Biznes Analitika sahəsi bu gün qlobal şirkətlərin strateji qərarverməsində mühüm rol oynayan, sürətlə inkişaf edən və daim təkmilləşən sahədir. Rəqəmsallaşmanın artması nəticəsində bütün təşkilatlar daha səmərəli işləmək, xərcləri optimallaşdırmaq və komanda işini daha məhsuldar etmək üçün biznes analitiklərinə ehtiyac duyur. Bu qədər vacib sahədə karyeraya başlamaq istəyənlərin verdiyi suallardan biri isə “Biznes Analitik olmaq üçün mütləq İT təcrübəsi və ya proqramlaşdırma biliyi lazımdır?” olur.
Proqramlaşdırma olmadan İT Biznes Analitikasına baxış
İT Biznes Analitika bir çox insanın düşündüyü kimi texniki və ya kodlaşdırmaya əsaslanan bir sahə deyil. Əksinə, bu proses şirkət daxilində baş verən problemləri müəyyənləşdirmək, prosesi analiz etmək və daha yaxşı nəticə verən həllər təklif etməkdən ibarətdir.
İT Biznes Analitika aşağıdakı fəaliyyətləri əhatə edir:
• Məlumatların toplanması və təhlili: İT Biznes Analitika mövcud prosesi, iş axınını, problemləri və ehtiyacları araşdırır.
• Proseslərin sənədləşdirilməsi: BPMN, Use Case, User Story kimi sənədlərlə tələbləri strukturlaşdırır.
• Komanda və tərəflər arasında körpü olmaq: hər iki tərəfin istəklərini anlamaq və qarşılıqlı anlaşmanı təmin etmək.
• Həll yollarının hazırlanması: problemin əsas səbəblərini tapıb daha effektiv sistemlərin təklif edilməsi.
Burada hələ heç bir kod yazmaqdan danışılmır. Çünki İT Biznes Analitikanın əsas missiyası analiz etmək, anlamaq və yönləndirməkdir.
İT Biznes Analitiklərin Proqramlaşdırma Bilməsi Lazımdır?
İT Biznes Analitiklər tez-tez proqramçılarla birlikdə işləyir. Lakin proqramlaşdırma bilmək nə işə qəbul üçün şərtdir, nə də gündəlik işin əsas hissəsi.
İT Biznes Analitikain proqramlaşdırma bilməməsinin səbəbləri:
• Onlar tələbləri toplayır, kodu isə developer yazır.
• Onlar problemi izah edir, texniki həlli isə texniki komanda hazırlayır.
• Onlar biznes tərəfin gözləntilərini çatdırır, implementasiya isə texniki roldadır.
Beləliklə, İT Biznes Analitiklərin gücü kodlaşdırmada yox, analitik düşüncə və kommunikasiya bacarıqlarındadır.
Proqramlaşdırma bilmək hansı hallarda faydalıdır?
Proqramlaşdırma bilmək məcburi olmasa da, bəzi xüsusi rollarda İT Biznes Analitikada üstünlük yaradır. Məsələn:
• Data analitika layihələrində SQL bilmək işini xeyli asanlaşdırır.
• Maliyyə modelləşdirməsində Python və Excel vasitələri daha güclü analiz imkanı yaradır.
• Business Intelligence layihələrində məlumat strukturlarını anlamaq tələb olunur.
• Texniki məhsul komandalarında kodun məntiqini başa düşmək prosesləri daha səmərəli edir.
Amma bunların hamısı əlavə üstünlükdür, şərt deyil. Bir çox İT Biznes Analitik kod yazmadan uğurlu karyera qura bilir.
İT Biznes Analitikin proqram təminatı inkişafında rolu

İT Biznes Analitik, layihənin ilkin konsepsiyasından son təhvilinə qədər, SDLC-nin (Software Development Life Cycle ) bütün mərhələlərində əsas rol oynayır və inkişaf prosesinin daima biznes tələblərinə uyğunluğunu yoxlayan şəxsdir.
Körpü rolu (İnterfacing):
İT Biznes Analitik müştərilər, idarəçilər, istifadəçilər və texniki komanda arasında körpüdür.
Bu mərhələdə İT Biznes Analitik:
• tələbləri toplayır
• müsahibələr aparır
• problemləri təyin edir
• biznes ehtiyaclarını müəyyənləşdirir
İT Biznes Analitik həmçinin texniki komanda ilə işləyib təklif olunan həllin mümkünlüyünü dəqiqləşdirir.
SDLC mərhələlərində İT Biznes Analitikin rolu
Proqram təminatının hazırlanması bir neçə mərhələdən ibarətdir və hər mərhələdə İT Biznes Analitikin rolu vacibdir. Onlar bu mərhələlər boyunca həm komandanın, həm də biznes gözləntilərinin üst-üstə düşməsini təmin edir. Bu mərhələlər:
1. Tələblərin hazırlanması. Problemin “nə” olduğunu müəyyənləşdirmə mərhələsi.
Burada biznes ehtiyacları araşdırılır, mövcud prosesi və problemləri analiz edilir, maraqlı tərəflərlə müsahibələr aparılır, tələblər toplanıb sənədləşdirir və priotetləşdirir. Tələblər nə qədər aydın olsa, layihə sonradan bir o qədər az dəyişikliklə, daha səmərəli irəliləyir.
