slider-img slider-img

Code Academy’nin üstünlükləri

advantages icon
Praktiki tədris

Dərs saatlarından əlavə təşkil edilən Lab günlərində instruktor və mentorla birlikdə keçirilən mövzuları praktika edəcəksən.

advantages icon
Buraxılış layihəsi

Buraxılış işi Code Academy-dəki təhsilin yekun layihəsidir və gələcək həyatında çox önəmli rol oynayacaq.

advantages icon
Akademik transkript

Tapşırıq və layihələr instruktor tərəfindən yoxlanılır, qiymətləndirmə əsasında sənin bilik və bacarıqların müəyyənləşir.

advantages icon
Mentor sistemi

Akademiyada öyrəndiyin bilik və bacarıqları mentor sistemi ilə daha da möhkəmlənəcək.

ministry logo
Təhsil lisenziyası

Elm və Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş ilk əlavə təhsil müəssisəsiyik.

Hansı bacarıqlarıqlara sahib olacaqsan?

300 saat

1. Proqramlaşdırma və Alqoritmik Düşüncə

check icon Sual kopyalandı
plus

Tələbələr proqramlaşdırmanın məntiqi əsaslarını və struktural yanaşmasını öyrənirlər. Alqoritmlər üzərindən düşünmə tərzi formalaşır, problemlərə mərhələli yanaşma bacarığı inkişaf edir. C# dili vasitəsilə yazılan kodlar real tətbiq yönümlü olur: funksiyalar, şərt operatorları, dövrlər və məlumat strukturları kimi fundamental anlayışlarla bərabər, kodun strukturlaşdırılması və təmiz yazılması kimi peşəkar vərdişlər aşılanır. Bu bacarıq bazası istənilən layihəyə giriş üçün zəruri olan texniki əsasları yaradır. a. Alqoritmlər və diaqramlarla problem həlletmə b. C# dilində təmiz və strukturlaşdırılmış kod yazma c. Obyekt yönümlü proqramlaşdırma (OOP) bacarıqları

2. AI ilə Yazılmış Kodu Anlama və Yaratma

check icon Sual kopyalandı
plus

Proqramın ən unikal hissəsi — tələbələrin süni intellektlə interaktiv şəkildə işləmə bacarığıdır. GitHub Copilot və ChatGPT kimi alətlərlə kodun generasiyası, mövcud kodun refaktoru, sintaktik səhvlərin tapılıb düzəldilməsi və sənədləşmənin avtomatlaşdırılması təcrübəsi əldə olunur. Tələbə təkcə kod yazmağı deyil, AI-dən necə düzgün sorğu (prompt) ilə istifadə etməyi də öyrənir. Bu bacarıq iş həyatında proqramçının məhsuldarlığını artırır və onun komandada “AI ilə işləyə bilən biri” kimi fərqlənməsinə səbəb olur. a. ChatGPT və Copilot ilə kod generasiyası və dəyişiklik b. AI ilə debugging və refactoring c. Kod sənədləşdirməsini AI ilə avtomatlaşdırma

3. Fərqli Texnologiyalarda Düşünə Bilmək

check icon Sual kopyalandı
plus

C#, Java, Python, JavaScript dillərində qarşılaşdırmalı təhlillərlə texnologiya agnostik düşüncə formalaşdırır

4. Komanda İşi və Layihə Təqdimatı Bacarığı

check icon Sual kopyalandı
plus

AI ilə işləyən komandaların tərkibində kod paylaşmaq, versiya nəzarəti və buraxılış layihəsini juri qarşısında təqdim etmək təcrübəsi qazanır.

