SQL verilənlər bazaları, əlaqəli verilənlər bazaları kimi də tanınır və cədvəllər toplusu şəklində məlumatları strukturlaşdırılmış formada saxlayan sistemlərdir. Bu bazalar məlumatları sütunlar və sətirlərdən ibarət cədvəl formasında təşkil edir. Onların qurulması və idarə olunması üçün Strukturlu Sorğu Dili (Structured Query Language-SQL) istifadə olunur. SQL, əlaqəli verilənlər bazalarını idarə etməyə və onların bir-biri ilə əlaqə qurmasına kömək edir.
SQL dili 1970-ci illərin əvvəllərində yaradılmış və ilkin olaraq “Strukturlu İngilis Sorğu Dili” (SEQUEL) adlandırılmışdır. SQL-in əsas məqsədi əlaqəli verilənlər bazalarına daha rahat giriş imkanı yaratmaq və məlumatların işlənməsini asanlaşdırmaq olub. Bu gün SQL, açıq mənbəli verilənlər bazası texnologiyalarında ən geniş yayılmış sorğu dillərindən biridir. Onun populyar olmasına səbəb, istifadəsinin sadəliyi və müxtəlif proqramlaşdırma dilləriylə asan inteqrasiyası ilə bağlıdır. SQL yüksək performans tələb edən məlumat mərkəzli tətbiqlərdə geniş şəkildə istifadə olunur.
SQL verilənlər bazaları məlumatları cədvəl formatında, yəni sətir və sütunlar şəklində təşkil edir. Sətirlər hər bir obyektə aid məlumatları özündə əks etdirir edir, sütunlar isə bu obyektlərin xüsusiyyətlərini, məsələn, məhsulun ID-si, adı, miqdarı və qiyməti kimi məlumatları müəyyənləşdirir.
Bunun əksinə, NoSQL verilənlər bazaları məlumatları sabit bir struktur olmadan, tək bir sənəd daxilində saxlayır. Bu xüsusiyyət, SQL verilənlər bazalarını strukturlu məlumatlar üçün daha əlverişli etsə də, NoSQL verilənlər bazaları daha çox qeyri-ənənəvi mənbələrdən gələn böyük həcmli strukturlu, yarımstrukturlu və struktursuz məlumatların işlənməsi üçün nəzərdə tutulub.
Aşağıda SQL və NoSQL verilənlər bazaları arasındakı əsas fərqləri nəzərdən keçirə bilərsiniz.
Xüsusiyyətlər | SQL | NoSQL |
Datanın növü | Strukturlu | Strukturlu, yarımstrukturlu və struktursuz |
Verilənlər bazasının növü | Əlaqəli | Əlaqəli və Əlaqəsiz |
Struktur və ya sxem | Cədvəllər | Sənədlər |
Məlumat formatı | Emal olunmuş | İlkin versiya (raw) |
Elastiklik | Aşağı | Yüksək |
Mövcudluq | Yüksək | Aşağı |
Mənbələr | Tətbiqlər, tranzaksiya məlumatları, toplu hesabatlar, biznes analitikası (BI) | Böyük həcmli məlumatlar (Big Data), IoT, sosial media, axın (streaming) məlumatları |
SQL Verilənlər Bazalarının İstifadəsinin Faydaları
SQL verilənlər bazalarının istifadəsi bir çox üstünlüklər təqdim edir. Artıq SQL verilənlər bazasının nə olduğunu və NoSQL-dən necə fərqləndiyini bildiyinizə görə, təşkilatlar niyə əlaqəli verilənlər bazalarından istifadə edirlər və hansı şəraitdə onları tətbiq edirlər? SQL verilənlər bazaları məlumatların idarə olunmasını asanlaşdıran bir çox üstünlük təmin edir, bunlara daxildir:
- Optimallaşdırılmış performans. Yüksək emal sürəti və aşağı yaddaş istifadəsi sayəsində əlaqəli verilənlər bazaları böyük məlumat əməliyyatlarını demək olar ki, real vaxtda həyata keçirə bilir, sonradan məlumatları dərhal əlavə etmək, silmək və ya dəyişdirmək mümkündür.
