Code Academy’nin üstünlükləri
Praktiki tədris
Dərs saatlarından əlavə təşkil edilən Lab günlərində instruktor və mentorla birlikdə keçirilən mövzuları praktika edəcəksən.
Buraxılış layihəsi
Buraxılış işi Code Academy-dəki təhsilin yekun layihəsidir və gələcək həyatında çox önəmli rol oynayacaq.

Akademik transkript
Tapşırıq və layihələr instruktor tərəfindən yoxlanılır, qiymətləndirmə əsasında sənin bilik və bacarıqların müəyyənləşir.
Mentor sistemi
Akademiyada öyrəndiyin bilik və bacarıqları mentor sistemi ilə daha da möhkəmlənəcək.

Təhsil lisenziyası
Elm və Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş ilk əlavə təhsil müəssisəsiyik.
Hansı bacarıqlara sahib olacaqsan?
360 saatGələcəyin proqramçısı kodu tək yazmır, süni intellektlə birlikdə yaradır. Odur ki, sən də süni intellektlə bacarıqlarını artır və texnologiya sahəsində karyerana sürətli başla.
1. Proqramlaşdırma və Alqoritmik Düşüncə
Tələbələr proqramlaşdırmanın məntiqi əsaslarını və struktural yanaşmasını öyrənirlər. Alqoritmlər üzərindən düşünmə tərzi formalaşır, problemlərə mərhələli yanaşma bacarığı inkişaf edir. C# dili vasitəsilə yazılan kodlar real tətbiq yönümlü olur: funksiyalar, şərt operatorları, dövrlər və məlumat strukturları kimi fundamental anlayışlarla bərabər, kodun strukturlaşdırılması və təmiz yazılması kimi peşəkar vərdişlər aşılanır. Bu bacarıq bazası istənilən layihəyə giriş üçün zəruri olan texniki əsasları yaradır. Alqoritmlər və diaqramlarla problem həlletmə, C# dilində təmiz və strukturlaşdırılmış kod yazma, Obyekt yönümlü proqramlaşdırma (OOP) bacarıqları əldə edir.
2. Süni İntellekt ilə Yazılmış Kodu Anlama və Yaratma
Proqramın ən unikal hissəsi — tələbələrin süni intellektlə interaktiv şəkildə işləmə bacarığıdır. GitHub Copilot və ChatGPT kimi alətlərlə kodun generasiyası, mövcud kodun refaktoru, sintaktik səhvlərin tapılıb düzəldilməsi və sənədləşmənin avtomatlaşdırılması təcrübəsi əldə olunur. Tələbə təkcə kod yazmağı deyil, AI-dən necə düzgün sorğu (prompt) ilə istifadə etməyi də öyrənir. Bu bacarıq iş həyatında proqramçının məhsuldarlığını artırır və onun komandada “AI ilə işləyə bilən biri” kimi fərqlənməsinə səbəb olur. ChatGPT və Copilot ilə kod generasiyası və dəyişiklik, AI ilə debugging və refactoring, kod sənədləşdirməsini AI ilə avtomatlaşdırma kimi bir çox bacarıqlara sahib olur.
3. Fərqli Texnologiyalarda Düşünə Bilmək
C#, Java, Python, JavaScript dillərində qarşılaşdırmalı təhlillərlə texnologiya agnostik düşüncə formalaşdırır.
4. Komanda İşi və Layihə Təqdimatı Bacarığı
Süni intellekt ilə işləyən komandaların tərkibində kod paylaşmaq, versiya nəzarəti və buraxılış layihəsini juri qarşısında təqdim etmək təcrübəsi qazanır.
5. Verilənlər bazası və ORM İnteqrasiyası
Burada tələbələr SQL və NoSQL məlumat bazaları ilə işləməyi, mürəkkəb sorğular qurmağı və məlumatların optimallaşdırılmış şəkildə saxlanmasını öyrənirlər. Əlavə olaraq Entity Framework ilə ORM (Object-Relational Mapping) tətbiq olunur ki, bu da kod və məlumat bazası arasında avtomatik əlaqə qurmağa imkan verir. Fluent API, migration və real-world data modelləşdirmə kimi peşəkar alətlərlə tanışlıq nəticəsində tələbələr real layihələrdə məlumat bazası dizayn və idarəsini sərbəst şəkildə həyata keçirə bilirlər. SQL və NoSQL əsasları, mürəkkəb sorğular yazma, Entity Framework və Fluent API ilə ORM tətbiqi, data model dizaynı və performans optimizasiyası bacarıqlarına yiyələnirlər.
6. Veb və Server Tərəfi İnkişafı üzrə Praktiki Bacarıq
ASP.NET Core müasir backend web tətbiqlərinin əsas texnologiyalarındandır. Bu blokda tələbə server tərəfli web arxitekturası, routing, authentication, middleware, API quruluşu və təhlükəsizlik tədbirləri ilə işləməyi öyrənir. Frontend ilə inteqrasiya (HTML, CSS, JS) sayəsində tələbə həm məlumatı serverdə işləyib, həm də istifadəçiyə düzgün şəkildə çatdırmağı bacarır. Bu bacarıq istənilən şirkətdə veb əsaslı məhsulların arxa planını qurmaq üçün tələb olunur. Əsas əldə ediləcək bacarıqlar ASP.NET Core ilə backend strukturu qurmaq, Web API-lər, middleware, routing və security, HTML, CSS və əsas JavaScript interfeysləri ilə inteqrasiyadır.
7. Layihə hazırlığı və DevOps
Kod yazmaq sadəcə başlanğıcdır - onu real dünyaya çatdırmaq isə tam fərqli bacarıq tələb edir. Bu blokda tələbələr sıfırdan bir “Booking App” layihəsi qururlar və onu tam deploy vəziyyətinə gətirirlər. Layihə boyunca version control (Git, GitHub), containerization (Docker), deployment və CI/CD (Continous Integration / Continous Delivery) metodları tətbiq olunur. Bu sayədə tələbə kodu yalnız yazmaqla kifayətlənmir, onu real serverə yerləşdirməyi və idarə etməyi də bacarır. Unit testlər, integration testlər, DevOps alətləri və CI/CD axınları ilə proqram təminatının sabit şəkildə işləməsini təmin edir. Booking App – sıfırdan real bir layihə yazmaq, hosting, logging, caching və background service-lər, Git, GitHub, CI/CD və real deploy təcrübələrini qazanacaqlar.
Bu proqram kimlər üçündür?
Universitet tələbəsi və ya yeni məzunsansa
1
Proqramlaşdırma ilə ilk dəfə tanış olursansa
2
İşsizsənsə və ya karyeranı dəyişmək istəyirsənsə
3
Artıq kod yaza bilirsənsə, amma tətbiqdə çətinlik çəkirsənsə
4
Süni intellekt (Sİ) ilə işləməyi öyrənmək istəyən yaradıcısansa
5
Freelance və ya startup yönümlü çalışırsansa
6
Junior developer səviyyəsindəsən, amma fərqlənmək istəyirsənsə
7
Sualın var?..
Gəl görüşək!
Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.
#sertifikatburada (Code Academy)
Süni intellekt dəstəkli Proqramlaşdırma tədrisini bitirdiyini təsdiq edəcək diplom və gələcək karyeranı qurmaqda sənə dəstək olacaq beynəlxalq sertifikat imtahanlarına giriş imkanı yaradırıq.

