Bu yazımızda oyunların yaradılmasında mövcud olan 3 əsas istiqamət – Game Designer, Game Artist, Game Developer haqqında danışacağıq.
Game designer
Game designer oyunun necə oynanacağına və oyunçuya necə bir hissiyat verəcəyinə dair bütün qərarları verən insandır.

Game designer-in gördükləri işlərə bunlar daxil edilə bilər:
- Oyunun əsas ideyasının, hekayəsinin və qaydalarının formalaşdırılması,
- Hədəflərin və xal sisteminin qurulması,
- Çətinlik səviyyələrinin müəyyən edilməsi,
- Oyun səviyyələrinin (level) dizaynı,
- Oyun ekonomiyasının və mükafat/cəza sistemlərinin qurulması,
- Oyunu test edərək müvafiq geridönüşlərin edilməsi,
- Sənədləşdirmə (GDD)
Game designer-lər, həmçinin yüksək kommunikasiya qabiliyyətinə malik olmalıdırlar ki, bu da onlara komandaya ideyaların düzgün və səlis şəkildə çatdırılmasına kömək olur. Game designer olmaq üçün lazım olan ən əsas bacarıqlara oyun sistemləri, mexanikaları və qaydalarının təyin edilməsi, bu sistemlərin birgə düzgün işləməsinin təmin olunmasından başqa oyunun əyləncəli hala gətirilməsini hədəfləmək də aid edilir. Çox vaxt game designer-lər müvafiq auditoriyanın maraq dairələrini, trendləri araşdırmalı, bu maraq dairələrinə uyğun müxtəlif oyun janrları arasında keçid etməli olurlar.
Analitik düşüncə, texniki biliklər və problem həll etmə bacarığı, game designer-lərin komanda ilə effektiv işləməsinə və prototipləmə mərhələlərini daha asan və sürətli etmələrinə kömək edir. Bu xüsusiyyətlər, game designer olmaq üçün vacib meyarlardır.
Game Artist
Bir game artist game designer-dən fərqli olaraq aldığı brif əsasında oyunun hekayəsini həmin oyuna məxsus incəsənət stili ilə vizuallaşdıraraq reallaşdırır. O, eskizlərdən başlayır, daha sonra müxtəlif qrafika proqramlarından istifadə edərək onları oyunda istifadə edilə bilən elementlərə çevirir. Game artist oyun stillərinin seçilməsi və bütün oyun elementlərinə tətbiq edilməsi məsuliyyətini daşıyır və bununla da identifik kontent yaratmış olur. Game designer və developer ilə sıx əlaqədə işləyən game artist-lərin vəzifə öhdəlikləri çalışdıqları komandanın və proyektin həcminə görə dəyişə bilir.

Game Designer ilə Game Artist arasında fərqlər
- Game Designer: Oyunun işləmə prinsiplərini və oyunçu təcrübəsini qurur, oyun qaydalarını, mexanikalarını müəyyən edir.
- Game Artist: Aldığı brif əsasında oyunu vizuallaşdırır.
Başqa sözlə, Game Designer oyunun funksional hissəsini, Game Artist isə bu funksionallığı gözəlləşdirən vizual elementləri hazırlayır.
Game Designer yoxsa Game Artist: Hansı peşə sizin üçün daha uyğundur?
Əgər incəsənət bacarığınız varsa və vizual elementlərlə işləməyi sevirsinizsə, game artist olmaq sizin üçün uyğun karyera seçimi ola bilər. Əgər həm yaradıcı, həm də texniki bacarıqlara sahibsinizsə və oyunun ümumi konseptini formalaşdırmaq, onun dizaynına geniş perspektivdən baxmaq sizi daha çox cəlb edirsə, o zaman Game Desiger sizin üçün daha doğru yoldur!
Game Developer
Game developer oyun ideyalarını kodlaşdıraraq oynanabilən proyekt halına gətirən insanlardır. Game developer olmaq üçün alqoritmik düşüncə, yüksək texniki bacarıqlar və kompüter elmləri, eləcə də fizika və dinamika kimi digər oyun anlayışlarının öyrənilməsi lazımdır. Game developer ideyanın oynanabilən hala gəlməsi ilə yanaşı test zamanı müəyyən edilən xətalarını aradan qaldırmaqla daha yaxşı oyun təcrübəsi yaratmaq vəzifəsini də daşıyır. Game desginer və artist ilə sıx əlaqədə işləyən game developer-lər, komandanın həcmi və proyektin çətinlik səviyyəsinə görə müxtəlif qruplara bölünə bilərlər.

Game developer-lər sadəcə kod yazmaqla qalmayıb, oyun motorlarından istifadə etməli, brief əsasında layihəni reallaşdırmaq üçün müxtəlif proqramlaşdırma dillərində möhkəm baza biliklərinə sahib olmalıdırlar.Yüksək problem həlletmə bacarığına sahib olmaq da game developer-lar üçün əhəmiyyətli xüsusiyyətlərdən biridir.
No-Code Nədir?
No-Code platformaları, istifadəçilərə proqramlaşdırma bilikləri tələb etmədən tətbiq və prototiplər yaratmağa imkan verən alətlərdir. Bu platformalar, vizual interfeyslər və sürükləyib-burax (drag-and-drop) funksionallığı vasitəsilə, proqramlaşdırma bacarığı olmayan şəxslərin asanlıqla tətbiqlər hazırlamasına şərait yaradır. No-Code platformalardan prototip və tətbiq yaradılması, müxtəlif tapşırıqların avtomatlaşdırılması və ümumi prosesin sürətləndirilməsində istifadə olunur.
Game Developer ilə No-Code istifadəçisi arasındakı fərq
- Game Developer: Oyun ideyalarını kodlaşdıraraq onları oynanabilən hala gətirir. Bu proses daha mürəkkəbdir və game developer-dən peşəkar, dərin proqramlaşdırma bacarıqları tələb edir.
- No-Code: No-Code platformalarından istifadə edənlər daha sadə və sürətli həllər təqdim edir. Onlar texniki biliklərə malik olmadan sürətli prototiplər yaradır. No-Code, adətən daha sadə tətbiqlər üçün istifadə olunur.