Bloq / Digital Marketinq / Digital marketinqdə AI istifadəsi

Digital marketinqdə AI istifadəsi

Digital marketinqdə, AI (süni intellekt) məlumat toplanması, məzmun yaratma və analitika kimi imkanlardan istifadə edərək tapşırıq və qərarları avtomatlaşdırmağa daha dərin biznes analizi aparmağa kömək edir. Həmçinin AI, digital marketinq sahəsində daha effektiv və fərdi yanaşmalar tətbiq etməyə imkan verir. 

Digital Marketinqdə Süni İntellekt Alətləri 

ChatGPT ən çox müzakirə olunan AI alətlərindən biri olsa da, digital marketinq sahəsində gündəlik işləri asanlaşdıran bir çox başqa vasitələr də mövcuddur.

Ən yaxşı süni intellekt alətləri

  • Writer – Digital marketinqdə kontent yaradılması üçün güclü AI alətlərindən biridir. Mövcud məzmunu təkmilləşdirə və yenidən istifadə edilə bilən formatlara çevirə bilər. 
  • Midjourney – İstifadəçi təsvirlərinə uyğun yüksək keyfiyyətli vizuallar yaradan generativ AI alətidir. 
  • Optimove – AI (süni intellekt) dəstəyi ilə müştəri məlumatlarını analiz edərək fərdiləşdirilmiş marketinq strategiyaları yaradan bir platformadır.
  • Manychat – WhatsApp da daxil olmaqla sosial media platformalarında NLP əsaslı avtomatlaşdırılmış mesajlaşma və cavablandırma sistemidir.
  • Surfer SEO – Vebsayt səhifələrini SERP-də ən yaxşı nəticələr göstərən səhifələrlə müqayisə edərək optimizasiya edən SEO alətidir.
  • Copy.ai – Süni intellekt əsaslı məzmun yaradıcı alətidir. Bu platforma digital marketing sahəsində reklam mətnləri, kontentləri və blog yazıları kimi materialların daha tez hazırlanmasına kömək edir.
  • Jasper.ai – Süni intellekt əsaslı yazı alətidir, daha yaradıcı reklam mətnləri, blog yazıları və sosial media kontenti yaratmaqda kömək edir.
  • Writesonic – AI (süni intellekt) ilə çalışaraq kontent yaratmağa kömək edən platformadır. Digital marketingdə vebsayt mətnləri, reklam sloqanlarına və bir çox fərqli formatlarda mətnlər hazırlamaq üçün istifadə olunur. 
  • PaveAI – Google Analytics məlumatlarını avtomatik şəkildə marketinq hesabatlarına çevirən alətdir, datalara əsaslanaraq strategiya qurmağa kömək edir.

Digital Marketinqdə AI-dan necə istifadə edə bilərsən?

1. Kontent və vizual məzmun yaradılması

AI-ın populyarlığının artması digital marketinq sahəsində də özünü göstərir. Bunun əsas səbəblərindən biri kontent yaradılmasını daha asan hala gətirməsidir. Məsələn, digital marketinq sahəsində ChatGPT kimi AI alətləri marketoloqlara reklam mətnləri, açılış səhifələri, blog yazıları və e-poçt mövzu başlıqları kimi məzmunları sürətli şəkildə hazırlamağa kömək edir.

2. Müştəri Seqmentasiyası

Yuxarıda da qeyd etdiyimiz kimi digital marketingdə Optimove vasitəsilə müştəriləri maraq, ehtiyac və davranışlarına görə fərqli qruplara ayıra mümkündür. Bu qruplaşdırma marketoloqlara hər seqmentə uyğun fərdiləşdirilmiş mesajlar göndərməyə, məzmun və reklamları real vaxtda tənzimləməyə kömək edir. 

3. SEO və Süni İntellekt

AI (süni intellekt), Google və digər axtarış sistemləri veb səhifələri indeksləmək və sıralamaq üçün artıq mürəkkəb alqoritmlərdən istifadə edir. Lakin digital marketinqdə süni intellektin inteqrasiyası ilə SEO daha da inkişaf edir və axtarış sistemlərində yeni dəyişikliklərə səbəb olur. Surfer SEO kimi AI əsaslı alətlərdən istifadə, marketoloqlara daha məqsədyönlü və effektiv digital marketinq strategiyaları qurmağa kömək edir, nəticədə veb saytların axtarış nəticələrində daha yüksək sıralarda olmasını təmin edir.

4. Ödənişli Reklam (PPC) və AI

Ödənişli reklam (Pay-Per-Click – PPC) reklam verənlərin yalnız reklamlarına klik edildikdə ödəniş etdiyi bir reklam modelidir. Digital marketingdə AI (süni intellekt) ən effektiv açar sözləri təyin edərək reklamların daha uğurlu olmasını təmin edir. Eyni zamanda AI real vaxtda analizlər apararaq reklam büdcəsini daha səmərəli bölüşdürməyə kömək edir. Digital marketinq sahəsində AI, auditoriyaya uyğun reklam başlıqları, təsvirləri avtomatik yarada bilir və ən uyğun vaxtı təyin edərək reklamların effektivliyini artırır.

5. Email Marketinq və AI

Digital marketinqin vacib hissələrindən biri də e-mail marketinqdir. Çünki hələ də müştəri cəlb etmək və potensial müştərilərlə əlaqə saxlamaq üçün effektiv bir yoldur.

  • Kampaniya və iş axını analizləri – AI (süni intellekt) digital marketing sahəsində kampaniyaların və iş axınlarının (workflow)  performansını qiymətləndirərək daha effektiv strategiyalar qurmağa imkan verir.
  • Məzmunun fərdiləşdirilməsi – Müştəri seqmentlərinə uyğun daha dinamik məzmun yaratmaq üçün AI istifadə edilə bilər. 
  • A/B testlərinin aparılması – Süni intellekt A/B testləri vasitəsilə fərqli başlıqlar və məzmunları analiz edərək ən yaxşı performans göstərən variantları müəyyənləşdirir.

AI (süni intellekt), email siyahılarınızı analiz edərək hər birinin effektivliyini qiymətləndirə bilər. Həmçinin, hər emailin məhsul üçün yaratdığı dəyəri izləyərək daha yaxşı planlama strategiyaları qurmaq mümkündür.

Digital Marketing Professional – DMI Pro

“SEO”, “PPC”, “Conversion rate”, “ROI”, “Email marketing”, “Ads Manager” – bu terminlər indi sənə anlaşılmaz gələ bilər. Tədris proqramının sonunda nəinki gələcək ixtisasının bütün terminlərinə bələd olacaqsan, həmçinin brendləri digital dünyada var edən professionala çevriləcəksən.

Növbəti qrup: 7 İyun 2025