5. Verilənlər bazası və ORM İnteqrasiyası

check icon Sual kopyalandı
plus

Bu blokda tələbələr SQL və NoSQL məlumat bazaları ilə işləməyi, mürəkkəb sorğular qurmağı və məlumatların optimallaşdırılmış şəkildə saxlanmasını öyrənirlər. Əlavə olaraq Entity Framework ilə ORM (Object-Relational Mapping) tətbiq olunur ki, bu da kod və məlumat bazası arasında avtomatik əlaqə qurmağa imkan verir. Fluent API, migration və real-world data modelləşdirmə kimi peşəkar alətlərlə tanışlıq nəticəsində tələbələr real layihələrdə məlumat bazası dizayn və idarəsini sərbəst şəkildə həyata keçirə bilirlər. a. SQL və NoSQL əsasları, mürəkkəb sorğular yazma b. Entity Framework və Fluent API ilə ORM tətbiqi c. Data model dizaynı və performans optimizasiyası

6. Web və Server Tərəfi İnkişafı üzrə Praktiki Bacarıq

check icon Sual kopyalandı
plus

ASP.NET Core müasir backend web tətbiqlərinin əsas texnologiyalarındandır. Bu blokda tələbə server tərəfli web arxitekturası, routing, authentication, middleware, API quruluşu və təhlükəsizlik tədbirləri ilə işləməyi öyrənir. Frontend ilə inteqrasiya (HTML, CSS, JS) sayəsində tələbə həm məlumatı serverdə işləyib, həm də istifadəçiyə düzgün şəkildə çatdırmağı bacarır. Bu bacarıq istənilən şirkətdə veb əsaslı məhsulların arxa planını qurmaq üçün tələb olunur. a. ASP.NET Core ilə backend strukturu qurmaq b. Web API-lər, middleware, routing və security c. HTML, CSS və əsas JavaScript interfeysləri ilə inteqrasiya

7. Layihə hazırlığı və DevOps

check icon Sual kopyalandı
plus

Kod yazmaq sadəcə başlanğıcdır — onu real dünyaya çatdırmaq isə tam fərqli bacarıq tələb edir. Bu blokda tələbələr sıfırdan bir “Booking App” layihəsi qururlar və onu tam deploy vəziyyətinə gətirirlər. Layihə boyunca version control (Git, GitHub), containerization (Docker), deployment və CI/CD (Continous Integration / Continous Delivery) metodları tətbiq olunur. Bu sayədə tələbə kodu yalnız yazmaqla kifayətlənmir, onu real serverə yerləşdirməyi və idarə etməyi də bacarır. Unit testlər, integration testlər, DevOps alətləri və CI/CD axınları ilə proqram təminatının sabit şəkildə işləməsini təmin edir. a. Booking App – sıfırdan real bir layihə yazmaq b. Hosting, logging, caching və background service-lər c. Git, GitHub, CI/CD və real deploy təcrübəsi

Növbəti qruplarımız

2 yeni qrup

Aşağıdakı bölmədən tezliklə başlayacaq qruplarımızla tanış ol və tədris başlamadan yerini tut.

30 İyun 2025
Dərs günləri

Həftəiçi

Dərs saatları

10:00-13:00

  • campus
4 Avqust 2025
Dərs günləri

Həftəiçi

Dərs saatları

14:00-17:05

  • campus

Bu proqram kimlər üçündür?

Universitet tələbəsi və ya yeni məzunsansa:

1
– Bu proqram sənə həm bilik, həm də iş üçün lazım olan portfolionu verəcək. – İşə qəbulda "mən nə etmişəm?" sualının cavabı olacaq.
adviceimg

Proqramlaşdırma ilə ilk dəfə tanış olanlar

2
Heç vaxt kod yazmamısan, amma gələcəyini texnologiya ilə qurmaq istəyirsənsə, bu proqram sənin üçündür
adviceimg

İşsizsənsə və ya karyeranı dəyişmək istəyirsənsə:

3
Fərqli sahədə təhsil alıb və ya çalışıb, amma texnologiya dünyasına keçid etmək istəyənlər üçün sıfırdan tam yol xəritəsi təqdim olunur. – 16–22 həftə içində sıfırdan texniki ixtisasa sahib ola biləcəksən. – Bu, bir sertifikat kursu deyil — bütünlüklə yeni peşədir. Oyun Proqramlaşdırılması sadəcə kod yazılması ilə qalmayıb, həmçinin yüksək problem həlletmə bacarıqlarının qazanılmasını da tələb edir. Daimi şəkildə komandanın digər üzvləri ilə əlaqədə olub brief əsasında layihələri reallaşdırma
adviceimg