2. Biznes tələbindən texniki həllə: sistem dizaynı mərhələsi
Bu mərhələdə İT Biznes Analitik artıq biznesin “nə istədiyini” dəqiq başa düşdükdən sonra, həmin tələbləri texniki komandaya anlaşıqlı şəkildə təqdim edir.
3. İnkişaf (Development) – Komanda arasında real körpü
İnkişaf mərhələsi proqramçıların sistemi yazmağa başladığı mərhələdir və bu anda İT Biznes Analitikin rolu daha da önəmli olur. Çünki iş artıq nəzəriyyədən praktikaya keçir və hər bir yanlış anlaşılma, qeyri-dəqiq tələb və ya boşluq son nəticəni birbaşa təsirləndirə bilər.
4. UAT mərhələsi (User Acceptance Testing). Həllin işləyib-işləmədiyini təsdiq etmə
Bu hissə proqram təminatının real istifadəçilər tərəfindən sınaqdan keçirildiyi və sistemin biznes ehtiyaclarına uyğun olub-olmadığının yoxlanıldığı ən kritik mərhələlərdən biridir.
Sistem yayımlandıqdan sonra davam edən analitik iş:
Məhsul və ya sistem istifadəyə verildikdən sonra layihə rəsmi olaraq tamamlanmış hesab olunsa da, İT Biznes Analitikin rolu burada bitmir. Əksinə, baxım mərhələsi real iş prosesində sistemin necə davrandığını, istifadəçilərin onunla necə işlədiyini və hansı yeni ehtiyacların yarandığını görmək üçün ən vacib mərhələdir.
5. İT təcrübəsi olmayan İT biznes analitiklər üçün əsas bacarıqlar
Bu sahədə müvəffəqiyyət kod yazmaqdan çox, problemi başa düşmək və komandaları düzgün istiqamətləndirmək bacarığından asılıdır.
Aşağıdakı bacarıqlar İT Biznes Analitikin rolunu effektiv şəkildə yerinə yetirmək üçün vacib sayılır və onların hər biri real iş həyatında böyük rol oynayır:
Analitik düşüncə və problem həlli
İT Biznes Analitikin əsas missiyası problemi düzgün müəyyənləşdirməkdir. Bu sahədə çalışan biri suallar verərək, araşdıraraq və məlumatları analiz edərək problemin kök səbəbini tapır.
Güclü ünsiyyət və təqdimat bacarıqları
İT Biznes Analitik həm texniki komanda, həm də biznes tərəfi ilə işlədiyi üçün hər iki dili başa düşməli və danışmalıdır.
Aydın olmayan ünsiyyət isə layihələrin gecikməsinə və yanlış funksionallığın hazırlanmasına səbəb ola bilər.
Biznes proseslərini dərindən anlamaq
Yaxşı biznes analitik yalnız sistemin necə işlədiyini deyil, biznesin necə idarə olunduğunu da anlamalıdır.
Əgər İT Biznes Analitik prosesin məqsədini anlamırsa, doğru həll təklif edə bilməz. Buna görə də biznes modelləri, iş axınları və şirkətin məqsədləri haqqında bilik fundamental əhəmiyyət daşıyır.
SQL və Excel kimi baza analitik alətləri bilmək
İT mütəxəssisi səviyyəsində texniki bilik tələb olunmur, lakin verilənlərlə işləmək üçün baza səviyyədə SQL, Excel və data analizi anlayışları böyük üstünlük verir.
Bu alətlər İT Biznes Analitikə datanı qiymətləndirməsinə, trendləri görməsinə və qərar vermə prosesində dəqiq analiz təqdim etməsinə imkan yaradır.
6. İT Təcrübəsi Olmayanlar üçün Sertifikatın Əhəmiyyəti
İT Biznes Analitika sahəsinə yeni başlayan biri üçün sertifikat həm bilik, həm də motivasiya baxımından böyük üstünlük yaradır.
ECBA (Entry Certificate in Business Analysis – IIBA)
Bu sertifikat:
• qlobal tanınır
• Biznes Analitika sahəsinə giriş üçün ən doğru pillədir
• İT bilikləri tələb etmir
• İT Biznes Analitik üçün lazım olan əsas metodologiyaları öyrədir
• CV-də ciddi fərqləndirici rol oynayır
ECBA kurslarında sən :
• tələblərin necə toplanacağını
• stakeholder-lərlə necə işlənəcəyini
• sənədləşmənin peşəkar üsullarını
• strukturlaşdırılmış analiz metodlarını addım-addım öyrənirsən.
Bu, İT Biznes Analitika sahəsinə sıfırdan daxil olan biri üçün ideal başlanğıcdır.
Bu gün minlərlə insan marketinqdən, maliyyədən, humanitar sahələrdən, hətta hüquqdan İT Biznes Analitik sahəsinə keçid edə bilir. Çünki İT Biznes Analitika insan düşüncəsinə, analizə və ünsiyyətə əsaslanır.
Əsas olan doğru yanaşma və davamlı öyrənməkdir. Biznes proseslərini anlamaq, analitik düşünmək, insanlarla işləmə bacarığını inkişaf etdirmək və lazım gəldikdə SQL, Excel kimi baza alətlərini öyrənmək bu yolda sənə kifayət qədər dəstək olacaq. ECBA kimi beynəlxalq sertifikatlar isə biliklərini sistemli şəkildə qurmağa və işə qəbulda rəqabət üstünlüyü qazanmağa kömək edir.