Blog / Kiber Təhlükəsizlik / Peşəkarların Baxışı: Kiber Təhlükəsizlikdə hansı alətlər daha effektivdir?

Peşəkarların Baxışı: Kiber Təhlükəsizlikdə hansı alətlər daha effektivdir?

Peşəkarların Baxışı: Kiber Təhlükəsizlikdə hansı alətlər daha effektivdir?

Kiber təhlükəsizlik müasir dövrdə bütün təşkilatların ən böyük müdafiə mexanizmlərindən biri hesab olunur. Davamlı şəkildə həyata keçən kiber hücumlar həm fərdləri, həm də təşkilatları təhlükə altına alır. Bu kimi halların qarşısını almaq üçün doğru strateji qərarlar verən güclü kiber təhlükəsizlik mütəxəssislərinə ehtiyac hər zaman var. Bu sahədə güclü bilik və təcrübə ilə silahlanmış mütəxəssislər təhlükəsizlik divarlarının qurulmasından tutmuş, hücumların real vaxtda aşkar edilməsinə qədər bir çox işləri yerinə yetirirlər. Bəs bir mütəxəssis başqa nələrə diqqət etməlidir? Hansı alətlərdən istifadə etməlidir? Biz də Kiber Təhlükəsizlik proqramı üzrə peşəkar instruktorlarımız Nəriman Əliyev və Saleh Hacıyevin fikirlərini əsas alaraq sahə üzrə alətləri, əsas trendləri daha dərindən araşdırdıq.

Kiber təhlükəsizlikdə Kritik Rollar və Vasitələr: Peşəkarların Baxışı

Kiber təhlükəsizlik müasir dövrün ən vacib sahələrindən biridir. Şirkətlərin digital aktivlərini qorumaq üçün istifadə etdikləri strategiyalar və alətlər onların bu sahədəki duruşunu təyin edir. Bununla yanaşı, mütəxəssislərin hansı yanaşmadan istifadə etməsi və təhdidlərə necə cavab verməsi də uğurlu müdafiə üçün əhəmiyyətlidir. Kiber təhlükəsizlik proqramı üzrə peşəkar instruktorlarımız Nəriman Əliyev və Saleh Hacıyev ilə olan söhbətlər zamanı ən çox müzakirə olunan mövzuları daha detallı nəzərdən keçirdik.

Blue Team vs. Red Team

Kiber təhlükəsizlik sahəsində “Blue Team” və “Red Team” yəni, müdafiə və hücum komandaları artıq hərkəsə tanışdır. Şirkətlər öz təhlükəsizlik strategiyalarını formalaşdırarkən hər iki komandanın istifadə edərək daha güclü təhlükəsizlik mexanizmi qururlar. Blue Team (Müdafiə) əsasən sistemlərin təhlükəsizliyini qoruyur, Red Team (Hücum) isə bu sistemlərdə zəiflikləri aşkar etmək üçün sınaq hücumları həyata keçirir.

Bu fikri elə Nəriman müəllim də təsdiqləyir. “Blue Team daha vacibdir. Red Team əsasən Blue Team-in işini asanlaşdırmaq və onların müdafiə bacarıqlarını təkmilləşdirmək üçün nəzərdə tutulub.” Ancaq şirkətlər hər iki komandadan istifadə etdikləri zaman tam kiber təhlükəsizliyi təmin edə bilirlər. Blue Team müdafiə xəttini gücləndirərkən, Red Team daim bu müdafiənin daha da təkmilləşdirilməsinə kömək edir. Beləliklə, hər iki komanda bir-birini tamamlayır.

Firewall yoxsa IPS

Firewall-lar və Intrusion Prevention System (IPS) kiber təhlükəsizliyin əsas müdafiə vasitələridir və hər biri fərqli üstünlüklərə malikdir. Firewall-lar şəbəkənin ilk müdafiə xətti hesab olunur və sistemə daxil olan və çıxan məlumat trafikinə nəzarət edir. IPS-lər isə daha da inkişaf edərək yalnız məlumat axınını izləməklə kifayətlənmir, həm də hücumların qarşısını alma qabiliyyətinə malikdir.

“Firewall-lar şəbəkənin ilk müdafiə xəttidir və çox effektivdir,” deyə Saleh Hacıyev bildirir. Bununla razılaşan Nəriman müəllim isə IPS-lərin müasir dövrdə artıq daha da inkişa edərək müdaxilələrin qarşsını almaq xüsusiyyətlərinə malikdir. Bu, kiber təhlükəsizlik mütəxəssislərinin təhdidləri qabaqlayaraq real vaxtda müdaxilə etmə bacarıqlarını artırır. 

VPN vs. Proxy

Kiber Təhlükəsizlik dünyasında Virtual Private Network (VPN) və Proxy serverlər şəbəkə trafikinin qorunması üçün iki əsas vasitədir. VPN-lər istifadəçilərin internetdəki fəaliyyətlərini tamamilə şifrələyir və bu məlumatların üçüncü şəxslər tərəfindən izlənilməsinin qarşısını alır. Proxy isə sadəcə müəyyən məlumat trafikinə nəzarət etməklə məhdudlaşır və tam qoruma təmin etmir.

“VPN-lər Proxy-lərdən daha təhlükəsizdir və daha çox tətbiq olunur,” deyə Nəriman Əliyev qeyd edir. “Proxy müəyyən dərəcədə qoruma təmin edə bilər, lakin VPN tam şifrələmə və tam müdafiə təklif edir,” deyə Saleh də bu fikirləri dəstəkləyir. Bu səbəbdən, yüksək səviyyədə məxfilik və təhlükəsizlik tələb olunan hallarda VPN istifadə etmək daha məsləhətlidir.

IDS vs. IPS: Hansı Sistem Daha Vacibdir?