Artıq kod yaza bilirsənsə, amma tətbiqdə çətinlik çəkirsənsə:

4
Əsas proqramlaşdırma biliklərinə malik olub, süni intellektlə işini gücləndirmək istəyənlər üçün çevik və praktiki model. – Bu proqram sənin bacarıqlarını strukturlaşdıracaq və AI vasitəsilə daha məhsuldar olmağı öyrədəcək.
adviceimg

AI ilə işləməyi öyrənmək istəyən yaradıcılarsansa:

5
İstər dizayner, istər marketoloq ol — AI ilə texniki bacarığını birləşdirib unikal nəticələr çıxara bilərsən.
adviceimg

Freelance və ya startup yönümlü çalışanlar

6
Minimum resursla maksimum məhsul yaratmaq istəyən, öz layihəsini qurmaq və ya texniki rəhbərlik etmək istəyən şəxslər üçün.
adviceimg

Junior developer səviyyəsində olan, amma fərqlənmək istəyənlər

7
Artıq bir az kod bilirsən, amma CV-də fərq yaratmaq və gələcəyin bacarıqları ilə öndə olmaq istəyirsənsə, bu proqram sənə görədir.
adviceimg

Sualın var?..
Gəl görüşək!

Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.

Zəhmət olmasa, adınızı qeyd edin

Zəhmət olmasa, soyadınızı qeyd edin

Telefon nömrəsin düzgün daxil edin

Zəhmət olmasa, doğru email ünvanınızı qeyd edin

Zəhmət olmasa, nömrənizə gələn 4 rəqəmli OTP kodu daxil edin

Göndərilir...

Özündən Oyun Çıxaranlar #MeetCodeEducator

  • tools

#sertifikatburada (Code Academy)

AI Powered Game Design tədris proqramını bitirdiyini təsdiq edəcək diplom və gələcək karyeranı qurmaqda sənə dəstək olacaq beynəlxalq sertifikat imtahanlarına giriş imkanı yaradırıq.

certificate image

Bizdən tez-tez soruşurlar

  • Ümumi
  • Akademiya
  • Qəbul
  • Qiymət və ödəniş

Code Academy nə ilə məşğuldur?

Sual kopyalandı minus

2015-ci ildə fəaliyyətə başlayan Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

Harada yerləşir?

Sual kopyalandı minus

Code Academy şəhərin mərkəzində, gediş-gəliş üçün ictimai nəqliyyat imkanlarının əlverişli olduğu bir məkanda, Nizami küçəsi 203B, AF Business House-un 2-ci mərtəbəsində yerləşir.

Hansı tədris proqramları mövcuddur?

Sual kopyalandı minus

Code Academy 10 tədris proqramı mövcuddur. Full stack back-end, Full stack front-end, Qrafik Dizayn və Vizual Kommunikasiyalar, UX/UI Dizayn, Digital Memarlıq və 3D, 2D Motion Dizayn, Digital Marketing, Kiber Təhlükəsizlik, Data Analitika və AI Powered Game Design.

Online tədrislər olur?

Sual kopyalandı minus

Bəli, Code Academy daxilində Digital Marketing, Full stack back-end, Full stack front-end və Digital Memarlıq və 3D tədris proqramları üzrə online tədris keçirilir. Tələbələr başlayacaq qruplara online formada sinifdaxili tələbələr ilə birlikdə dərsdə canlı şəkildə iştirak edirlər. Online qoşulan tələbələr tədris proqramının tərkib hissəsi olan ev tapşırıqları, quiz və test, kiçik və buraxılış layihələrini təhvil verib Code Academy-dən məzun ola bilərlər.

