• 12-16 yaş
  • Campus
  • 72 saat

AI Powered Game Design

Gələcəyin texnoloji dünyasında övladınız yalnız oyun oynayan deyil, həm də oyun yaradan bir lider olacaq! AI Powered Game Design tədris proqramımız ona süni intellekt və dizayn bacarıqları ilə öz oyunlarını yaratmaq imkanı verir - özü də kod yazmadan!

hero icon

Code Academy’nin üstünlükləri

advantages icon
Praktiki tədris

Dərs saatlarından əlavə təşkil edilən Lab günlərində instruktor və mentorla birlikdə keçirilən mövzuları praktika edəcəksən.

advantages icon
Buraxılış layihəsi

Buraxılış işi Code Academy-dəki təhsilin yekun layihəsidir və gələcək həyatında çox önəmli rol oynayacaq.

advantages icon
Akademik transkript

Tapşırıq və layihələr instruktor tərəfindən yoxlanılır, qiymətləndirmə əsasında sənin bilik və bacarıqların müəyyənləşir.

advantages icon
Mentor sistemi

Akademiyada öyrəndiyin bilik və bacarıqları mentor sistemi ilə daha da möhkəmlənəcək.

advantages icon
Beynəlxalq sertifikat

Tədris proqramlarını uğurla başa vurduqda Code Academy diplomu və beynəlxalq sertifikat əldə etmək haqqı qazanacaqsan.

ministry logo
Təhsil lisenziyası

Elm və Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş ilk və tək əlavə təhsil müəssisəsiyik.

Tədris proqramı

72 saat

Bu proqram 12-16 yaş arası yeniyetmələr üçün nəzərdə tutulmuşdur. Tədris zamanı övladınız həm süni intellekt alətlərinin dəstəyilə öz oyunlarını hazırlayaraq yaradıcılıq və xəyal gücünü inkişaf etdirəcək, həm də porfoliosuna hazırlayaraq oyun yaratmaq bacarıqlarına yiyələnmək üçün lazım olan bütün bacarıqlara sahib olacaq

Bu süni intellekt alətlərilə oyunlar yaradacaqsan!

Həftə 1–3: Oyun Dizaynına Giriş, Süni İntellekt Alətləri, 2D Vizuallar

check icon Sual kopyalandı
plus

Tədris proqramının ilk 3 həftəsində oyun dizaynın əsas prinsipləri və mexanikası ilə tanış olacaqsan. Platforma oyunu üçün bir səviyyə dizayn edərək oyun dizaynı prinsiplərini möhkəmləndirəcək və oyun yaradıcılığına giriş edəcəksən. Ardınca mətn əsaslı süni intellekt alətlərindən oyun yaradılmasında tətbiq edəcək, fizika qaydalarından istifadə edərək oyun təcrübəsini daha realistik hala gətirə biləcəksən. Xüsusiyyətlər (Attributes) və hesab sistemləri (score systems) ilə tanış olaraq, oyunda irəliləyiş və geri bildiriş mexanizmlərini inteqrasiya edəcək, həftənin sonlarına doğru artıq süni intellek alətləri 2D vizuallar yaradaraq, oyun təcrübəsini daha realistik hala gətirməyi bacaracaqsan.

Həftə 4–6: Puzzle və Platforma Oyunlarının Yaradılışı, Animasiya Sistemləri

check icon Sual kopyalandı
plus

4-cü həftənin sonunda tələbələr, süni intellekt ilə yaratdıqları qrafikaları istifadə edərək "Arcade" tipli puzzle oyununu yaradacaqlar. Fizikadan istifadə edərək cazibə qüvvəsi, toqquşma və hərəkət kimi dinamikaları tətbiq edərək bir oyunun həm manual, həm də süni intellekt dəstəkli üsullarla necə dizayn edilə və tamamlana biləcəyini anlayacaqlar. Süni intellekt ilə yaratdıqları qrafikaları istifadə edərək 2D platforma tipli oyun yaratma prosesini tamamlayacaq, "Forest Survivor" oyununu inkişaf etdirərək bir oyun layihəsini başdan sona planlama və tətbiq etmə təcrübəsi qazanacaqlar. Texniki işlər çərçivəsində, random spawner mexanikasını yaradaraq təsadüfi obyekt və düşmən yaratmaq, taglər ilə oyun elementlərini təsnif etmək və Game AI (oyun süni intellekti) istifadəsi ilə düşmən davranışlarını formalaşdırmaq təcrübəsini qazanacaqlar.

