Data analitika müasir biznesin ayrılmaz hissəsinə çevrilib. Strateji qərarların qəbulunda məlumatların düzgün təhlili şirkətləri rəqabətdə irəli aparır, riskləri minimuma endirir və imkanları maksimuma çatdırır. Bəs bu qərarlar nələrə əsasən verilir? Hansı addımlar nəzərə alınmalıdır? 🤓
Bu və daha çox suallara cavab tapmaq istəyirsənsə, səni infosessiyamızda iştirak etməyə dəvət edirik. 👊🏻
🗓 Tarix: 18 Yanvar
🕖 Saat: 14:00
📍 Məkan: Code Academy
Moderatorumuz Data Analitika tədris proqramı üzrə rəhbər və instruktorumuz Novruz Həsənov həm suallarını cavablandıracaq, həm də starteji yanaşma üçün sənə lazım olan bütün bilik və məsləhətlərini ötürəcək.
Sən də data analitika bacarıqlarınla strateji bir yanaşmaya sahib olmaq istəyirsənsə elə indi qeydiyyatdan keç!✨