Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

2D Motion Dizayn

#DizaynBurada

motion-design-dersleri

2D Motion Dizayn

#DizaynBurada

Yaradıcılığını hərəkətə gətir!
2D Motion Dizayn – Qrafik elementlərin hərəkətləndirilmiş, yəni animasiya olunmuş formasıdır. Başqa sözlə, onun köməyi ilə qrafik elementlər hərəkətə gətirilir, statik dizayndan dinamik dizayna keçid edilir.

2D Motion Dizayn Qrafik Dizayn və Animasiyanı düzgün yollarla birləşdirərək yaradılan görüntü texnikasıdır. Bu texnika ilə vizual kontentləri canlandırmaq mümkündür.

Artıq insanlar məlumatları oxumaqdansa, zövqlə, cəlbedici formada hazırlanmış animasiyaları izləməyi daha üstün tuturlar. Buna görə də 2D Motion Dizayn son zamanlar aktual sahəyə çevrilib və bir çox sektorda bu sahənin peşəkarlarına ehtiyac duyulur. TV kanalları, filmlər, media şirkətləri, digital marketinq, reklam agentlikləri və digər yaradıcı sahələrdə qarşılaşdığınız hər hansı bir hərəkətli yazı, şəkil və ya qrafik element “motion designer”-lər tərəfindən hazırlanır.

Kimlər üçündür?

Öz yaradıcılığını canlandırmaq istəyən, statik şəkillərdən sıxılan, kreativ işlərini hərəkətli düşünən qrafik dizaynerlər, illustratorlar, Veb və UI dizaynerlər, həmçinin Adobe Illustrator və Photoshop proqramlarında sərbəst işləməyi bacaran şəxslər 2D Motion Dizayn sahəsinə keçid edə bilərlər.

tədris

proqramı

Code Academy tərəfindən tədris edilən 2D Motion Dizayn sayəsində bu sahənin incəliklərini öyrənib, xəyal gücünüzün sərhədlərini daha da genişləndirəcəksiniz. Artıq yaradıcılığınız dinamiklik qazanaraq daim hərəkətdə olacaq.
Motion Graphics Design və onun növləri ilə tanışlıq. After Effects proqramının interfeysi, panelləri və tool-lar ilə tanışlıq.
Adobe Illustrator-dan After Effects-ə daxil etmə, “shape”lər, “layer”lər və onların modifikatorları, maskalama prinsipləri.
Animasiya açarları, sürət qrafikləri və onların növləri. Hərəkətin dinamikası və fizikası.
Elementlərə və ya ümumi kompozisiyaya animasiya olunmuş müxtəlif effektlərin, teksturaların verilməsi. Noise, Grain, Blending modes və s. istifadə edərək stilləşdirmə.
Müxtəlif qısa animasiyaların hazırlanması və onların sonsuz (loop) hala gətirilməsi.
Müxtəlif stillərdə olan yazıların sadə animasiya metodları ilə dinamik animasiyası, After Effects-in yazı animasiya modifikatorlarının öyrənilməsi.
Bir elementin real vaxt ərzində başqa bir elementə çevrilməsi, onun növləri və axıcı animasiya metodları.
Trim path, 3D stroke, Stroke effektlərindən istifadə edərək, lettering animasiyalarının öyrənilməsi.
Loqo animasiyasının növləri, müxtəlif animasiya üsulları ilə loqo animasiyaları.
Disney-in yaratdığı animasiya prinsipləri ilə tanışlıq və onların tətbiqi.
İş sürətinin artırılması üçün JavaScript-dən istifadə edərək parametrlərə əlavə olunan yazılı kodlar, onların növləri.
Personajların gəzməyi, qaçmağı və digər hərəkətlər.
Personajların alternativ rig-lənmə üsulları, script-lərdən istifadə qaydaları (RubberHose, Duik)
Müxtəlif əlavələrlə tanışlıq və onlardan istifadə etmə qaydaları, praktiki iş.

