Texnologiya dünyasında uğurlu karyera qurmaq üçün yalnız nəzəri biliklər kifayət etmir. Beynəlxalq etibara sahib sertifikatlar və qlobal miqyasda tanınan tərəfdaşlıqlar mühüm rol oynayır.
Daim inkişaf edən IT sahəsində şirkətlər rəqabət üstünlüyü qazanmaq üçün hər zaman ən yaxşı təhsilli, yenilikçiliyə açıq və özünü sübut etmiş əməkdaşlar axtarır. Bu qədər böyük kütlənin içində fərqlənmək isə asan deyil. Əgər siz artıq IT mütəxəssis və ya bu sahədə karyera qurmaq istəyən bir tələbəsinizsə, Red Hat Sistem Administratorluğu sertifikatını (RHCSA) əldə etmək sizin üçün daha böyük üstünlük qazandıracaq.
Texnologiya sahəsində uğur qazanmaq istəyən hər bir IT mütəxəssisi üçün bilik və təcrübə vacibdir. Amma rəqabətin bu qədər yüksək olduğu bir mühitdə yalnız CV-də yazılan biliklərlə fərqlənmək çətindir. Məhz burada Red Hat Sistem Administratorluğu sertifikatı ön plana çıxır.
Red Hat sertifikatı niyə lazımdır?
IT sənayesində bir çox sertifikatlar olsa da, bir neçəsi “qızıl standart” hesab olunur. Onlardan biri də Red Hat beynəlxalq sertifikatıdır.
Red Hat sertifikatını digərlərindən fərqləndirən əsas məqam ixtisaslaşma sahələrinin genişliyidir. Burada IT mütəxəssisləri 30-dan çox fərqli istiqamət üzrə sertifikat ala bilərlər. Dünyanın ən iri müəssisələri server infrastrukturundan bulud texnologiyalarına qədər müxtəlif sahələrdə Red Hat həllərinə güvənir. Onun verdiyi sertifikatlar isə beynəlxalq səviyyədə yüksək etibara malikdir və IT mütəxəssisləri üçün mühüm rol oynayır.
- Beynəlxalq etibar: Red Hat dünyanın ən nüfuzlu açıq mənbə texnologiyaları şirkətlərindən biridir və onun sertifikatı qlobal miqyasda tanınır. Bu sənəd sizə xaricdə və ya beynəlxalq şirkətlərdə iş tapmaq üçün güclü üstünlük qazandırır.
- Karyera imkanları: İşəgötürənlər praktiki bacarıqları sübut olunmuş mütəxəssislərə üstünlük verirlər. Red Hat sertifikatı göstərir ki, siz real mühitdə işləməyi bacarırsınız və mürəkkəb IT layihələrini uğurla idarə edə bilərsiniz.
- Yüksək maaş perspektivi: Tədqiqatlar göstərir ki, Red Hat sertifikatlı mütəxəssislər digər həmkarlarından daha yüksək maaş qazanırlar.
- Fərqlənmək imkanı: Minlərlə namizəd arasında seçilmək üçün sadəcə bilik kifayət etmir. Red Hat sertifikatı işəgötürənə aydın mesaj verir – sizin bacarıqlarınız real iş şəraitində sübut olunub.
Bu sertifikatı dəyərli edən əsas məqam odur ki, Red Hat imtahanı təcrübəyə əsaslanır. Yəni nəzəriyyəni sadəcə bilmək kifayət etmir praktikada bacarığınızı sübut etməlisiniz.
Red Hat sertifikatı bizə qlobal səviyyədə necə imkanlar yaradır?
- Qlobal əmək bazarında tanınma – Red Hat sertifikatları dünyanın 100-dən çox ölkəsində qəbul olunur. Bu, sadəcə yerli bazarda deyil, həm də Avropa, ABŞ və Asiya kimi böyük bazarlarda da iş tapmaq imkanı deməkdir. Sertifikatlı mütəxəssis olmaq sizin biliklərinizin beynəlxalq səviyyədə təsdiqlənməsi mənasına gəlir.
- Böyük korporasiyalarda iş şansı – IBM, Google, Amazon, Microsoft və minlərlə beynəlxalq şirkət Red Hat texnologiyalarına güvənir. Burada çalışmaq istəyən namizədlər üçün Red Hat Sistem Administratorluğu (RHCSA) sertifikatı çox zaman əsas tələblərdən biri olur. Yəni bu sertifikat sizə böyük korporasiyaların qapılarını aça bilər.
- Yüksək maaş perspektivi – Beynəlxalq araşdırmalara görə, Red Hat sertifikatlı mütəxəssislər eyni vəzifədə çalışan sertifikatsız həmkarlarından 30-40% daha yüksək maaş qazanırlar. Bu, həm Azərbaycanda, həm də xarici bazarlarda böyük üstünlükdür.
- Remote (uzaqdan) iş imkanları – Dünyada IT sahəsində remote iş trendi sürətlə artır. Red Hat sertifikatı ilə siz yalnız ölkə daxilində deyil, beynəlxalq şirkətlərdə də uzaqdan işləmə imkanı əldə edə bilərsiniz.
- Karyera inkişafı və yüksəlmə – Red Hat sistem administratorluğu sertifikatı yalnız başlanğıcdır. RHCSA-dan (Red Hat Certified System Administrator) sonra RHCE (Engineer) və daha yüksək səviyyəli sertifikatlarla irəliləmək mümkündür. Bu isə sizi yalnız administrator yox, həm də mühəndis və ya sistem memarı kimi yüksək vəzifə qazanmağa şərait yaradır.
Göründüyü kimi, Red Hat sistem administratorluğu sertifikatı (RHCSA) yalnız biliklərinizi təsdiqləyən bir sənəd deyil, həm də qlobal səviyyədə karyera imkanları açan beynəlxalq vasitədir. Bu stünlüklə siz həm rəqabətdə önə çıxır, həm də texnologiyadaki yeniliklərə hazır olduğunuzu sübut edirsiniz.
Əgər siz də IT sahəsində beynəlxalq səviyyədə tanınan bir mütəxəssis olmaq, yüksək maaşlı iş imkanları qazanmaq və gələcəyinizi bu sahədə qurmaq istəyirsinizsə, beynəlxalq Red Hat sertifikatı sizin üçün ən doğru seçimdir.
İndi Code Academy-yə müraciət edərək Red Hat Sistem Administratorluğu üzrə beynəlxalq sertifikat əldə edin və karyeranızı qlobal miqyasda inkişaf etdirin.