Tez-tez verilən suallar
Bu proqram üçün proqramlaşdırma biliyim olmalıdırmı?
Xeyr. Proqram sıfırdan öyrədilir və heç bir texniki baza tələb etmir. İştirakçı sadəcə öyrənməyə motivasiyalı olmalıdır.
Süni intellekt istifadə etməyi də öyrənəcəyikmi?
Bəli! Bütün proqram boyunca süni intellekt (ChatGPT, Copilot və s.) kod yazmaq, analiz etmək, sənədləşdirmək və təkmilləşdirmək üçün aktiv şəkildə istifadə olunur.
Bu diplom hansı sahədə iş tapmağımda kömək edəcək?
Diplom sizi süni intellekt (Sİ) ilə çalışan “Full-Stack Developer” kimi təqdim edir. Bu həm proqramlaşdırma bacarığınızı, həm də yeni dövrün texnologiyalarına uyğunlaşdığınızı göstərir.
Proqramı necə bitirirəm?
Tədris müddəti bitdikdən sonra 30 günlük buraxılış layihəsi mərhələsi başlayır. Layihəni hazırlayıb juri qarşısında təqdim edirsiniz. Tədris boyu toplanan ballar, üstəlik, layihə balı ilə yekun qiymət formalaşır.
Əyani və ya onlayn formada iştirak edə bilərəmmi?
Həm əyani, həm də onlayn iştirak mümkündür. Canlı dərslər və ya interaktiv onlayn formatlardan birini seçə bilərsiniz. Dərslərə əyani iştirak tövsiyə olunur, çünki komanda ilə birlikdə öyrənmək, dərhal mentor dəstəyi almaq və real layihə mühitində çalışma təcrübəsi daha güclü nəticə verir. Onlayn iştirak isə Bakıdan kənarda yaşayan və ya fiziki iştirak imkanları məhdud olan tələbələr üçün daha əlverişlidir.
Təqaüd və endirim fürsətləri varmı?
Bəli. “SkillCheck” testində yüksək nəticə göstərənlər 30%-ə qədər təqaüd qazana bilərlər. Qrup endirimləri və kampaniyalar da mövcuddur.
Mənim yazdığım kodlara süni intellekt müdaxilə edəcəkmi?
Xeyr. Süni intellekt sizə alternativlər təklif edir, təhlil edir və yönləndirir. Son qərar və yazılış sizə aiddir, bu da öyrənmə prosesinin əsas hissəsidir.