Blog / Digital Marketinq / Digital Marketinq: Tez-tez verilən suallar və ekspert cavabları

Digital Marketinq: Tez-tez verilən suallar və ekspert cavabları

Digital Marketinq Tez-tez verilən suallar və ekspert cavabları

Digital marketinqdə alətlər və yanaşmalar daim yenilənir, bu da marketinq mütəxəssislərinin uğur əldə etmək üçün hər zaman yeniliklərə açıq olmasını tələb edir. Bu bloqda, digital marketinq sahəsində geniş təcrübəyə malik ekspert instruktorlarımız Fuad Əlizadə və Zamin Namazovun digital marketing sahəsi ilə bağlı tez-tez verilən suallara olan cavablarını sizinlə bölüşürük. 

Harda axtaraq – Google, Instagram yoxsa..?

Digital marketinq sahəsində axtarış platformlarını seçmək doğru hədəf kütləsinə çatmaq üçün önəmlidir. Google artıq illərdir ən əsas axtarış motoru hesab olunur ancaq artıq dövr dəyişir, yeni texnologiya və alətərinin yaranması ilə birlikdə insanların axtarış vərdişləri də dəyişməyə başlayır. Digital Marketing tədris proqramı üzrə instruktorumuz Zamin Namazov da Google ən etibarlı mənbələrdən biri hesab edir. 

“Mən daha çox Google-da axtarış edirəm. Çünki istədiyim nəticəni və ya məlumatı, məhsulu olsun, daha tez əldə edə bilərəm, asan addımlarla əldə edilir.”

Digital Marketing üzrə instruktorumuz da bu məqamlarla razı olsa da yeni nəslin artıq daha fərqli üsullarını olduğunu vurğuladı:

“Tamamilə razıyam, mən də Google-da axtarış edirəm. Ancaq eyni zamanda unutmamaq da lazımdır ki, TikTok-da bu yeni nəsil, yeni tendensiya axtarışlara çox böyük təsir edir, TikTok da arta-arta gedir.”

Əslində bütün bu məqamlar onu göstərir ki, digital marketing strategiyasını qurarkən artıq həm ənənəvi, həm də müasir alət və vərdişləri mütləq nəzərə almaq lazımdır. 

Google Analytics vs. Hotjar: Hansı Daha Yaxşıdır?

Analiz etmək bacarığı hərkəsə lazımdır ən çox da digital marketing mütəxəssislərinə. Google Analytics isə istifadəçi davranışlarını anlamaq işində digital marketing mütəxəssisinin ən yaxın dostudur. O strategiyalarınızı daha da optimallaşdırmağa kömək edir. Elə Zamin müəllim də belə düşünür:

“Google Analytics sonuna qədər. Niyə? Bu əslində vərdiş məsələsidir. Məsələn UX/UI dizaynerlər daha çox Hotjar sevərlər. Amma bir digital marketing mütəxəssisi olaraq bizim işimiz əsas “tracking” olduğu üçün Google Analytics daha çox üstünlük gətirir bizə. Platforma olaraq da tez-tez yenilənmələr aparırlar, durmadan. Bu daha çox həyəcan vericidir.”

Google Analytics-dən istifadə edirsinizsə doğru yoldasınız. Onun geniş izlənmə imkanları, davamlı yenilənən özəllikləri digital marketing kampaniyalarını uğura aparan əsas vasitələrdən biridir. 

Vizual və ya Mətn: Hansı Daha Tez Diqqəti Cəlb Edir?

İlk təəssürat vacibdir, əlbəttə ki, o təəsüratı nə ilə yaratdığımız da önəm təşkil edir. Bir məzmunun sizin diqqətini çəkməsi üçün nələrə ehtiyacı var? Dolğun bir mətn, ya diqqətçəkici bir vizual?

Digital marketing proqramı üzrə instruktorumuz Fuad Əlizadəyə görə ikisi də vacibdir ancaq:

“İnsanlar ən birinci skan edir deyə fikrimcə vizual daha önəmlidir ki, ilkin o diqqəti alaq. Daha sonra isə mətni oxutduraq.”

