9-10 dəq. oxuma vaxtı
2025-02-13
Fişinq nədir? Növləri və qorunma üsulları
Fişinq (Phishing), kibertəhlükəsizlik sahəsində geniş yayılmış bir hücum növüdür və insanları e-poçt, qısa mesajlar, telefon zəngləri və digər ünsiyyət vasitələri ilə hədəf alır.Sosial mühəndisliyin məşhur bir forması olan fişinq (Phishinq), psixoloji manipulyasiya və aldatmadan ibarətdir. Fişinq, saxta vebsaytlara və linklərə keçid etməyi, zərərli faylları yükləməyi və şəxsi məlumatları açıqlamağı əhatə edir.