Həftə 7–9: UX/UI Dizayn, Səs Effektləri, Məlumat Əsaslı Proqramlaşdırma

check icon Sual kopyalandı
plus

7-ci həftə sonunda tələbələr, oyunlarda istifadəçi təcrübəsinin (UI/UX) əsas prinsiplərini öyrənərək oyun layihələrinə effektiv interfeys elementlərini inteqrasiya edəcəklər. Bu prosesdə, vizual estetika ilə funksionallığı birləşdirmə qabiliyyəti qazanacaqlar. 8-ci həftənin sonunda tələbələr, səslərin oyun atmosferinə təsirini anlayaraq, oyunçu geri bildirişlərini yaxşılaşdırma və səs inteqrasiyası etmə bacarığı qazanacaqlar. Süni intellekt alətlərindən istifadə edərək özünəməxsus səs faylları yaradaraq onları layihələrinə inteqrasiya edəcəklər.9-cu həftənin sonunda tələbələr, müxtəlif oyun mexanikalarını birləşdirərək daha mürəkkəb və qarşılıqlı əlaqəli oyunlar inkişaf etdirmə bacarığı qazanacaqlar. "Hesablamağı Öyrənirəm" oyununun toplama/çıxma əməliyyatı bölməsini təkmilləşdirərək, riyazi əməliyyatları oyunlaşdırmağı və daha dinamik bir oyun təcrübəsi yaradacaqlar. Bundan əlavə, UI elementləri əlavə edərək oyunçu geri bildiriş mexanizmlərini yaxşılaşdıracaq, səs effektləri və musiqi ilə oyunun atmosferini gücləndirəcəklər. Bu prosesdə, süni intellekt alətlərindən istifadə edərək daha özünəməxsus və effektiv məzmunlar hazırlayacaqlar.

Həftə 10–12: Oyunların test edilməsi, Final layihə təqdimatı

check icon Sual kopyalandı
plus

10-cu həftənin sonunda bir layihəni tamamlamağın bütün mərhələlərini öyrənəcəklər. Layihələrini planlaşdırma prosesinə başlayacaq, bundan əlavə, layihə təqdimat texnikalarını öyrənərək, oyunlarını effektiv şəkildə təqdim etmə və tanıtma bacarığı inkişaf etdirəcəklər. 11 və 12-ci həftənin sonunda tələbələr öz oyun ideyalarını reallaşdıraraq öyrəndikləri bütün nəzəri və praktiki bilikləri bir layihədə tətbiq etmək imkanı əldə edəcəklər. Final layihəsi zamanı onlar oyun dizaynı, istifadəçi interfeysi, süni intellekt, səs inteqrasiyası və oyun mexanikaları kimi mövzuları bir araya gətirərək bütövlükdə bir oyun inkişaf etdirmə prosesini təcrübədən keçirəcəklər. Sonda isə sıfırdan öz oyunlarını yaradan peşəkarlara çevriləcəklər.

Növbət qruplarımız

2 yeni qrup

Aşağıdakı bölmədən tezliklə başlayacaq qruplarımızla tanış ol və tədris başlamadan yerini tut.

10 May 2025
Dərs günləri

Həftəsonu

Dərs saatları

10:30-13:15

  • campus
31 May 2025
Dərs günləri

Həftəsonu

Dərs saatları

14:00-16:45

  • campus

Game dünyasının 3 əsas istiqamətini kəşf et!