Əlbəttə kontent tekstin, yəni məzmunun nə olduğu bir mənalı şəkildə digital marketing strategiyasının sonraki taleyinə təsir edir. Lakin, həmin içəriyin oxunması üçün ilk öncə hədəf kütləsinin diqqətini cəlb etmək lazımdır. Bunu isə doğru bir vizual ilə həyata keçirmək mümkündür. 

TikTok vs. Instagram Reels

Engagement yəni, istifadəçi ilə qarşılıqlı əllaqə hər bir digital marketing mütəxəssisinin baxdığı ən vacib göstəricilərdən biridir. Yeni dövrün ən çox engagement əldə edən formatlarından biri də videodur, daha doğrusu Instagram Reels və TikTok.

Digital marketing üzrə instruktorlarımız bu mövzuda tamamilə fərqli düşüncədədirlər. Fuad müəllim hesab edir ki, reels format növündən asılı olmayaraq hər yerdə effektiv ola bilər. “Şəxsi fikrimə görə reels formatı olsun, platformanın fərqi yoxdur. YouTube Shorts-da belə yaxşı nəticələr əldə etmək olar.”

Zamin müəllim isə tamamilə əks fikrdədir. O TikTok-un alqoritminin daha güclü olduğunu vurğulayır və bunu platformanın engagement artırma qabiliyyətinə bağlayır:

“Mən yox elə deməyəcəm, mən TikTok deyəcəm. Bu ilin hətta yaxın üç ilin trendi TikTok-dur. Çünki alqoritm ona görə yaxşı işləyir. Orqanikdən aldığımız nəticəni Instagram-dan ödənişli reklam sayəsində belə ala bilmirik.”

Şərhlərdən bir neçə nəticəyə gəlmək olar. Onlardan biri, bəli, video statik formatlarla müqayisədə daha çox izlənən və seviləndir, ancaq unutmamaq lazımdır ki, nəticə artıq platformaya görə də dəyişə bilir. Digital marketing sahəsinə yeni başlayan biri olaraq ibunu məsləhəti bir kənara yazın.

SEO vs. Google Ads: Hansı Daha Effektivdir?

Hər hansı bir alətin və ya texnologiyanın effektiv olub olmaması əlbəttə ki, müzakirəyə açıq bir mövzudur lakin bəzi nüanslar dəyişilməz olaraq qalır. Buna nümunə olaraq digital marketing-də SEO və Google Ads-in əvəzolunmaz rolunu və müsabət nəticələrini göstərmək olar. Zamin Namazov SEO-nu belə izah edir:

“Burda mən SEO-nu seçirəm. Çünki SEO digital daha həyəcanverici tərəfidir. SEO müştərisi daha loyaldır, daha konversiyası yüksək müştəridir.”

Fuad Əlizadə də onunla həmfikrdir: 

“Tamamilə razıyam. SEO uzunmüddətlidir və özümüzdən götürsək elə axtarış zamanı orqanik bir, iki, üçüncü yerə klik edirik.”

Bu Google Ads-in rolunu və ya göstərdiyi nəticələri gözdən qaçırdığımız mənasına gəlmir. Çünki Google reklamları axtarış motorundan aktiv istifadə edən və onun göstərdiyi nəticələrə loyal olan şəxslərin seçimidir. Digital Marketing mütəxəssisi üçün isə əsas effektiv nəticədir.

Digital Marketing Professional – DMI Pro

“SEO”, “PPC”, “Conversion rate”, “ROI”, “Email marketing”, “Ads Manager” – bu terminlər indi sənə anlaşılmaz gələ bilər. Tədris proqramının sonunda nəinki gələcək ixtisasının bütün terminlərinə bələd olacaqsan, həmçinin brendləri digital dünyada var edən professionala çevriləcəksən.

Növbəti qrup: 18 Yanvar 2025