Hər bir tələbənin həyatında bir məqam gəlir ki, artıq öyrəndiklərini real iş dünyasında necə tətbiq edəcəyini düşünməyə başlayır. “Haradan başlamalıyam?”, “Şirkətlər nəyə üstünlük verir?”, “unior səviyyədə məndən nələr gözlənilir” kimi suallar adətən tədrisin sonuna yaxın daha çox üzə çıxır.
Code Academy-də isə bu suallar cavabsız qalmır. Çünki Akademiyada çoxdan ənənəyə çevrilmiş xüsusi bir layihə var: Karyera Söhbətləri.
Niyə “Karyera Söhbətləri” tədbirlərində iştirak etməlisən?
Müxtəlif sahələrdən mütəxəssislərin Akademiyaya gəlməsi ilk baxışdan adi bir seminar kimi görünə bilər. Amma əslində bu görüşlər tələbələrin real karyera dünyası ilə “ilk tanışlığı”dır.
Burada hər şey səmimi və açıq olur. Qonaqlar öz gündəlik iş həyatlarından danışır, nə ilə qarşılaşdıqlarını real nümunələrlə bölüşür, tələbələrin suallarını çəkinmədən cavablandırırlar. Aktiv iştirak edən məzun və tələbələr isə HR-lardan müxtəlif hədiyyələr qazanırlar.



Məhz bu səmimilik Karyera Söhbətlərini tələbələrin ən çox gözlədiyi günə çevirir.
Sahənin içindən gələn hekayələr
Hər görüşdə fərqli sahələrdən mütəxəssislər olur: proqramlaşdırma, data analitika, dizayn, marketinq, kibertəhlükəsizlik və daha çoxu. Onları dinləyəndə başa düşürsən ki, karyera heç vaxt düz bir xəttlə getmir.
Birinin dizayner olmaq üçün aldığı ilk frilans iş, digərinin developer olaraq ilk code review təcrübəsi, başqasının data sahəsinə keçid hekayəsi – bütün bunlar tələbələr üçün motivasiyanın ən real formasıdır.
Tələbələrin ən çox dəyər verdiyi anlar
Karyera Söhbətlərinin ən güclü tərəfi ondan ibarətdir ki, hər görüş praktik və faydalı məqamlar üzərində qurulur. Məsələn:
- CV-də nəyə diqqət edilməlidir?
HR-lar çox konkret misallarla izah edirlər: hansı cümlələr artıqdır, hansı bacarıqlar daha önəmlidir, portfolio necə nümayiş olunmalıdır. - Junior kimi çalışarkən nələrə diqqət etmək lazımdır?
Mütəxəssislər ilk iş günlərini, onboarding proseslərini, çətinliklərini və öyrəndiklərini bölüşür. - Sual-cavab hissəsi
Tələbələrin ən çox sevdiyi hissə məhz budur. Onlar çox spesifik suallar verirlər və orada eşitdikləri cavablar bəzən onların bütün planlarını dəyişir.
Karyera söhbətlərindən sonra artıq sizdə öz ixtisasınızla bağlı müəyyən bilik və bacarıqlar daha da inkişaf edir. Elə bu yerdə də Laszlo Bock-ın sözləri yada düşür. O, Google-da 10 ildən çox çalışmış və dünyanın ən innovativ HR sistemlərini quran People Operations rəhbəri (SVP) və Google-un məşhur işə qəbul modelinin, mədəniyyətinin və performans sistemlərinin qurucularından biri hesab olunur. Onun sözləri isə belədir: “Daha çox bacarıq öyrənənlər, titula fokuslananlardan həmişə daha üstün olur.”
Netvörkinq: səssiz, amma böyük güc
Görüş bitdikdən sonra tələbələr qonaqlarla söhbət edirlər, LinkedIn-də əlaqə qururlar, məsləhət alırlar.
Bu, onların karyeraya addım atmazdan əvvəl kiçik, amma güclü bir şəbəkə yaradır. Çox zaman tələbələr məhz bu görüşlər sayəsində praktikaya dəvət alır, ya da hansı istiqamətə yönələcəyini dəqiqləşdirir.
Karyera Söhbətləri tələbələrin yalnız bilik əldə etdiyi deyil, həm də motivasiya qazandığı, özünü daha yaxşı tanıdığı və gələcək addımlarını planlaşdırdığı bir platformadır.
Burada verilən hər bir məsləhət, hər bir hekayə, hər bir sual-cavab tələbənin yoluna işıq tutur. Buna misal olaraq ötən günlərdə baş tutmuş Karyera Söhbətlərində iştiraklarından sonra karyera yollarında yeni işə başlayan iki məzunumuzu göstərə bilərik. Onlar bu görüşdə suallarına cavab tapdılar, HR-lardan müsahibə zamanı diqqət etməli olduqları məqamları öyrəndilər və nəticədə bu öyrəndiklərini öz bilikləri ilə birləşdirərək işə qəbul oldular.
Əgər tələbə və məzun olaraq real iş dünyasını hiss etmək, peşəkarlarla ünsiyyətdə olmaq və karyera planlamasını doğru istiqamətə yönləndirmək istəyirsinizsə Karyera Söhbətləri bunun üçün ən doğru məkandır.