Game Design (Oyun Dizaynı)

1
Game Design (Oyun Dizaynı) oyun proyektinin mexanikalarını, qaydalarını, necə oynanacağını və oyunçuya necə hissiyat verəcəyini müəyyən edir. Oyun dizaynının formalaşması prosesinə daxil olan addımlara bunları əlavə etmək olar: oyunun ideyasının formalaşdırılması, oynanış qaydalarının, hədəflərin və xal sistemlərinin qurulması, çətinlik səviyyələrinin müəyyən edilməsi, oyun səviyyələrinin ( level ) dizaynı, oyun ekonomiyasının, mükafat/cəza sistemlərinin qurulması, oyunun test edilərək müvafiq
adviceimg

Game Art (Oyun İncəsənəti)

2
Game Art (Oyun İncəsənəti) oyun proyektinin brifi əsasında onun hekayəsinin özünəməxsus incəsənət stili ilə vizuallaşdırılmasını əhatə edir. Bu proses eskizlərdən başlanır və daha sonra müxtəlif qrafika proqramlarından istifadə edilərək eskizlərin oyunda istifadə edilməyə hazır elementlərə çevrilməsinədək davam edir. Oyun stillərinin seçilməsi və bütün oyun elementlərinə tətbiq edilməsi məsuliyyəti də bu sahə ilə məşğul olan insanlara aiddir və bununla da identifik kontent yaradılması təmin edil
adviceimg

Game Development (Oyun Proqramramlaşdırılması)

3
Game Development (Oyun Proqramramlaşdırılması) oyun ideyalarının kodlaşdırılaraq oynanabilən proyekt halına gətirilməsini əhatə edən prosesdir. Oyun proqramçısı olmaq üçün alqoritmik düşüncə, yüksək texniki bacarıqlar və kompüter elmləri, eləcə də fizika və dinamika kimi digər oyun anlayışlarının öyrənilməsi lazımdır. Bu sahə ideyanın oynanabilən hala gəlməsi ilə yanaşı oyunun test zamanı müəyyən edilən xətalarının aradan qaldırılması ilə daha yaxşı oyun təcrübəsi yaratmaq vəzifəsini də özündə
adviceimg

Sualın var?..
Gəl görüşək!

Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.

Zəhmət olmasa, adınızı qeyd edin

Zəhmət olmasa, soyadınızı qeyd edin

Telefon nömrəsin düzgün daxil edin

Zəhmət olmasa, doğru email ünvanınızı qeyd edin

Zəhmət olmasa, nömrənizə gələn 4 rəqəmli OTP kodu daxil edin

Göndərilir...

Özündən Oyun Çıxaranlar #MeetCodeEducator

  • tools

#sertifikatburada (Code Academy)

AI Powered Game Design tədris proqramını bitirdiyini təsdiq edəcək diplom və gələcək karyeranı qurmaqda sənə dəstək olacaq beynəlxalq sertifikat imtahanlarına giriş imkanı yaradırıq.

certificate image

Bizdən tez-tez soruşurlar

  • Ümumi
  • Akademiya
  • Qəbul
  • Qiymət və ödəniş

Code Academy nə ilə məşğuldur?

Sual kopyalandı minus

2015-ci ildə fəaliyyətə başlayan Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

Harada yerləşir?

Sual kopyalandı minus

Code Academy şəhərin mərkəzində, gediş-gəliş üçün ictimai nəqliyyat imkanlarının əlverişli olduğu bir məkanda, Nizami küçəsi 203B, AF Business House-un 2-ci mərtəbəsində yerləşir.

Hansı tədris proqramları mövcuddur?

Sual kopyalandı minus

Code Academy 9 tədris proqramı mövcuddur. Full stack back-end, Full stack front-end, Qrafik Dizayn və Vizual Kommunikasiyalar, UX/UI Dizayn, Digital Memarlıq və 3D, 2D Motion Dizayn, Digital Marketing, Kiber Təhlükəsizlik və Data Analitika.

Online tədrislər olur?

Sual kopyalandı minus

Bəli, Code Academy daxilində Digital Marketing, Full stack back-end, Full stack front-end və Digital Memarlıq və 3D tədris proqramları üzrə online tədris keçirilir. Tələbələr başlayacaq qruplara online formada sinifdaxili tələbələr ilə birlikdə dərsdə canlı şəkildə iştirak edirlər. Online qoşulan tələbələr tədris proqramının tərkib hissəsi olan ev tapşırıqları, quiz və test, kiçik və buraxılış layihələrini təhvil verib Code Academy-dən məzun ola bilərlər.