bizim

müəllimlər

Tədris etdikləri istiqamətlər üzrə böyük təcrübələrə və beynəlxalq sertifikatlara malik müəllimlərimiz

Zəhra Mehdiyeva

tədris üzrə

sertifikatlar

Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş əlavə tədris müəssisəsi olaraq bitirmə layihələrini uğurla təhvil verən tələbələr Code Academy-nin məzun diplomu ilə təltif olunacaqlar. Tələbələrimizə məzun, şərəf məzunu və yüksək şərəf məzunu dərəcələri tətbiq olunacaqdır.
Adobe Certified Expert (ACE) sertifikatı sizə rəqəmsal media vasitələrindən düzgün istifadə etdiyinizi göstərmək üçün ən ideal vasitədir. Bu sertifikat, vizual effektlər və hərəkət qrafikası üzrə giriş səviyyəsində bacarıqlarınızın olduğunu nümayiş etdirir.

Qəbul

prosesimiz

Qəbul prosesimiz aşağıdakı addımlardan ibarətdir. Biz təkcə tələbələri qəbul etmirik. Akademiyamızda hüquqşünas, rəssam, mühasib, bioloq və bir çox fərqli sahələrdən olan şəxsləri bir araya toplayan zəngin bir təhsil mühiti yaratmışıq. Karyeranızı bizimlə birgə dəyişmək üçün istəkli olmağınız kifayətdir.
muraciet

Onlayn müraciət et

Saytımızdan onlayn formu dolduraraq Proqram Məsləhətçisi ilə görüş təyin et.

proqram-meslehet

Proqram Məsləhətçisi ilə görüş

Görüş zamanı akademiyada tədris şəraiti ilə əyani tanış ol, şərtlər haqqında detallı məlumat al və mütəxəssis ilə görüşüb suallarına cavab tap.

odenis-novu

Ödəniş növü və dərs vaxtını seç

Seçimlərinə bağlı olaraq tədrisin müddəti  qrafiki ilə tanış ol, qiymətini öyrən.

imtahan

İmtahanda iştirak et

İmtahan zamanı bugünə kimi olan komputer və ingilis dili biliklərin yoxlanılacaq. Uyğun balı topla və birbaşa tədrisə keç.

qeydiyyat

Qeydiyyatdan keç

Özünüzə uyğun ödəniş növünü seçərək qeydiyyat sənədlərini tamamla.

tədrisin

formaları

sep-line

Campus

Tələbələrimiz akademiyaya gələrək dərslərdə birbaşa iştirak edib tədrisə yiyələnə bilərlər.

Növbəti

başlayacaq qruplar

25 May

2D Motion Dizayn

həftə sonu

Saat:

15:30-20:15

Tədris forması:

Campus

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.

2D Motion Dizayn – Qrafik elementlərin hərəkətləndirilmiş, yəni animasiya olunmuş formasıdır. Başqa sözlə, onun köməyi ilə qrafik elementlər hərəkətə gətirilir, statik dizayndan dinamik dizayna keçid edilir.

2D Motion Dizayn Qrafik Dizayn və Animasiyanı düzgün yollarla birləşdirərək yaradılan görüntü texnikasıdır. Bu texnika ilə vizual kontentləri canlandırmaq mümkündür.

Artıq insanlar məlumatları oxumaqdansa, zövqlə, cəlbedici formada hazırlanmış animasiyaları izləməyi daha üstün tuturlar. Buna görə də 2D Motion Dizayn son zamanlar aktual sahəyə çevrilib və bir çox sektorda bu sahənin peşəkarlarına ehtiyac duyulur. TV kanalları, filmlər, media şirkətləri, digital marketinq, reklam agentlikləri və digər yaradıcı sahələrdə qarşılaşdığınız hər hansı bir hərəkətli yazı, şəkil və ya qrafik element “motion designer”-lər tərəfindən hazırlanır.