Proqramlaşdırma sahəsi daim inkişafdadır və burada uğur qazanmaq üçün düzgün alətləri, texnologiyaları və platformaları seçmək çox vacibdir. İstər kod xətalarını yəni, bug-ları aşkarlamaq, istərsə də doğru texnologiya seçmək kimi məqamlar kiçik görünsə də əslində hər bir nüans karyeranızı formalaşdırmaqda önəmli rol oynayır. Gəlin, proqramlaşdırmada sizi uğura aparacaq bəzi məqamlara nəzər salaq.
Kod Problemlərinin Həlli: Stack Overflow vs. ChatGPT
Kod yazarkən qarşılaşdığınız xətaları aradan qaldırmaq üçün seçəcəyiniz alət iş prosesini asanlaşdırmaq üçün olduqca əhəmiyyətlidir. Daha əvvəllər developer-lər əsasən Stack Overflow-dan istifadə edirdilər, lakin süni intellekt, xüsusilə də ChatGPT-nin ortaya çıxması ilə proqramlaşdırmada debugging sahəsində yeni yanaşmalar ortaya qoymaq mümkün oldu.
Full stack back-end üzrə instruktorumuz Ülvi Məcidov bildirir ki, : “ChatGPT olmamışdan qabaq biz ilk əvvəl Stack Overflow istifadə edirdik. Biz hansısa bir xəta ilə qarşılaşanda ChatGPT-də axtarış etmək üçün bu platformaya daxil olmalıyıq. Amma Stack Overflow-da bundan fərqli olaraq biz sadəcə qarşımıza çıxan xətanı axtarış edirik. İndiki dövrdə düşünürəm ki, Stack Overflow bizə qarşımıza çıxan xəta haqqında məlumat versə də ChatGPT sanki bizlə danışır.”
Bununla belə, “community” ilə qarşılıqlı əlaqənin əhəmiyyəti də böyükdür. Full stack front-end üzrə instruktorumuz Qurban Qurbanzadənin dediyinə görə: “Mən ilk öncə Stack Overflow-a üz tuturam, çünki burada bir problemə müxtəlif yanaşma tərzləri görə bilərik. Öz problemimizin həllini axtaran zaman başqalarının problemlərini görüb onlara dəstək ola bilərik. Bu eyni zamanda community-ə bir dəyər qatmış olur. Bir “network” qurmaq şansı əldə edirik. Amma təbii ki, problemin həllini tapmadıqdan sonra internetdə olan digər məqalələr və Al-a üz tuturam.”
Kod problemlərinin həlli proqramlaşdırma prosesində kritik əhəmiyyət kəsb edir. Lakin növbəti mərhələdə artıq texnologiya stack-ı seçmək kimi daha önəmli qərarlar qəbul edilməlidir.
Doğru Texnologiya Stack-ını Seçmək: MERN vs. MEAN
Stack seçimi proqramlaşdırma layihənizin uğurunu müəyyən edən faktorlardan biridir. MERN və MEAN stack-ları arasında seçim etmək, developer-lərin hansı alət və texnologiyalardan istifadə etməyə üstünlük verməsinə görə dəyişir əslində. Hər ikisi də populyardır və hər biri özünəməxsus üstünlüklərə malikdir.
Məsələn, Ülvi Məcidov Angular-ın “dependency injection” prinsipini dəstəklədiyi üçün MEAN stack-ını seçir. O qeyd edir: “Birində Angular-ın olması, digərinin də React-ı. Burada mən Angular-ı seçərdim. Niyə? Çünki Angular bir framework-dür, özünün bir rutin sistemi var, hansı ki, proqramlaşdırmada daha çox bəyəndiyim “depend is injection” məntiqi Angular-da tətbiq olunur.”
Digər tərəfdən, Qurban Qurbanzadə React-ın sürət və sadəlik təklif etdiyi üçün MERN stack-ını üstün tutur. Onun fikrincə, React-ın virtual DOM strukturu və kitabxanasının rahatlığı MERN stack-ını daha cəlbedici edir.
Proqramlaşdırmada stack seçimi karyeranıza böyük təsir göstərə bilər, lakin doğru versiya idarəetmə sistemini tapmağı unutmasanız.
Versiya İdarəetmə Sistemi: GitHub vs. GitLab
Versiya idarəetmə sistemləri layihələrdə nizam-intizamı saxlamaq üçün vacibdir. GitHub və GitLab proqramlaşdırmada sahəsində ən populyar platformalardandır.
Eskpertlərə görə GitLab-da CI/CD pipelinelərini qurmaq daha asan və səmərəlidir lakin, GitHub istifadə rahatlığı və interfeys dizaynı ilə fərqlənir və developer-lər arasında geniş yayılıb. Bu platformaların hər ikisi effektiv versiya idarəetməsini təmin edir, lakin seçim şəxsi üstünlüklərə və layihənin ehtiyaclarına əsaslanmalıdır.
Unutmamaq lazımdır ki, versiya idarəetmə sistemi kimi verilənlər bazasının seçimi də məlumatların saxlanması və idarə olunmasına böyük təsir göstərə bilir.
Verilənlər Bazası Seçimi: PostgreSQL vs. MongoDB
Verilənlər bazası seçimi layihənin tələblərinə uyğun olaraq müəyyən edilməlidir. PostgreSQL və MongoDB bu sahədə ən çox istifadə olunan iki fərqli verilənlər bazasıdır və onların hər biri fərqli tiplərə malikdir.
PostgreSQL, SQL əsaslı bir verilənlər bazası olaraq, məlumatları əlaqəli cədvəllərdə saxlamaq üçün istifadə olunur. İnstruktorumuz Ülvi Məcidov bildirir ki: “PostgreSQL adını nəzərə aldıqda, onun bir “relational database management system” olduğunu görürük, yəni burada verilənlər “table” quruluşunda saxlanılır. Bu table-lar isə öz növbəsində sətir və sütunlardan ibarətdir ki, bu da məlumatların nizamlı şəkildə saxlanılmasına imkan yaradır.”
Digər tərəfdən, MongoDB non-SQL əsaslı bir verilənlər bazasıdır və proqramlaşdırmada kiçik layihələr üçün daha sürətli performans təklif edir. Lakin, Qurban Qurbanzadə qeyd edir ki, daha mürəkkəb məlumatların idarə olunması lazım olduqda, PostgreSQL uyğun ola bilər.
Proqramlaşdırma dünyasında qarşınıza çıxacaq müxtəlif seçimlər arasında sizə uyğun, doğru qərarları vermək bu sahədə uğura aparan əsas yollardan biridir.
Texnologiya sürətlə inkişaf edir və bu sahədə uğur qazanmaq üçün həm məlumatlı, həm də çevik olmaq çox önəmlidir. Proqramlaşdırma sahəsində biliklərinizi artırmaq və uğur qazanmaq üçün bloqumuzda daha çox məqalələr oxumağa davam edin!