Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Buraxılış

Layihəsi

sep-line

Buraxılış layihəsi “Code Academy”dəki təhsilin yekun layihəsi hesab olunur və çox önəmli rol oynayır. Təqdimat təhsil boyunca keçirilən bütün mövzuları özündə cəmləyir. Buraxılış layihəsi tədrisi bitirdikdən sonra portfolionuzu yaradan başlanğıc nöqtəsidir.

Bu zaman natiqlik və toplum önündə çıxış etmə bacarığınız ilə layihənizi auditoriyaya ətraflı nümayiş etdirərək gördüyünüz işin gedişatını ifadəli şəkildə izah edə bilirsiniz. Bu təcrübə sizi gələcək iş həyatında olan təqdimatlarda və çıxışlarda daha uğurlu olmağa hazırlayır. Nəticədə siz layihənizi bitirməklə bütün mövzulardan xəbərdar olan, şirkətlər üçün ixtisaslı işçi olduğunuzu göstərməklə yanaşı, həm də frilans olaraq layihələrdə iştirak biləcəyinizi və stresə dayanıqlı olduğunuzu sübut etmiş olursunuz.

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.