Azərbaycanlı dizayner Adobe Certified Expert sertifikatına yiyələnib

Gözəl bir xəbəri sizinlə bölüşmək istəyirik!

Qrafik və Veb Dizayn müəllimimiz Knyaz Yaqubov Adobe Certified Expert (ACE) adı qazanıb. O Adobe Illustrator CC 2015 üzrə sertifikat imtahanını uğurla verərək müvafiq diploma sahib olub. Bu ona Adobe Certified Instructor adını almaq üçün lazımdır. Beləliklə, Code Academy Adobe Authorized Training Partner olacaq. Bu partnyorluq təkcə tədrisimizin keyfiyyətini göstərməklə qalmayıb, həm də tələbələrimizin Adobe-nin Authorized Traning Partner-ləri üçün yaratdığı üstünlüklərdən istifadə etməsinə imkan verəcək.

Qeyd edək ki, hazırda Code Academy Proqramlaşdırma, Sistem Administratorluğu və MS Office proqramları üzrə Microsoft Imagine, digital marketing sahəsində Digital Marketing Institute, 3D Modelləşdirmə və Vizualizasiya üzrə isə Autodesk ilə rəsmi partnyorluq edir. Tələbələrimiz üçün qlobal standartlara uyğun tədris imkanları yaratmağa davam edirik.

Akademik partnyorluqlarımız barədə buradan ətraflı məlumat əldə edə bilərsiniz.

Knyaz müəllimin və Azərbaycanın adını Adobe Certified Expert siyahısında görmək üçün isə buraya klikləyin.