Bloq / Proqramlaşdırma / Proqramçı AI-dan qorxmalıdırmı? Yoxsa onunla əməkdaşlıq etməlidir?

Proqramçı AI-dan qorxmalıdırmı? Yoxsa onunla əməkdaşlıq etməlidir?

Texnologiya sürətlə inkişaf etməyə davam edir. Bu dəyişimin mərkəzində AI(süni intellekt) və proqramlaşdırma dayanır. Artıq gələcəyin proqramçısı yalnız proqramlaşdırma bacarıqları ilə kifayətlənmir. AI(süni intellekt) ilə birlikdə daha yaradıcı, çevik və məhsul yönümlü həllər yaradır. 

Yeni reallıq, yeni yanaşma!

AI (süni intellekt) və proqramlaşdırmanın sintezi proqramçıya bir çox üstünlük qazandırır. İndi proqramçılar təkcə kod yazmır. Həmçinin AI (süni intellekt) ilə birgə işləməklə proqramlaşdırma prosesindəki səhvləri analiz edir və onları daha sürətli şəkildə aradan qaldırır. Onlar eyni problemini müxtəlif proqramlaşdırma dillərində həll etməyi öyrənərək texniki çeviklik və adaptasiya bacarığı qazanırlar. Bu inteqrasiya proqramçının yalnız kodlaşdırma bacarıqlarını deyil, həm də proqramlaşdırma düşüncə tərzini təkminləşdirir. Nəticədə, proqramçı yaradıcılıq imkanlarını genişləndirir, proqramlaşdırma sahəsində məhsul yönümlü və daha effektiv həllər təqdim edə bilir.

AI (süni intellekt) proqramlaşdırmaya necə inteqrasiya olunur?

Bu gün AI (süni intellekt) yalnız dəstəkçi funksiya daşımır. O, artıq kod yazır, optimallaşdırır, hətta test edir. Microsoft və Alphabet kimi texnologiya nəhəngləri artıq kodlarının 25%-ni AI vasitəsilə avtomatik generasiya edir. Microsoft-un baş texnologiya direktoru Kevin Scott deyir ki, “5 il ərzində kodların 95%-i AI tərəfindən yazılacaq.” Amma əlavə edir ki,  “yaradıcı düşüncə hələ də insanlara məxsusdur.”

Scott-un fikrincə, AI-ın proqramlaşdırma sahəsinə daxil olması sənayedə əvvəllər yaşanmış transformasiyaların davamıdır. Ötən illərdə Assembly dili ilə proqramlaşdırmadan yüksək səviyyəli dillərə keçid zamanı birçoxları: “Əgər Assembly-də kod yaza bilmirsənsə, sən əsl proqramçı deyilsən. Yeganə doğru yol budur.” deyə düşünürdülər.

Məhz bu misal əsasında Scott bildirir ki, AI ilə proqramlaşdırma sahəsində baş verən dəyişikliklər buna bənzəyir. Onun fikrincə, bu texnoloji dönüş adaptasiya və əməkdaşlıqla qarşılanmalıdır. 

Texnologiya inkişaf etdikcə, proqramlaşdırmaya olan tələblər də dəyişir. Müasir proqramlaşdırma artıq təkcə kod yazmaqdan ibarət deyil. Sürətli, keyfiyyətli və yaradıcı nəticələr tələb olunur. AI dəstəklənən proqramlaşdırma alətləri bu tələblərə cavab verir və artıq gündəlik iş proseslərinin ayrılmaz hissəsinə çevrilib.

AI və İş Bazarı: Təhlükə, yoxsa Yeni İmkanlar?

Süni intellektin proqramçıları əvəz edib-etməyəcəyi sualı getdikcə aktuallaşır. McKinsey-in məlumatına görə, 2030-cu ilə qədər inkişaf etmiş ölkələrdə AI və avtomatlaşdırma səbəbilə təxminən 7% iş itkisi baş verə bilər. Amma bu dəyişikliklər təkcə itki ilə yox, proqramlaşdırma sahəsində yeni imkanlarla müşayiət olunur.

AI yalnız mövcud vəzifələri deyil, eyni zamanda yeni texniki sahələri də formalaşdırır:

  • ML-Ops mühəndisləri
  • AI məhsul menecerləri
  • Hibrid bulud memarları
  • Təlim datası üzrə mütəxəssislər

Bu sahələrdə işləmək üçün proqramlaşdırma bilikləri olan ixtisaslı kadrlara böyük ehtiyac yaranır. Artıq sadəcə kod yazmaq deyil, AI sistemlərini qurmaq, optimallaşdırmaq və proqramlaşdırma prosesində yönəltmək əsas bacarıqlara çevrilir.

Əgər sən də proqramlaşdırma sahəsində fərqlənmək, yeni dövr ilə uyğunlaşmaq istəyirsənsə, AI ilə əməkdaşlıq etməyin vaxtıdır. Unutmayın ki, AI sizi əvəz etmir, sizi gücləndirir.