Design Week

  • clock 5-6 dəq. oxuma vaxtı
  • clock

Akademiyamızda təşkil olunacaq “Design Week”-də öz yerini indidən bron et!

26, 27 və 28 aprel tarixlərində dizayn sahəsinin dəyərli simalarından və Akademiyamızın peşəkar instruktorlarından olan, “Tipoqrafika” kitabının müəllifi Rizvan Bağırlının iki yeni – “Dizayn Şəbəkəsi (GRİD)” və “Dizaynda Kompozisiya” adlı kitablarının rəsmi təqdimatı və imza günü keçiriləcək.

Həmçinin, akademiyamızın dəyərli instruktorları

26 aprel, saat 19:00-da Fərid Rzazadə “Brendinqdə Vizual hekayənin qurulması” və Murad Əsədov “Brendinqdə Metafora”,
27 aprel, saat 14:00-da Ceyhun Bəxtiyarov “UI dizaynda istifadəçi formları” və Vilayət Müslümov “Paralel Dünyada UX/UI dizayn”,
28 aprel, saat 14:00-da Rizvan Bağırlı “Səhifə konstruksiyası” və İlkin Qubatov “Müasir reklamda CGI” mövzularında master klass keçərək, öz bilik və təcrübələrini səninlə paylaşacaqlar.

🆘 Rizvan Bağırlının kitab təqdimatı hər 3 tarixdə də keçiriləcək.

Akademiyamızın dəstəyi ilə nəşr olunan, dizayn sahəsinin inkişafına töhfə verəcək kitabları əldə edən ilk şəxslərdən biri olmaq və dəyərli instruktorlarımızın təcrübəsindən faydalanmaq istəyirsənsə, elə indi sənə uyğun 3 gündən birinə qeydiyyatdan keç, möhtəşəm dizayn həftəsinin bir parçası da sən ol!