Əziz məzunlarımız, yeni layihəmiz olan "Karyera Söhbətləri” ilə tanış olun! 🥳
Layihə çərçivəsində sizi hər ay əməkdaşlıq etdiyimiz şirkətlərin İnsan Resursları mütəxəssisləri ilə bir araya gətirəcəyik.
İlk qonaqlarımız 🤩
- Leyla Əliyeva - Azərbaycan Hava Yolları | İstedadların cəlb olunması şöbəsinin rəhbəri
- Şəbnəm Yusubova - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi | Karyera inkişafı şöbəsinin rəhbəri
“Karyera Söhbətləri” layihəsinin əsas məqsədi – məzunlarımızı real iş dünyasına daha da yaxınlaşdırmaqdır. Bu təşəbbüslə onları müxtəlif şirkətlərin HR mütəxəssisləri ilə bir araya gətirərək əmək bazarının tələbləri, müsahibə prosesləri və karyera inkişafı mövzularında məlumatlandırmağı hədəfləyirik. Eyni zamanda, layihə tərəfdaş şirkətlər üçün də potensial istedadlarla erkən mərhələdə tanış olmaq imkanı yaradacaqdır.
📅 Tarix: 23 aprel
🕖 Saat: 19:00
⏱ Müddət: 90 dəqiqə
📍 Məkan: Code Academy
Real iş dünyasına bir addım daha yaxınlaşmaq üçün bu fürsəti qaçırmayın!✨