Microsoft Excel Basics

Microsoft Excel Basic (2016) təhsili alanların Excel 2016-da çeşidləmə, filtrləmə və ara cəmi kimi əməliyyatları yerinə yetirə bilməsi, cədvəllər yaratması, bu cədvəllər üzərində əsas hesablamalar aparması, bu cədvəllərdəki məlumatlardan qrafiklər yarada bilməsi, və hazırladıqları Excel vərəqlərini istədikləri kimi çap etmələri üçün nəzərdə tutulub.

Microsoft Excel – Master

2 günlük Microsoft Excel Expert (2016) təlimində iştirakçılar Excel üzrə biliklərini və problem həll etmə bacarıqlarını təkmilləşdirəcəklər. Bundan əlavə, onlar qabaqcıl funksiyalar sayəsində verilənlər cədvəllərində daha effektiv təhlillər və digər proqramlarla məlumat mübadiləsi apara bilən alətlərdən istifadə etməyi öyrənəcəklər. Təlim zamanı Excel-dən səmərəli istifadə üçün qısa yollar və məsləhətlər də qeyd olunacaq.

Microsoft Excel – Advanced

Excel-dən istifadə ilə bağlı əsas biliklərə malik olan iştirakçılar üçün həm düsturlar, həm də məlumatların təhlili alətləri ilə hesabat vermə bacarıqlarını təkmilləşdirmək, daha başa düşülən və təhlükəsiz sənədlər yaratmaq üçün nəzərdə tutulmuş təlimdir.