Dərs zamanı öz kompüterim olmalıdır?

Sual kopyalandı minus

Tədris zamanı mövzuların praktiki tətbiqinin dərhal həyata keçirilməsi üçün hər bir tələbə sinifdaxili kompüterlərlə təmin olunur.

Rus dilində dərslər var?

Sual kopyalandı minus

Akademiyada dərslər Azərbaycan dilində keçirilir.

Qeydiyyat neçə yaşdan aparılır?

Sual kopyalandı minus

Akademiyamızda qeydiyyat 15 yaşdan etibarən aparılır və tədris proqramlarından asılı olaraq dəyişir.

Qeydiyyat üçün nə zaman yaxınlaşa bilərəm?

Sual kopyalandı minus

Dərslərin başlama tarixi isə akademiya tərəfindən müəyyən edilir. Proqram məsləhətçiləri ilə danışdıqdan sonra, sizin üçün uyğun olan qrupa qeydiyyat aparılır.

Ali təhsilə ehtiyac var?

Sual kopyalandı minus

Code Academy-də təhsil almaq üçün ali təhsil vacib deyil. Tədris proqramına qatılan tələbələrin gələcəkdə mütəxəssis olmaq üçün istəkli olmaları kifayətdir.

İngilis dili vacibdir?

Sual kopyalandı minus

Full stack back-end, Full stack front-end, Digital Marketinq və Kiber Təhlükəsizlik tədris proqramları üçün ingilis dili biliyi vacibdir. Akademiya daxilində yalnız qeydiyyatdan keçən tələbələrimiz üçün yaradılan ingilis dili tədrisi ilə baza bilik çatışmazlığı təhsilin ilk aylarında aradan qaldırılır.

Tədris ödənişlidir?

Sual kopyalandı minus

Code Academy ödənişli xidmət göstərən bir tədris mərkəzidir. Tədris proqramının qiyməti tələbənin seçəcəyi ödəmə üsuluna, ödəmə şəklinə, seans seçiminə əsasən müəyyənləşdiyi üçün bu məlumatı proqram məsləhətçilərimiz görüş zamanı təqdim edir.

Niyə qiymət görüş zamanı deyilir?

Sual kopyalandı minus

Qiymət cədvəli ilə tanış olmaq üçün akademiyaya yaxınlaşaraq proqram məsləhətçiləri ilə görüşmək mümkündür. Görüş zamanı akademiyada dərslərin keçirilmə şəraiti, instruktorlar, təhsil modeli, kurrikulum, akademiyanın maddi texniki bazası və ümumi atmosferi ilə tanış ola biləcəksən. Yalnız bundan sonra namizəd bizimlə davam etmək istəyərsə qiyməti elan edirik və ona uyğun müvafiq ödəniş planını seçərək qeydiyyatdan keçir.

Zəmanət verilir?

Sual kopyalandı minus

Code Academy-nin Zəmanətli Təhsil Modeli ilə hər bir tələbəyə təhsilini təkrarlama imkanı verilir. 90% dərslərdə iştirak etməsinə baxmayaraq, tədrisi yetərincə mənimsəmədiyini düşünən məzunların təkrar təhsil alma hüququ var. İlk dəfə Code Academy-də tətbiq olunan bu sistem özünə tam inanan və sektorun tələblərinə hazır peşəkarlar yetişdirir.

Hansı ödəniş formaları mövcuddur?

Sual kopyalandı minus

Ödənişi hissəli və ya birbaşa şəkildə etmək mümkündür. Hissəli ödəniş 6-18 aylıq ödəmə şəklindədir. Qiymət seçdiyiniz ödəniş formasına görə müəyyənləşir.

join us icon
Qərar verə bilmirsən? Demo dərsdə iştirak et!

Onlayn və ya əvvəlcədən görüş təyin edərək kampusda demo dərsə qatıla bilərsən. Əminik ki, gələcəyin üçün ən yaxşı qərarı verəcəksən.