Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Əflatun

Hüseynov

Digital Marketinq

Direktor
İkinöqtəsıfır

Digital texnologiyalar həyatımıza hər gün bir az daha çox daxil olur. Bu faktoru nəzərə almadan insanların "həyatına toxunmaq" artıq mümkün deyil. Dövrlə ayaqlaşmaq üçün yeni biliklər və yeni bacarıqlar qazanmalıyıq.

Müəlliminizi siz də tanıyın

sep-line
Əflatun Hüseynov Türkiyədə kommunikasiya üzrə bakalavr və magistr təhsili alıb. Bir neçə il, ictimaiyyətlə əlaqələr və marketinq sahəsində işlədikdən sonra 2006-cı ildən digital marketinq sahəsində fəaliyyət göstərməyə başlayıb. Azərbaycanda ilk adserver texnologiyası olan AdSahil layihəsini həyata keçirən Əflatun Hüseynov, daha sonra [email protected] interaktiv reklam agentliyinə rəhbərlik edib. O, 2014-ci ildə [email protected]ən ayrılaraq ikinöqtəsıfır interaktiv agentliyini qurub. Digital Marketing Institute (DMI) sertifikatlı treneri olan Əflatun Hüseynov, 2017-ci ildən Code Academy komandasına qoşulub və burada digital marketinq tədrisi ilə məşğuldur.

Tədris etdiyi proqramlar

Fərdi

Digital Marketing Professional - DMI Pro

120

saat

|

Campus | Online Campus

Digital Marketinq tədris proqramı Code Academy ilə İrlandiya mərkəzli Digital Marketing İnstitute-un eksklüziv partnyorluğu əsasında tədris edilir. Eksklüziv partnyorluq nəticəsində Code Academy-nin Digital Marketinq tədris proqramı beynəlxalq standarta uyğun olaraq hazırlanmışdır və bu proqramdan məzun olan tələbələr ödənişsiz şəkildə beynəlxalq “Certified Digital Marketing Professional” sertifikat imtahanına daxil olaraq bu sertifikatı əldə etmək imkanına sahib olurlar. […]​

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.