Blog / Proqramlaşdırma / Proqramlaşdırma niyə qlobalda hələ də populyar sahədir?

Proqramlaşdırma niyə qlobalda hələ də populyar sahədir?

Proqramlaşdırma sahəsi hazırda qlobal miqyasda yeni texnologiyalarla əlaqəli olaraq sürətlə inkişaf edir və daim yenilənir. Bu səbəbdən developer-lər üçün daima öyrənmək və bacarıqları yeniləmək böyük əhəmiyyət kəsb edir həmçinin onlara olan tələbat günü-gündən artır. Proqramlaşdırma bizneslər üçün böyük əhəmiyyət kəsb edir. Bəzi ekspertlər gələcəkdə proqramlaşdırmanın yalnız böyük şirkətlər üçün deyil, həmçinin kiçik və orta bizneslər üçün də daha vacib olacağını proqnozlaşdırır. Bu da öz növbəsində developer-lərə yeni imkanlar yaradacaq. 

Proqramlaşdırma niyə qlobalda hələ də populyar sahədir? 

Qlobal Tələbat və Maaş Statistikası: 

GlassdoorPayScale-ın verdiyi məlumata görə, proqramlaşdırma mütəxəssisləri üçün orta maaş ABŞ-da 42,300-59,900 dollar arasında dəyişir, Avropada isə bu rəqəm təxminən 35.000 – 50.000 avro arasında dəyişir. Bu, proqramlaşdırma sahəsində işçi qüvvəsinə olan tələbatın və bu sahədə ixtisaslaşan mütəxəssislərin yüksək dəyərini göstərir. İstisna olaraq bəzi Avropa ölkələrində, məsələn, Almaniya və Böyük Britaniya kimi ölkələrdə də yüksək maaşlar təklif edilir. 

Javarush-a istinadən MDB ölkələrində proqramlaşdırma üzrə maaşlar ümumiyyətlə ABŞ və Avropa ilə müqayisədə daha aşağıdır. 

  • Rusiya: Proqramlaşdırma sahəsində illik maaş ortalaması 1,2 milyon rubldan (ortalama 16,000-20,000 ABŞ dolları) 2 milyon rubla qədər (ortalama 25,000-30,000 ABŞ dolları) dəyişir. Daha yüksək ixtisaslı və təcrübəli developer-lər isə 2,5 milyon rubldan (ortalama 32,000 ABŞ dolları) yuxarı qazanc əldə edə bilərlər.
  • Ukrayna: İllik maaş 300,000-600,000 UAH (ortalama 8,000-16,000 ABŞ dolları) arasında dəyişir. Yüksək ixtisaslı developer-lər və daha təcrübəli mütəxəssislər 700,000-1,000,000 UAH (ortalama 18,000-28,000 ABŞ dolları) arasında maaş əldə edə bilərlər.
  • Belarus: İllik maaşlar 25,000-40,000 BYN (ortalama 10,000-16,000 ABŞ dolları) arasında olur. Yüksək səviyyəli developer-lər isə daha çox qazana bilərlər.

Bu ölkələrdə maaşlar nisbətən aşağı olsa da, proqramlaşdırma sahəsində işçi qüvvəsinə olan tələbatın artması ilə yanaşı, yeni texnologiyalar da  bu əmək haqqının artmasına kömək etməyə başlamışdır. 

Bundan əlavə, remote iş imkanları proqramlaşdırma sahəsinə də ciddi təsir edir və bu da proqramlaşdırma mütəxəssisinə daha yüksək maaşlar qazandırma imkanı verir. Bir çox şirkətlər artıq uzaqdan işçilərə yüksək maaşlar təklif edirlər. Bu tendensiya gələcəkdə daha da artacaq. 

Proqramlaşdırma Sahəsində Gender Paylanması:

Statista-ya istinadən 2023-cü ildə proqramlaşdırma sahəsinə aid qlobal miqyasda keçirilən bir sorğusu göstərdi ki, proqramlaşdırma üzrə mütəxəssislərinin təxminən 75.7%-i  kişi, qadın proqramlaşdırma mütəxəssislərinin qlobal payı isə təxminən 23 faiz təşkil edib. Yerdə qalan 1.3% isə digər kateqoriyaya aiddir. 

Proqramlaşdırma sahəsində kişilərin üstünlük təşkil etməsi texnologiya sənayesindəki tarixi tendensiyanı vurğulayır və qadınların bu sahəyə daxil olması və ya irəliləməsi qarşısında üzləşdiyi çətinlikləri və maneələri önə çıxarır. Lakin süni intellektin inkişafı və özü ilə birgə gətirdiyi yeni iş imkanları sayəsində artıq qadın developer-lərin də sayında artım görülür. 

Həmçinin akademiyamızın da proqramlaşdırma sahəsi üzrə bir çox qadın məzunları olmuşdur. Əgər sən də bu uğurlu məzunlar sırasına daxil olmaq və proqramlaşdırma sahəsində özünü inkişaf etdirmək istəyirsənsə bizə müraciət et! 

Back-end əsaslı ​full stack

Back-end proqramlaşdırmanın incəliklərini öyrənməyə indi başla, tələb olunan professional proqramçılardan biri də sən ol. Ali riyaziyyat və ya mühəndislik sahəsində ön biliklərə ehtiyac yoxdur. Tədris proqramının 85%-i praktiki iş üzərində qurulub və gələcəkdə proqramçı olmaq üçün istəkli olmağın kifayətdir. 

Növbəti qrup: 3 May 2025

Front-end əsaslı full stack

Front-end proqramlaşdırmanın incəliklərini öyrənməyə indi başla, tələb olunan professional proqramçılardan biri də sən ol. Ali riyaziyyat və ya mühəndislik sahəsindəön biliklərə ehtiyac yoxdur. Tədris proqramının 85%-i praktiki iş üzərində qurulub və gələcəkdə proqramçı olmaq üçün istəkli olmağın kifayətdir. 

Növbəti qrup: 17 Fevral 2025

Bənzər yazılar