- Fərdi əməkdaşlıq imkanı. SQL verilənlər bazası ilə sxemi real vaxtda dəyişdirmək imkanı əldə edirsiniz. Bu, istifadəçilərə hər bir sütun və sətirdəki məlumatları əlavə etməyə, silməyə və ya dəyişdirməyə imkan verir və bütün bu əməliyyatlar digər istifadəçilərin iş axınını pozmadan həyata keçirilə bilər.
- Təmiz və etibarlı məlumat. SQL verilənlər bazaları yalnız bütün serverlər arasında ardıcıllığı qorumaqla qalmır, həm də məlumatın daxil edilməsi və silinməsi ilə bağlı təkrarlamaları azaldır. Bu, böyük əməliyyatlar həyata keçirərkən məlumatın düzgünlüyünü və sürətini qorumağa kömək edir.
- Asanlıqla əldə edilə bilən və öyrənilə bilən. SQL açıq ingilis dilində yazılır və mürəkkəb kodlara ehtiyac duymur. Bu da orta istifadəçilərin məlumatları seçməsini, daxil etməsini, yeniləməsini və silməsini asanlaşdırır – sadəcə funksiyaları və sintaksisi öyrənmək kifayətdir.
- İcma dəstəyi. SQL açıq mənbə dilidir, buna görə dünya miqyasında developer-lər tərəfindən davamlı yenilənmələr, sənədləşdirmə və problemlərin həlli dəstəyi təklif olunur.
Verilənlər Bazalarının Növləri
Əvvəlcə, əlaqəli və qeyri-əlaqəli verilənlər bazaları arasındakı fərqi başa düşmək və hansını seçməyin daha uyğun olduğunu müəyyən etmək lazımdır. SQL verilənlər bazaları strukturlaşdırılmış məlumatlarla işləmək üçün idealdır və əməliyyatları, qeydləri və kitabxanaları idarə etməkdə mükəmməldir. NoSQL verilənlər bazaları isə mətnlər, şəkillər, IoT bildirişləri və digər böyük məlumat növlərini dəstəkləyərək daha geniş məlumat formalarını idarə edə bilir. Həm SQL, həm də NoSQL verilənlər bazaları, uyğun məlumatları asanlıqla axtarış və analiz üçün mövcud edir.
Bəzi ümumi istifadə olunan SQL və NoSQL verilənlər bazalarına nəzər salaq:
- SQL Server. SQL verilənlər bazası xidmətləri əsasən əlaqəli verilənlər bazası idarəetmə sistemi üzərində qurulur və bir çoxu bulud hesablama imkanlarından istifadə edir. Məsələn, Azure SQL, SQL Server verilənlər bazası mühərriki üzərində qurulub və Azure buludunda yerləşən idarə olunan SQL verilənlər bazası xidmətlərindən ibarətdir.
- PostgreSQL. PostgreSQL, daha mürəkkəb iş yükünü idarə edə və ölçüləndirə bilən inkişaf etmiş obyekt-əlaqəli verilənlər bazası idarəetmə sistemidir (ORDBMS). PostgreSQL üçün bulud əsaslı bir xidmət, məsələn, Azure Database for PostgreSQL, əlavə müəssisə xüsusiyyətləri və genişlənmə imkanı təqdim edir və PostgreSQL-in açıq mənbə icmasının dəstəyini təmin edir.
- MySQL. MySQL, müasir tətbiq inkişafında ən geniş istifadə olunan açıq mənbə əlaqəli verilənlər bazası idarəetmə sistemlərindən biridir. SQL-dən fərqli olaraq, MySQL bir proqram təminatıdır, dil deyil. İdarə olunan MySQL verilənlər bazası xidmətləri, məsələn, Azure Database for MySQL, verilənlər bazasını sürətlə təmin etməyə və eyni sürətlə ölçməyə imkan verir.
- NoSQL. NoSQL verilənlər bazası xidmətləri istifadəçilərə müxtəlif ölçülərdə və miqyasda müasir, yüksək performanslı tətbiqlər inkişaf etdirməyə fürsət yaradır. Həmçinin bir çox müxtəlif açıq mənbə verilənlər bazalarını dəstəkləyir. Azure Cosmos DB, PostgreSQL, MongoDB və Apache Cassandra tam idarə olunan, avtomatik yenilənən və miqyaslanan xidmətlərdir.