Dərs zamanı öz kompüterim olmalıdır?

Sual kopyalandı minus

Tədris zamanı mövzuların praktiki tətbiqinin dərhal həyata keçirilməsi üçün hər bir tələbə sinifdaxili kompüterlərlə təmin olunur.

Rus dilində dərslər var?

Sual kopyalandı minus

Akademiyada dərslər Azərbaycan dilində keçirilir.

Proqram ödənişlidir?

Sual kopyalandı minus

Bu proqramda iştirak edən 60 nəfərin hər biri 70% təqaüd əldə edəcək.

Qeydiyyat neçə yaşdan aparılır?

Sual kopyalandı minus

Akademiyamızda qeydiyyat 15 yaşdan etibarən aparılır və tədris proqramlarından asılı olaraq dəyişir.

Qeydiyyat üçün nə zaman yaxınlaşa bilərəm?

Sual kopyalandı minus

Proqram məsləhətçiləri ilə danışdıqdan sonra, sizin üçün uyğun olan qrupa qeydiyyat aparılır. Dərslərin başlama tarixi isə akademiya tərəfindən müəyyən edilir.

Ali təhsilə ehtiyac var?

Sual kopyalandı minus

Code Academy-də təhsil almaq üçün ali təhsil vacib deyil. Tədris proqramına qatılan tələbələrin gələcəkdə mütəxəssis olmaq üçün istəkli olmaları kifayətdir.

İngilis dili vacibdir?

Sual kopyalandı minus

Full stack back-end, Full stack front-end, Digital Marketinq və Kiber Təhlükəsizlik tədris proqramları üçün ingilis dili biliyi vacibdir. Akademiya daxilində yalnız qeydiyyatdan keçən tələbələrimiz üçün yaradılan ingilis dili tədrisi ilə baza bilik çatışmazlığı təhsilin ilk aylarında aradan qaldırılır.

Tədris ödənişlidir?

Sual kopyalandı minus

Code Academy ödənişli xidmət göstərən bir tədris mərkəzidir. Tədris proqramının qiyməti tələbənin seçəcəyi ödəmə üsuluna, ödəmə şəklinə, seans seçiminə əsasən müəyyənləşdiyi üçün bu məlumatı proqram məsləhətçilərimiz görüş zamanı təqdim edir.

Niyə qiymət görüş zamanı deyilir?

Sual kopyalandı minus

Qiymət cədvəli ilə tanış olmaq üçün akademiyaya yaxınlaşaraq proqram məsləhətçiləri ilə görüşmək mümkündür. Görüş zamanı akademiyada dərslərin keçirilmə şəraiti, instruktorlar, təhsil modeli, kurrikulum, akademiyanın maddi texniki bazası və ümumi atmosferi ilə tanış ola biləcəksən. Yalnız bundan sonra namizəd bizimlə davam etmək istəyərsə qiyməti elan edirik və ona uyğun müvafiq ödəniş planını seçərək qeydiyyatdan keçir.

Zəmanət verilir?

Sual kopyalandı minus

Code Academy-nin Zəmanətli Təhsil Modeli ilə hər bir tələbəyə təhsilini təkrarlama imkanı verilir. 90% dərslərdə iştirak etməsinə baxmayaraq, tədrisi yetərincə mənimsəmədiyini düşünən məzunların təkrar təhsil alma hüququ var. İlk dəfə Code Academy-də tətbiq olunan bu sistem özünə tam inanan və sektorun tələblərinə hazır peşəkarlar yetişdirir.

Hansı ödəniş formaları mövcuddur?

Sual kopyalandı minus

Ödənişi hissəli və ya birbaşa şəkildə etmək mümkündür. Hissəli ödəniş 6-10 aylıq ödəmə şəklindədir. Qiymət seçdiyiniz ödəniş formasına görə müəyyənləşir.

join us icon
Qərar verə bilmirsən? Demo dərsdə iştirak et!

Onlayn və ya əvvəlcədən görüş təyin edərək kampusda demo dərsə qatıla bilərsən. Əminik ki, gələcəyin üçün ən yaxşı qərarı verəcəksən.