Kiber Təhlükəsizlikdə bir çox fərqli rollar mövcuddur. Onlar sırasına Intrusion Detection System (IDS) və Instrusion Prevention System (IPS) daxildir. IDS sistemləri adətən şübhəli hərəkət və ya hücumları aşkarlayır ancaq onları dayadıra bilmə qabiliyyətinə malik deyil. IPS-lər isə həm hücumları müəyyən edə, həm də onların qarşısını ala bilir. 

Nəriman və Saleh müəllim onlar arasındaki fərqi belə izah edir. “IDS sanki həyətinizdə bir it kimidir—şübhəli fəaliyyət olduqda xəbərdarlıq edir.” IPS isə bu hücumların qarşısını almaq üçün vacibdir, lakin əvvəlcə təhlükəni müəyyən etmək üçün IDS-in işi vacibdir,” deyə Saleh əlavə edir. Beləliklə, hər iki sistem fərqli məqsədlərə xidmət edir və bir-birini tamamlayır.

SIEM vs. IDS

SIEM (Security İnformationa and Event Management) sistemləri kiber təhlükəsizlik hadisələrinin təhlilində əsas vasitələrdən biri hesab olunu və  adətən IDS-lə mqayisə edilir. SIEM sistemləri isə fərqli mənbələrdən məlumatları toplayır və onlar əsasında qərar verməyə kömək edir. 

“SIEM, məlumatları bir neçə mənbədən toplayaraq daha geniş bir təhlükəsizlik perspektivi təqdim edir,” deyə Nəriman qeyd edir. “Bu, təhlükələri daha yaxşı başa düşmək və daha effektiv tədbirlər görmək üçün əvəzsizdir,” deyə Saleh də əlavə edir. 

Ehtiyat Nüsxələri vs. Yeniləmələr

Serverlərin qorunması üçün həm ehtiyat nüsxələrinin saxlanılması, həm də yeniləmələrin vaxtında edilməsi çox vacibdir. Ehtiyat nüsxələr sistemdə problem yarandıqda məlumatların bərpasını təmin edir. Yenilənmələr isə proqram təminatını aktiv vəziyyətdə saxlayaraq “bug”-ların qarşısını alır.

Kiber Təhlükəsizlik proqramı üzrə instruktorumuz Saleh bildirir ki,”Yeniləmələr zamanı problem yaranarsa, ehtiyat nüsxələri sistemi bərpa etməyə imkan verir,” Nəriman müəllim əlavə olaraq isə qeyd edir ki, “Yeniləməsək, məlumatlarımızın tamlığını riskə atırıq. Ehtiyat saxlamasaq, hücumlar əlçatanlıq problemlərinə səbəb ola bilər.” Bu səbəbdən hər iki proses eyni dərəcədə vacibdir və bir-birini tamamlayır.

Windows vs. Linux

Burada seçim əslində müasir dövrdə çox aydındır, xüsusilə kiber təhlükəsizlik mütəxəssiləri üçün bir cavab var artıq  – Linux. 

Hər birimiz bilirik ki, artıq uzun illərdir ki, Windows və Linux əməliyyat sistemləri arasında davam edən kiber təhlükəsizlik mübahisəsi var. Çoxları Linux-u daha təhlükəsiz hesab edir, çünki bu əməliyyat sistemi daha açıqdır və istifadəçilərə öz müdafiə mexanizmlərini qurmaq üçün geniş imkanlar təqdim edir.

“Linux təhlükəsizlik üçün nəzərdə tutulub və daha çox nəzarət imkanı verir,” deyə Nəriman qeyd edir. “Windows admin deyilsinizsə, Linux ən yaxşı seçimdir,” deyə Saleh əlavə edir.

Ancaq kiber təhlükəsizlik proqramı üzrə instruktorlarımız da bu mövzuda həmfikrdirlər. “Windows admin deyilsinizsə, Linux ən yaxşı seçimdir”

Şifrələmə: Məxfilik vs. Sürət

Bir kiber təhlükəsizlik mütəxəssisi şifrələmədə məxfilik və sürət arasında seçim etməli olsa bunun tətbiqə bağlı olduğunu deyəcək.  Yəni, güclü şifrələmə məlumatların təhlükəsizliyini təmin edir ancaq sürəti də azalda bilər. Cari proseslərdə isə sürət bəzən ən vacib amillərdən biridir. 

Kiber Təhlükəsizlik yalnız texnoloji alətlərlə məhdudlaşmır. İnstruktorlarımızın təcrübələri göstərir ki, bu sahədə hər bir detal vacibdir. Bu məqamların birlikdə işləyə bilməsi isə güclü müdafiə sistemi yaradır. Belə halda hər bir kiber təhlükəsizlik mütəxəssisinin hər zaman inkişaf etməsi, trendləri izləməsi və daim öz üzərində işləməsi zəruridir.

SahəNİN mütəxəssisi olmaq istəyirsinizsə yalnız texniki biliklərlə məhdudlaşmayın, həmçinin, düzgün strategiya quraraq və komanda işini gücləndirərək uğur qazana bilərsiniz. Peşəkar bir kiber təhlükəsizlik mütəxəssisi həm ənənəvi, həm də müasir hücum metodlarını başa düşməli, öz bacarıqlarını inkişaf etdirməyə və təhlükəsizlik tədbirlərini təkmilləşdirməyə fokuslanmalıdır.

Kiber Təhlükəsizlik

Digital dünyanın sürətli inkişafı məlumatların təhlükəsizliyini kiberhücumlardan qorumağı tələb edir. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təhsil tərəfdaşı olan Code Academy əmək bazarının tələblərinə cavab verən peşəkar kadrlar hazırlayır.

Növbəti qrup: 3 fevral 2025

Bənzər yazılar