendləri izləmək vacibdir. Sosial media marketinqindən istifadə edərkən əsas məsələ brendiniz və auditoriyanız üçün uyğun olan kanalları seçməkdir. Həmçinin trendlərə uyğun olmaq və aktual mövzulara qoşulmaq digital marketinq strategiyanızın uğurunu artırır.
Affiliate (Tərəfdaş) Marketinqi
Affiliate marketinqi, bir şirkətin başqa bir şirkətin məhsullarını tövsiyə etməsi və əldə olunan klik, lead (potensial müştəri) və ya satış üçün komissiya alması deməkdir. Amazon bu strategiyanı üçüncü tərəf saytları vasitəsilə müştəriləri öz məhsullarına yönləndirmək üçün müntəzəm olaraq tətbiq edir və böyük uğurlar qazanır. Digital marketinqdə bu metod influencerlər, bloqerlər, böyük nəşriyyatlar və ya e-poçt kampaniyalarında reklam yerləşdirən şirkətlər tərəfindən geniş istifadə olunur.
Alış-veriş etməzdən əvvəl müştərilər influencerlərin və ya üçüncü tərəflərin tövsiyələrinə daha çox güvənirlər. Bu səbəbdən, affiliate marketinq brendlər üçün çox faydalıdır.
Digital Marketinqin Faydaları
Qlobal əhatə (Global reach)
Digital marketinq coğrafi məhdudiyyətləri aradan qaldıraraq, bizneslərin dünya miqyasında auditoriyaya çatmasına imkan verir.
Xərc səmərəliliyi (Cost efficiency)
Digital marketinq strategiyaları, xüsusilə məhdud büdcəsi olan bizneslər üçün daha sərfəlidir. Məsələn, e-poçt marketinqi hər xərclənən 1 dollar üçün orta hesabla 42 dollar gəlir gətirə bilər. SEO, sosial media və məzmun marketinqi kimi metodlar minimal başlanğıc xərcləri ilə effektiv nəticələr verir.
Ölçülə bilən nəticələr (Measurable results)
Digital marketinqin hər aspekti izlənilə biləndir, bu da kampaniyaların effektivliyini dəqiq ölçməyə imkan verir. Sosial media baxışları, reklam klikləri və e-poçt açılmaları kimi göstəricilər vasitəsilə ROI-ni asanlıqla təyin etmək mümkündür. Bu məlumatlar gələcək strategiyaların optimallaşdırılmasına kömək edir.
Effektiv hədəfləmə (Effective targeting)
Digital marketinq, ideal müştəri kütləsini dəqiq müəyyən etməyə və onlara uyğun məzmun təqdim etməyə imkan verir. Onlayn auditoriya məlumatları və hədəfləmə vasitələri ilə mesajlarınızı doğru insanlara çatdırmaq mümkündür.
Artan əlaqə (Increased engagement)
Digital marketinqdə kanallar vasitəsilə müştərilərlə interaktiv əlaqələr qurmaq mümkündür. Sosial media platformaları və e-poçt kampaniyaları vasitəsilə müştərilərin rəylərini toplamaq və onlarla birbaşa ünsiyyət qurmaq asanlaşır.
Çeviklik (Flexibility)
Digital marketinq strategiyaları sürətlə dəyişən bazar şərtlərinə uyğunlaşmaq üçün elastiklik təmin edir. Kampaniyaları real vaxtda tənzimləmək və optimallaşdırmaq mümkündür. Bu, rəqabət üstünlüyü əldə etməyə və bazar dəyişikliklərinə tez reaksiya verməyə kömək edir.
Əgər sən də Digital marketinq sahəsində karyeranı irəli aparmaq istəyirsənsə elə indi Code Academy-ə müraciət et!