Proqramlaşdırma öyrənmək istəyənlərin əksəriyyəti ilk sual olaraq “Proqramlaşdırmaya haradan başlamalıyam?” sualı ilə qarşılaşırlar. Elə buna görə də bu bloqda sənə düzgün istiqamət verəcək, həm motivasiya edən, həm də faydalı bir yol xəritəsi təqdim edirik.
1. Məqsədini müəyyən et
Başlamazdan əvvəl düşün: Niyə proqramlaşdırma öyrənməlisən? Frontend üçün veb inkişaf maraqlıdı, yoxsa backend ilə server tərəfi kodlaşdırmaq? Məqsədi müəyyən etmək proqramlaşdırma dili seçimini istiqamətləndirəcək və sənin üçün uyğun yol xəritəsi müəyyən edəcək.
2. Əsas anlayışları öyrən
Hər dilin sintaksisi fərqlidir, amma dəyişənlər, döngülər, funksiyalar və massivlər kimi proqramlaşdırma başlıqları hər dildə eynidir.
3. Sadə və təcrübəli başlanğıc
Python yeni başlayanlar üçün ideal seçimdir, sadə sintaksisi, böyük icması və geniş istifadə sahələri var. Həmçinin JavaScript də veb üçün əla ilkin addımdır.
4. Etibarlı resurslardan faydalan
Müasir dövrdə seçilmiş (curated) və interaktiv resurslar layihə yönümlü proqramlaşdırma öyrənməsini daha səmərəli edir. Məsələn, proqramlaşdırma haqqında videolara baxaraq, məlumatlar oxuyaraq əlavə biliklər qazana bilərsən. Unutma ki, proqramlaşdırma hər gün yenilənən, yeniliklərə açıq sahədir. Texnologiyanın inkişafı və yeni alətlərin yaranması ilə onlardan təkcə yaxşı kod yazmaq deyil, daha sürətli və yaradıcı olmaq da tələb olunur. Belə halda süni intellekt ilə işləyən proqramçıya ehtiyac daha çox yaranır.
5. Təcrübəyə zaman ayır, kod yaz
Təbii ki, sadəcə material oxumaq kifayət etməz. Kod yazmaq, alqoritm qurmaq və layihələr yaratmaq lazımdır. Burada oyunlaşdırma (gamification) da faydalıdır. Məsələn, Lightbot oyunu vasitəsilə proqramlaşdırmanın əsas anlayışlarını (döngülər, prosedurlarvə s.) əyləncəli şəkildə öyrənmək mümkündür.
6. Sadə layihələrlə başla
Sadə layihələrdən başla. Məsələn, “Rock‑Paper‑Scissors” kimi kiçik oyun, ya da kalkulyator. Bu, proqramlaşdırma bacarığını artırır və real alqoritmik düşüncəni inkişaf etdirir. Araşdıraraq daha fərqli oyunları tapa və özünü inkişaf etdirə bilərsən.
7. Davamlılıq və icmalar
Öyrənmə prosesində proqramçıların olduğu icmalara qoşulmaq motivasiya və praktiki dəstək verir. GitHub, Discord və mənbə kod forumları kimi yerlərdən faydalana bilərsən. Stack Overflow və freeCodeCamp forumlarında da çox sayda sual-cavab və real problem həlləri tapmaq mümkündür. Həmçinin Telegramda proqramlaşdırma ilə faydalı kanalları izləyib, real tədbirlərdə iştirak edərək faydalı məlumatlar əldə edə bilərsən.
Bəs günümüzdə ehtiyac duyulan, işimizi asanlaşdıran süni intellekt dəstəkli proqramlaşdırmaya haradan başlamalı? Bu sualın cavabı texniki, məntiqi və praktik olaraq yuxarıda qeyd etdiyimiz addımlarla birgə aydın olur. Ən əsası məqsədini müəyyən et, əsasları öyrən, etibarlı resurslardan faydalan, kod yaz, layihələr üzərində çalış, icmalara qoşul və davamlı öyrən.
Hər bir addım, yəni, proqramlaşdırma dili, veb inkişaf, backend/frontend, alqoritm, sintaksis, developer kimi anlayışlarla yüklənmiş bu yol sənin real proqramlaşdırma bacarığını formalaşdıracaq. Proqramlaşdırma öyrənmək indiki rəqəmsal dünyada güclü bir bacarıqdır. Bu yolun başlanğıcında qarşına çətinliklər çıxa bilər, amma düzgün istiqamətlə və davamlı təcrübə ilə hərkəs developerola bilər. Unutma ki, hər bir peşəkar proqramçı da bir zamanlar bu sualla qarşılaşıb: “proqramlaşdırmaya haradan başlamalı?”
Öz sahəsinin peşəkarı olan proqramçılardan olmaq, addımlarını doğru atmaq, real təcrübələr üzərində çalışmaq istəyirsənsə “Süni intellekt dəstəkli proqramlaşdırma” tədrisimiz sənin üçündür. Ətraflı məlumat üçün qeydiyyatdan keçərək ödənişsiz konsultasiyadan yararlana bilərsən.